02 Oktyabr 2024 13:31
666
İQTİSADİYYAT
A- A+
AZAL 6 ədəd yeni təyyarə alır

AZAL 6 ədəd yeni təyyarə alır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL dünyanın ən böyük aviasiya lizinqi şirkəti olan “AerCap” ilə CFM LEAP mühərrikli altı yeni “Airbus” təyyarəsinin əməliyyat lizinqinə dair müqavilə imzalayıb.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, 2026-cı ilin yaz aylarından başlayaraq həmin ilin sonunadək üç “A320neo” və üç “A321neo” təyyarəsinin tədarükü planlaşdırılır.

Sənəd “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev və “AerCap” şirkətinin baş kommersiya direktoru Piter Anderson tərəfindən imzalanıb.

“Lizinq müqaviləsinin imzalanması, xüsusilə məşhur “A321neo” təyyarələrinin cəlb edilməsi, donanmamızı əhəmiyyətli dərəcədə yeniləməyə imkan yaradır. Bu təyyarələr sərnişinlərimizin ehtiyaclarını ödəmək, onların maksimum rahatlığını təmin etmək, eləcə də aviaşirkətimizin marşrut şəbəkəsinin genişləndirilməsinə töhfə vermək məqsədinə xidmət edir. Biz yeni istiqamətlər açaraq və xidmət keyfiyyətini yüksəldərək daha yaxşı səyahət imkanları yaratmağa və müştərilərimizin gözləntilərini qarşılamağa çalışırıq. Bundan əlavə, “AerCap” kimi böyük bir şirkətlə müqavilənin bağlanması AZAL-ın beynəlxalq aviasiya bazarında yüksək etimada malik olduğunu bir daha sübut edir”, – deyə AZAL-ın prezidenti Samir Rzayev bildirib.

Qeyd edək ki, “A321neo” təyyarələri ilk dəfədir ki, AZAL-ın donanmasında təqdim ediləcək. “A321neo” təyyarələrinin Türkiyə, Yaxın Şərq və Hindistan kimi istiqamətlər üzrə uçuşlar həyata keçirəcəyi planlaşdırılır. “A320neo”ların isə Avropa və Asiya marşrutlarında istifadə olunması nəzərdə tutulur.

“AerCap” AZAL-ı yeni müştəri kimi qarşılamaqdan və onların təyyarə parkı və marşrut şəbəkəsini genişləndirməkdə dəstək olmaqdan məmnundur. “A320neo” və “A321neo” dünyada ən çox tələb olunan təyyarələrdən hesab olunur. Bu təyyarələr AZAL-a həm daha çox istiqamət üzrə sərnişinlərə xidmət göstərməyə, həm də donanmasını bazarda texnoloji cəhətdən ən qabaqcıl və yanacağa qənaət edən təyyarələrlə yeniləməyə imkan verəcək. Biz AZAL komandasına bu məqsədlərinə nail olmaqda uğurlar diləyir və uzunmüddətli tərəfdaşlığımıza ümid edirik”, – deyə “AerCap” şirkətinin baş kommersiya direktoru Piter Anderson bildirib.

“Airbus A320neo” və “Airbus A321neo” qısa və orta məsafəli uçuşlar üçün nəzərdə tutulmuş müasir dar gövdəli təyyarələrdir. Hər iki model uçuş təhlükəsizliyini və sərnişin rahatlığını artıran müasir idarəetmə sistemləri ilə təchiz edilib.

Təkmilləşdirilmiş aerodinamikası sayəsində “A320neo” və “A321neo” həm karbon emissiyalarını, həm də səs-küy səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Bu xüsusiyyətlər onları dayanıqlı inkişafa sadiq aviaşirkətlər üçün cəlbedici edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!