29 İyul 2025 09:39
497
CƏMİYYƏT
A- A+
Az yaşadı, amma əbəs yerə yaşamadı

Az yaşadı, amma əbəs yerə yaşamadı

 Əsrlər, illərboyu həmişə belə olub. Düşmən yurda hücum edəndə torpaq qeyrəti çəkən oğullar silahlanaraq el-obanın müdafiəsinə qalxıblar. Birinci Qarabağ müharibəsi başlayanda da yurd təəssübü çəkən gənclərimiz silaha sarıldılar.

Erməni qəsbkarları xaricdəki havadarlarına arxalanaraq Qarabağın kənd və qəsəbələrini işğal edəndə Vətəni canından çox sevən ogullar kimsədən çağırış gözləmədən könüllü olaraq cəbhəyə yollandılar. Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə böyük cəsarətlə vuruşdular, yaddaşlara əbədi olaraq yazılmış igidlik və qəhrəmanlıq göstərdilər.

 

 Təəssüf ki, cəbhədən geri qayıtmayanlar da oldu. Onlar torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə canlarından keçdilər, Vətənə oğul oldular. Belə torpaq qeyrəti, yurd təəssübü çəkən oğullarımızdan biri də Kamil Mirsadıq oğlu Sabitov idi. Kamil Qarabağ uğrunda müharibə başlayan kimi erməni qəsbkarlarının hücumlarının qarşısını almaq üçün döyüşlərə yollanmışdı. İlk günlərdən başlayaraq erməni qəsbkarları ilə vuruşmuşdu. Döyüşlər zamanı silahının hədəfinə tuş gələn neçə-neçə düşməni məhv etmişdi. Komandirlərin verdiyi bütün tapşırıqların öhdəsindən bacarıqla gəlmişdi. Təəssüf ki, Kamil Sabitov 1992-ci il mart ayının 12-də Qarabağın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid oldu. Doğmalarının, yaxınlarının iştirakı ilə göz yaşı içində Yevlax rayonundakı Şəhidlər xiyabanında torpağa tapşırıldı.

 

Onu döyüşlərə Vətən sevgisi apardı

 

Şəhid Kamil Sabitov 1961-ci ildə Yevlax rayonunda dünyaya göz açmışdı. Gələcəyin igid döyüşçüsü böyüklə böyük, kiçiklə kiçik idi. Ən başlıcası isə Kamil vətənpərvər oğlan idi. Qoynunda dünyaya göz açdığı torpağı, el-obanı böyük məhəbbətlə sevirdi. Elə torpaqlarımızın müdafiəsinə də Kamili ürəyində, qəlbində çağlayan Vətən sevgisi apardı.

Qarabağda atəş səsləri eşidiləndə, erməni separatizminin qan qoxuyan işğal planları işə düşəndə Kamil vaxt itirmədən Qarabağ uğrunda döyüşlərə yollandı. Dörd ilə yaxın vuruşdu. Bir addım da olsun dayandığı mövqedən geri çəkilmədi. Onun şərəf dolu döyüş yolu Ağdərədən, Şuşadan, Ağdamdan və Tərtərin cəbhə xəttində yerləşən yaşayış məntəqələrindən keçdi. Gərgin əməliyyatların birində Kamil sol böyründən yaralandı. Güllə dəyən yerdən axan qan dayanmaq bilmirdi. Həyatı təhlükədə idi, bu vəziyyətdə uzun müddət qala bilməzdi. Əsgər yoldaşları böyük çətinliklə də olsa, onu döyüş meydanından arxaya, təhlükəsiz əraziyə çıxara bildilər. İlkin tibbi yardımdan sonra vaxt itirmədən cəsur döyüşçünü müalicə olunmaq üçün qoynunda dünyaya göz açdığı Yevlax rayonuna göndərdilər. Kamil Sabitov rayondakı mərkəzi xəstəxanın Urologiya şöbəsində müalicə olunmağa başladı. Günlər bir-bir ötüb arxada qaldıqca  vəziyyəti düzəlir, ağrıları azalır, yarası sağalırdı. Müalicənin müsbət təsiri özünü göstərirdi.

Ağrıları azaldıqca, özünü yaxşı hiss etdikcə Qarabağa, döyüşçü yoldaşlarının yanına qayıtmağa tələsirdi. Çünki həm döyüşlərdən, həm də zabit və əsgər yoldaşlarından nigaran qalmışdı.

 

Yaraları tam sağalmamış Vətənin yarasını sağaltmağa qayıtdı

 

Kamilin yenidən Qarabağa, döyüşə qayıtmağa hazırlaşdığını eşidəndə bacısı Rəfayət və anası Ayna xanım rahatsız oldular. Onu bu istəyindən döndərməyə çalışdılar. Bacısı onu uşaq kimi dilə tutub soruşdu: "Qardaş, hələ heç yaraların sağalmamış niyə döyüşə getməyə tələsirsən? Nə olub, nə qaçhaqaçdı, hara tələsirsən? Bu vəziyyətdə sən necə döyüşəcəksən, düşmən üzərinə necə hücuma keçəcəksən? Qoy yaraların tam sağalsın, xəstəxanadan çıx gəl evimizə. Bir az da sənə qulluq edək özünə gəl, sonra cəbhəyə gedərsən".

Bacısından gözləmədiyi bu sözləri eşidəndən sonra Kamil bir anlıq fikrə getdi, sonra astaca dedi: "Bacı, sən nə danışırsan! Mən başladığım döyüşü necə yarımçıq qoya bilərəm? Bu, mümkün olan iş deyil. Bilirsən ki, mən fikrindən dönən adamlardan deyiləm. Əgər bu yolu seçmişəmsə, onu axıra qədər davam etdirəcəm. Son damla qanım qalana qədər vuruşacam, Qarabağı erməni işğalçılarından müdafiə edənlərin sırasında olacam. Sizin başınızı həmişə uca edəcəm. Mənim qəhrəmanlığımla, igidliyimlə həmişə qürur duyub, fəxr edəcəksiniz. Amalım, məqsədim Qarabağı erməni işğalçılarından müdafiə etməkdir. Buna görə də döyüşümü yarımçıq qoya bilmərəm. Axı bilirsən ki, müqəddəs kitabımız olan "Quran"a and içmişəm. And içmişəm ki, müharibə başa çatana qədər erməni işğalçılarına qarşı vuruşacam, yurdumuzu yağılardan qoruyacam. İndi sən də deyirsən ki, Qarabağa getmə, vuruşma. Heç ilk addımlarını atdığın belə bir müqəddəs yoldan geri dönmək olar? Bilirəm ki, bu yolda ölüm-itim, şəhidlik var. Amma bu, məni qorxutmur. Mən mütləq getməliyəm, bilirəm ki, döyüşçü yoldaşlarım da yolumu gözləyirlər. Sən də anama təskinlik ver, ona həyan ol, qulluğunda dayan. Biz mütləq erməni işğalçılarına qalib gələrək günlərin birində xalqımızın yanına zəfərlə, alnıaçıq, başıuca qayıdacağıq".

 

Niyyəti çin oldu

 

Kamil dediyini etdi. Yarası bir az sağalandan, ağrıları azalandan sonra yaxınları ilə sağollaşıb Qarabağa - erməni işğalçıları ilə yarımçıq qalmış döyüşlərini davam etdirməyə yollandı. Ayrılarkən doğmalarına tezliklə qayıdacağını bildirdi. Təəssüflər olsun ki, bu, onun yaxınları, əzizləri ilə son görüşü oldu. 12 mart 1992-ci ildə evlərinin qapısını Kamilin şəhid olduğu xəbər döydü. Bu acı xəbər onu sevənlərin ürəklərini dağladı, qəlblərini yandırıb-yaxdı. Doğmaları acı göz yaşları axıtdılar. Cəsur döyüşçü bir zamanlar dediyi sözü, verdiyi vədi yerinə yetirmişdi. Şərəfli ölümü ilə yaxınlarının, doğmalarının başını uca etmişdi. Qəhrəmanlığı ilə şəhidlik zirvəsinə ucalmışdı. Valideynləri, qardaş-bacıları onun igidliyi və qəhrəmanlığı ilə fəxr edirlər.

Qapılarını ölüm xəbəri döysə də, onun meyitini tapmaq, dəfn etmək mümkün deyildi. Döyüşçü yoldaşlarının verdikləri məlumatlara görə, Kamilin meyiti düşmənin nəzarət etdiyi ərazidə qalmışdı. Qardaşları onun nəşini tapmaq üçün cəbhə bölgəsinə yola düşdülər. Şükür ki, 12 gün davam edən axtarışlar nəticə verdi. Doğmaları çox ağrılı və üzücü bir mənzərə ilə qarşılaşdılar. Kamilin meyitinin üstündə açıq-aydın görünən işgəncə izləri var idi. Erməni işğalçıları onu işgəncə verə-verə öldürmüş və sonra da yandırmışdılar. Bu dəhşətli mənzərə hamını sarsıtdı, ürəklərini dağladı, qəlblərini göynətdi. Kamil Qarabağın müdafiəsi naminə şirin canından keçmiş, kişi kimi döyüşmüş, kişi kimi də şəhid olmuşdu. Doğmaları, yaxınları dərin kədər hissi ilə Kamili Şəhidlər xiyabanında torpağa tapşırdılar.

O, 31 il yaşadı. Bu gün əzizləri onunla fəxr edirlər. Böyüməkdə olan gənc nəsil də qəhrəmanlığı, igidliyi Kamil kimi cəsur oğullardan öyrənir. Deməli, Kamil əbəs yerə yaşamayıb.

 

V.MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!