05 Noyabr 2024 14:05
92
İQTİSADİYYAT
A- A+
Azərbaycandan hava nəqliyyatı ilə tranzit daşınan sərnişinlərin sayı 1,4 dəfəyədək artıb  

Azərbaycandan hava nəqliyyatı ilə tranzit daşınan sərnişinlərin sayı 1,4 dəfəyədək artıb  

Heydər Əliyev Beynəlxalq Aeroportu Bakını 80-dən çox beynəlxalq istiqamətlə birləşdirərək, Azərbaycanı qlobal səyahət mərkəzi kimi dünyaya təqdim edir. Avropanın London, Paris və Roma kimi əsas şəhərlərindən tutmuş Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Asiyaya qədər geniş marşrut şəbəkəsi sərnişinlərə müxtəlif istiqamətlərdə səyahət üçün geniş seçim imkanları yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum mövcud əlaqələri gücləndirməklə sərnişinlərə rahat və keyfiyyətli səyahət təcrübəsi təklif edir.

“Məqsədimiz Bakını həm tranzit, həm də təyinat nöqtəsi kimi qlobal səyahətçilər üçün cəlbedici mərkəzə çevirməkdir. Bu ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 631 mindən çox sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artım deməkdir. Həmin ay ərzində ümumilikdə 4779 uçuş yerinə yetirilib. Beynəlxalq istiqamətlərdə daşınan sərnişinlərin 51,1 faizi xarici aviadaşıyıcıların payına düşüb. Xüsusilə, tranzit sərnişinlərin sayı 137 faiz artaraq 33 minə çatıb. Bu da Bakının beynəlxalq tranzit mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir”, - deyə aeroportun direktoru vurğulayıb.

T.Həsənov qeyd edib ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 39 aviaşirkət fəaliyyət göstərir ki, bu da sərnişinlərə daha çox iqtisadi seçim imkanı yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Okeanın dibində oksigen aşkar edilib  

16:00
05 Noyabr

“Heydər Əliyev və Azərbaycan incəsənəti” məqalələr toplusu çapdan çıxıb

15:57
05 Noyabr

Şamil Ayrım: Böyük Qələbədən sonra Azərbaycanın ekoloji məsələlərə dair tədbirə ev sahibliyi etməsi mühüm əhəmiyyət daşıyır  

15:36
05 Noyabr

Tolerantlıq və ətraf mühit arasında əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir

15:35
05 Noyabr

ABŞ-da prezident seçkiləri keçirilir

15:33
05 Noyabr

Komor adaları yaxınlığında azı 25 miqrant həlak olub

14:50
05 Noyabr

Bukmeykerlər Donald Trampın seçkilərdə qələbə şansını 61 faiz qiymətləndirir  

14:45
05 Noyabr

Birləşmiş Ərəb Əmirlikləri rəsmisi: Azərbaycan tolerantlığın məkanıdır  

14:44
05 Noyabr

Kol Durham: Dini icmaların regional və qlobal məsələlərin həllində təsir mexanizmləri var  

14:44
05 Noyabr

İcraçı direktor: Dinlərarası dialoq vasitəsilə ekoloji problemlərin həllinə töhfə verə bilərik  

14:43
05 Noyabr

Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib YENİLƏNƏCƏK

14:42
05 Noyabr

Rəvan Həsənov: Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqa hər zaman önəm verir  

14:42
05 Noyabr

Dünya dini liderlərinin qlobal Bakı Sammiti işini plenar iclasla davam etdirir  

14:41
05 Noyabr

Milix Yevdayev: Ekosistem Allahın insanlara verdiyi əmanətdir və biz onu qorumalıyıq  

14:40
05 Noyabr

Bir sıra ərazilərdə güclü külək əsir – FAKTİKİ HAVA

14:36
05 Noyabr

İslam alimi: Planetin gələcəyi naminə birlikdə mübarizə aparmalıyıq  

14:36
05 Noyabr

Donald Tramp Ukraynadakı müharibəyə son qoyacağını vəd edib

14:27
05 Noyabr

Çeçenistan müftisi: Azərbaycanın ekologiyanın qorunması istiqamətində gördüyü tədbirlər nümunəvidir  

14:26
05 Noyabr

Azərbaycan 7-ci Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur  

14:08
05 Noyabr

Ravil Qaynutdin: İqlim gündəliyi ölkələr tərəfindən ayrı-ayrılıqda həyata keçirilə bilməz

14:06
05 Noyabr

Ravvin: İqlim dəyişikliyi ilə mübarizədə həmrəylik göstərməliyik

14:05
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!