05 Noyabr 2024 14:08
87
İQTİSADİYYAT
A- A+
Azərbaycan 7-ci Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur  

Azərbaycan 7-ci Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur  

Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 7-ci Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır.

Çinin Ticarət Nazirliyinin, Şanxay meriyasının və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə keçirilən sərgiyə 152 ölkə və beynəlxalq təşkilatdan 3500 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 297 şirkət qatılıb. Yerli və xarici 400 mindən çox peşəkar ziyarətçi, 3800 media işçisi qeydiyyatdan keçib.

Nüfuzlu tədbirdə Azərbaycandan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir.

Qazaxıstan, Özbəkistan, Malayziya və Serbiya da daxil olmaqla bir neçə ölkənin hökumət başçısının, yüksəkvəzifəli rəsmi şəxslərin qatıldıqları açılış mərasimində Çinin Dövlət Şurasının sədri (Baş nazir) Li Çian çıxış edərək, sərginin Çin xarici ticarətində, xüsusən də xarici məhsulların və xidmətlərin Çin bazarına girişinin təşviqində rolundan danışıb, ölkənin açıqlıq siyasətinin xarici investorlar və istehsalçılar üçün böyük imkanlar yaratdığını deyib. O, Çinin iqtisadi açıqlıq siyasətini davam, biznes mühitini isə yaxşılaşdırmağa davam etməyə sadiq olduğunu diqqətə çatdırıb.

Sərginin ümumi ekspozisiya sahəsi 420 min kvadratmetrdir. Bura ərzaq və kənd təsərrüfatı, avtomobil, ağıllı sənaye və informasiya texnologiyaları, istehlak malları, tibbi avadanlıq və sağlamlıq məhsulları, xidmətlər ticarəti, innovasiya və inkubasiya bölmələri daxildir. Sərginin ölkələr bölümündə 77 ölkə və beynəlxalq təşkilatın milli stendi fəaliyyət göstərir.

Çin Beynəlxalq İdxal Sərgisinin daimi iştirakçılarından olan Azərbaycanın sərgidə İqtisadiyyat Nazirliyinin və Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə vahid ölkə stendi fəaliyyət göstərir. Stenddə ölkəmizin turizm, innovasiya, yaşıl enerji, sənaye, kənd təsərrüfatı, mədəniyyət, xalçaçılıq kimi sahələrdə qazanılan nailiyyətləri, perspektivlər, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri, sənaye parkları, aqroparklar Ələt AİZ, işğaldan azad edilmiş ərazilərin investisiya imkanları haqqında materiallar nümayiş olunur.

Stenddə, həmçinin “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar, o cümlədən şərab brendləri, digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, nar şirəsi, konservlər nümayiş olunur. Ziyarətçilərə Azərbaycan məhsullarına dair kataloqlar təqdim edilir, məhsulların dequstasiyası keçirilir.

Noyabrın 10-dək davam edəcək sərginin gedişində 400-dən çox məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi dünyada ölkə səviyyəsində yeganə idxal sərgisidir. İndiyədək keçirilmiş 6 sərgidə 420 milyard dollar dəyərində müqavilə və sazişlər imzalanıb. Son bir neçə onillikdə Çinin sosial-iqtisadi inkişafı əhalinin maddi gəlirlərinin yüksəlməsi ilə müşayiət olunur. Təxminən 400 milyon nəfər orta təbəqəsi olan Çin yerli və xarici şirkətlər üçün böyük və perspektivli bazardır. Bu bazar daha keyfiyyətli və geniş çeşiddə məhsullara və xidmətlərə, başqa sözlə, idxala ehtiyacı artırıb. Şanxay sərgisi də Çinin bu idxal tələbatının reallaşmasına xidmət edir.

Çin hazırda dünyada ən böyük 2-ci idxalçıdır. Cari ilin 9 ayında Çinin idxalı 4,1 faiz artaraq 13,71 trilyon yuana (1,92 trilyon dollar) çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Okeanın dibində oksigen aşkar edilib  

16:00
05 Noyabr

“Heydər Əliyev və Azərbaycan incəsənəti” məqalələr toplusu çapdan çıxıb

15:57
05 Noyabr

Şamil Ayrım: Böyük Qələbədən sonra Azərbaycanın ekoloji məsələlərə dair tədbirə ev sahibliyi etməsi mühüm əhəmiyyət daşıyır  

15:36
05 Noyabr

Tolerantlıq və ətraf mühit arasında əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir

15:35
05 Noyabr

ABŞ-da prezident seçkiləri keçirilir

15:33
05 Noyabr

Komor adaları yaxınlığında azı 25 miqrant həlak olub

14:50
05 Noyabr

Bukmeykerlər Donald Trampın seçkilərdə qələbə şansını 61 faiz qiymətləndirir  

14:45
05 Noyabr

Birləşmiş Ərəb Əmirlikləri rəsmisi: Azərbaycan tolerantlığın məkanıdır  

14:44
05 Noyabr

Kol Durham: Dini icmaların regional və qlobal məsələlərin həllində təsir mexanizmləri var  

14:44
05 Noyabr

İcraçı direktor: Dinlərarası dialoq vasitəsilə ekoloji problemlərin həllinə töhfə verə bilərik  

14:43
05 Noyabr

Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib YENİLƏNƏCƏK

14:42
05 Noyabr

Rəvan Həsənov: Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqa hər zaman önəm verir  

14:42
05 Noyabr

Dünya dini liderlərinin qlobal Bakı Sammiti işini plenar iclasla davam etdirir  

14:41
05 Noyabr

Milix Yevdayev: Ekosistem Allahın insanlara verdiyi əmanətdir və biz onu qorumalıyıq  

14:40
05 Noyabr

Bir sıra ərazilərdə güclü külək əsir – FAKTİKİ HAVA

14:36
05 Noyabr

İslam alimi: Planetin gələcəyi naminə birlikdə mübarizə aparmalıyıq  

14:36
05 Noyabr

Donald Tramp Ukraynadakı müharibəyə son qoyacağını vəd edib

14:27
05 Noyabr

Çeçenistan müftisi: Azərbaycanın ekologiyanın qorunması istiqamətində gördüyü tədbirlər nümunəvidir  

14:26
05 Noyabr

Azərbaycan 7-ci Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur  

14:08
05 Noyabr

Ravil Qaynutdin: İqlim gündəliyi ölkələr tərəfindən ayrı-ayrılıqda həyata keçirilə bilməz

14:06
05 Noyabr

Ravvin: İqlim dəyişikliyi ilə mübarizədə həmrəylik göstərməliyik

14:05
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!