18 Noyabr 2026 17:40
78
DÜNYA
A- A+
Avropada bu şəhərlərin havası çirklidir  

Avropada bu şəhərlərin havası çirklidir  


Mövcud ölçmələrə əsasən, təhlil edilən 40 böyük Avropa şəhərindən 37-sinin Avropa İttifaqı tərəfindən tətbiq ediləcək hava çirkliliyi limitlərindən ən azı birinə cavab vermədiyi müəyyən edilib.

Brüsseldə yerləşən və davamlı şəhər nəqliyyatı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından ibarət "Clean Cities" təşkilatı, "2026-cı il Şəhər Reytinqi" (2026 City Ranking) çərçivəsində azot dioksid və xırda hissəcikli maddələrin səviyyələrini, Avropa İttifaqının 2030-cu ilə qədər tətbiq etməyi planlaşdırdığı gündəlik və illik limit dəyərləri ilə müqayisə edib.

Araşdırmada əsasən Avropa Ətraf Mühit Agentliyinin ölçmə göstəricilərindən istifadə olunub. Çirklənmə səviyyələri ilə yanaşı, tədqiqatda son onillikdə baş verən dəyişikliklər və şəhərlərin nəqliyyat siyasətləri də qiymətləndirilib.

Kopenhagen, eləcə də Stokholm və Helsinki şəhər aqlomerasiyaları iki xüsusi çirkləndirici maddə üçün müəyyən edilmiş bütün gündəlik və illik limitlərə cavab verən yeganə şəhərlər olub və reytinqdə "A" qiyməti qazanıblar. Bunun əksinə olaraq, tədqiq olunan şəhərlərdən 18-i müəyyən edilmiş dörd limit dəyərinin heç birinə cavab verə bilməyib. Zaqreb, Buxarest və Afina reytinqdə son üç yeri tutublar. Ən aşağı iki qiyməti – "E" və "F" – alan hər 11 şəhər Cənubi, Mərkəzi və Şərqi Avropada yerləşir.

Tədqiq olunan şəhərlər arasında azot dioksidinin orta səviyyəsi ən yüksək olan şəhər Afina  olub(kubmetrə 37,6 mikroqram).

Belçikanın Gent şəhəri dördüncü, Brüssel beşinci, Antverpen isə 21-ci yerdə qərarlaşıb.

Tədqiq edilən 40 şəhərin heç biri Ümumdünya Səhiyyə Təşkilatının hava keyfiyyəti ilə bağlı tövsiyə etdiyi bütün standartlara cavab verə bilməyib.

Aşağı emissiyalı zonalar, elektrik avtobusları, məktəblərin ətrafında nəqliyyat hərəkətinin məhdudlaşdırılması və velosiped infrastrukturunun inkişafı kimi tədbirlərin hava çirklənməsinin azaldılmasına töhfə verdiyi sübuta yetirilib.

Kopenhagen, Stokholm, Ştutqart, Oslo və London son onillikdə azot dioksid səviyyəsində əhəmiyyətli azalma qeydə alınan şəhərlər kimi xüsusi qeyd olunub.

Avropa İttifaqının havanın keyfiyyəti ilə bağlı yeni qaydalarına əsasən, 1 yanvar 2030-cu il tarixinədək azot dioksidin illik orta konsentrasiyası hər kubmetr üçün 20 mikroqramdan, incə hissəciklərin (fine particulate matter) konsentrasiyası isə hər kubmetr üçün 10 mikroqramdan çox olmamalıdır.

Azot dioksid üçün gündəlik orta limit 50 mikroqram, incə hissəciklər üçün isə 25 mikroqram müəyyən edilib. Bununla yanaşı, hər iki çirkləndirici maddə üzrə bu gündəlik limitlərin il ərzində ən çoxu 18 gün aşılmasına icazə verilir.

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir müavini: Azərbaycan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayan və ratifikasiya edən ilk ölkələrdəndir  

12:31
19 Noyabr

COP31-də Azərbaycanın dayanıqlı turizm təşəbbüsləri təqdim olunub

12:24
19 Noyabr

Ombudsman: Humanitar minatəmizləmə fəaliyyətlərinə beynəlxalq dəstəyin artırılması zəruridir  

12:16
19 Noyabr

Azərbaycan minifutbol millisi Avropa reytinqində ikincidir

12:08
19 Noyabr

Ziyafət Əsgərov: İri texnologiya şirkətlərinin geosiyasi təsirinin artması dövlətləri həssas balans tapmağa vadar edir

12:03
19 Noyabr

Əmək Məcəlləsindəki yeniliklər işəgötürənlərə hansı üstünlükləri verəcək? – nazirdən açıqlama 

11:58
19 Noyabr

Bəzi ölkələr tərəfindən iqlim dəyişiklikləri ilə bağlı hesabat gecikdirilir

11:47
19 Noyabr

Ötən gün 37 cinayətin açılması təmin olunub

11:43
19 Noyabr

Anar Əliyev: İşəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas tərəfdaşlarından biridir 

11:26
19 Noyabr

Bakıda Dövlət-Biznes Əməkdaşlığı Forumu öz işinə başlayıb  

11:07
19 Noyabr

Nazirlər SABAH.city innovasiya şəhərciyində  

11:01
19 Noyabr

Müdafiə Nazirliyinin nümayəndə heyəti Sofiyada işçi görüş keçirib  

10:52
19 Noyabr

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib  

10:49
19 Noyabr

Alimlər sonuncu homo növünü araşdırırlar – Çində mağarada “Homo erectus”a aid qalıqlar tapılıb  

10:42
19 Noyabr

Ağdam qüdrətli Azərbaycanın rəmzi kimi yenidən dirçəlir

10:35
19 Noyabr

Qızılın qiymətində sabitləşmə müşahidə olunur

10:21
19 Noyabr

M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında  

10:15
19 Noyabr

M.M.Abbaszadənin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında  

10:14
19 Noyabr

E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında  

10:13
19 Noyabr

Azərbaycan nefti 97 dollara satılır 

10:09
19 Noyabr

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb

09:39
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!