07 Yanvar 2026 10:44
293
İQTİSADİYYAT
A- A+
Azərbaycan–Qazaxıstan–Türkmənistan əməkdaşlığı Trans-Xəzər marşrutu üzrə real logistik gücə çevrilə bilərmi?  

Azərbaycan–Qazaxıstan–Türkmənistan əməkdaşlığı Trans-Xəzər marşrutu üzrə real logistik gücə çevrilə bilərmi?  


Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Azərbaycan-Qazaxıstan-Türkmənistan əməkdaşlığının real logistik gücə çevrilməsi mümkündürmü? Bu model uzunmüddətli və dayanıqlı tərəfdaşlıq yaradır, yoxsa hələlik daha çox siyasi razılaşmalar səviyyəsində qalır?

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan–Qazaxıstan–Türkmənistan arasında mövcud əməkdaşlıq real logistik gücə çevrilə bilər və çevrilməlidir. Onun sözlərinə görə, Xəzər dənizi üzərindən limanlar arasında Bakı ilə gündəlik əlaqə mövcuddur və bu bərə əlaqələri hələ ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir.

Ekspert qeyd edib ki, hər bir ölkənin bu marşrutda öz üstünlükləri var: “Məsələn: Bakı ilə Türkmənbaşı limanı arasında məsafə ən qısadır. Qazaxıstan istiqamətində isə hazırda iki liman fəaliyyət göstərir və üçüncü limanın tikintisi nəzərdə tutulur. Bu limanlar Orta Dəhliz üçün strateji əhəmiyyət daşıyır”.

Rauf Ağamirzəyevin sözlərinə görə, Qazaxıstan və Türkmənistan limanları 2014-cü ildən dəmir yolu əlaqəsi ilə birləşdirilib, avtomobil yolları üzrə də ciddi infrastruktur layihələri həyata keçirilir.

“Qaraboğazqol körfəzində körpünün tikintisi bu il tamamlanaraq istifadəyə verilib. Türkmənistandan Qazaxıstan sərhədinə və Qazaxıstandan Türkmənistan sərhədinə gedən avtomobil yollarının isə yaxın bir il ərzində tamamlanması planlaşdırılır. Beləliklə, limanlar həm avtomobil, həm də dəmir yolu ilə əlaqələndirilir ki, bu da yükdaşımaların şaxələndirilməsi üçün mühüm infrastruktur həllidir. Bu üç ölkə arasında əlaqələr nə qədər intensiv olarsa və bürokratik prosedurlar nə qədər sadələşdirilərsə, Şərq–Qərb dəhlizi üzrə daha böyük həcmdə yüklərin daşınması üçün möhkəm zəmin yaranar”, - deyə ekpert vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərbi Azərbaycandakı tarixi abidələrimiz haray çəkir

09:15
08 Yanvar

Daşlara ömür bəxş edib

09:10
08 Yanvar

Azərbaycan dilini qorumaq borcumuzdur

09:05
08 Yanvar

Böyük qayıdış həm də azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasıdır

09:00
08 Yanvar

Prezident İlham Əliyevin proqnozları növbəti dəfə də özünü doğrultdu

08:55
08 Yanvar

Azərbaycanın yol-nəqliyyat infrastrukturu müasir çağırışlara uyğun inkişaf edir

08:50
08 Yanvar

Yaponiya da Orta dəhlizə maraq göstərir

08:45
08 Yanvar

İslahatlar ölkəmizin elmi nüfuzunu daha da yüksəldəcək

08:40
08 Yanvar

Vətənə və xalqa sevginin örnəyi

08:35
08 Yanvar

Türk dünyasında yeni strateji dövr: hərbi müstəvidə həmrəylik labüddür

08:33
08 Yanvar

Azərbaycan bütün reallıqları vaxtında və düzgün qiymətləndirir

08:30
08 Yanvar

İqtisadi reallığa uyğun olmayan ticarət dövriyyəsi

08:25
08 Yanvar

Dərin təhlil, obyektiv yanaşma, ədalətli mövqe

08:20
08 Yanvar

Güclü lider güclü dövlət qurur

08:15
08 Yanvar

Dayanıqlı inkişaf və makroiqtisadi sabitlik

08:10
08 Yanvar

Yeni il xalqımıza nə vəd edir

08:05
08 Yanvar

Xalqa arxalanan, xalqın inandığı

08:00
08 Yanvar

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında

01:55
08 Yanvar

"Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:54
08 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında

01:53
08 Yanvar

BİLDİRİŞ

01:53
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!