25 İyul 2025 16:23
459
CƏMİYYƏT
A- A+
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Xızı rayonunda vətəndaşlarla görüşüb  

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Xızı rayonunda vətəndaşlarla görüşüb  


Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Xızı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Xızı, Siyəzən və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

ADSEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdən öncə sədr Zaur Mikayılov və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra agentliyin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, sel və daşqınlara qarşı mübarizə tədbirləri, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, yeni subartezian quyularının qazılması, bərpası, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–Qazaxıstan–Türkmənistan əməkdaşlığı Trans-Xəzər marşrutu üzrə real logistik gücə çevrilə bilərmi?  

10:44
07 Yanvar

Ötən gün 74 cinayətin açılması təmin edilib  

10:44
07 Yanvar

Gəncədə Rus Pravoslav Kilsəsində Milad bayramı qeyd olunub  

10:43
07 Yanvar

Ötən il fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib  

10:41
07 Yanvar

Dünya bazarında qızıl 31 dollardan çox ucuzlaşıb

10:39
07 Yanvar

Azərbaycanın yalnız regional deyil, daha geniş coğrafiyada qəbul edilən etibarlı tərəfdaşdır  

10:18
07 Yanvar

Azərbaycan nefti cüzi ucuzlaşıb  

10:17
07 Yanvar

Aydın baxış və strateji yanaşma  

10:11
07 Yanvar

Media: Maduro və həyat yoldaşı ABŞ qüvvələri tərəfindən ələ keçirilərkən xəsarət alıblar  

09:35
07 Yanvar

Venesuelada bir həftəlik matəm elan edilib  

09:34
07 Yanvar

Venesueladakı müvəqqəti hökumət 30-50 milyon barel nefti ABŞ-a təhvil verməyə razılaşıb  

09:32
07 Yanvar

Zelenski “İstəklilər koalisiyası”nın Parisdə keçirilən sammitinin nəticələrini dəyərləndirib  

09:26
07 Yanvar

Şəhid ailəsi Yeni ili yeni mənzildə qarşıladı

09:05
07 Yanvar

Yazıçı, ssenarist, ictimai xadim

09:00
07 Yanvar

Mədəniyyətin, ədəbiyyatın inkişafı dövlət siyasətində xüsusi yer tutur

08:55
07 Yanvar

Cəsur oğullar elə bir tarix yazdılar ki...

08:50
07 Yanvar

Gənclər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti dəstəkləyirlər 

08:45
07 Yanvar

Regional və qlobal reallıqlar "907-ci düzəliş"in ləğvini şərtləndirir

08:40
07 Yanvar

Ordumuzun təchizatı və texnoloji modernləşmə

08:35
07 Yanvar

Azərbaycana dünyada böyük hörmətlə yanaşılır

08:30
07 Yanvar

Azərbaycan həm iqtisadi, həm də hərbi baxımdan güclənib

08:25
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!