26 Dekabr 2025 08:25
273
SİYASƏT
A- A+
Avropa Parlamenti siyasi məkr yuvası olduğunu bir daha təsdiq etdi

Avropa Parlamenti siyasi məkr yuvası olduğunu bir daha təsdiq etdi


Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin təntənəsi olmaqla, Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi. Bütün bunların nəticəsi kimi regionda yaranan reallıqlar dünyada qəbul olunur. Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması və bununla bağlı beynəlxalq reaksiyalar da göstərir ki, yaranan yeni reallıqlar beynəlxalq səviyyədə dəstəklənir.


Erməni lobbisinin  əlində alətə çevrilən qurum


Lakin o da reallıqdır ki, Azərbaycan hansısa uğura imza atanda korrupsiya və siyasi məkr yuvası olan Avropa Parlamenti mütləq ölkəmizə qarşı heç bir siyasi çəkisi və mənası olmayan qətnamə qəbul edir. Azərbaycanın regionda sülhü təmin etdiyi bir vaxtda AP-nin dekabrın 18-də Azərbaycanla bağlı növbəti dəfə qətnamə qəbul etməsi bir daha bu qurumun riyakarlığını göstərir. Azərbaycan Respublikası Milli Məclisinin bəyanatında deyildiyi kimi, yalan məlumatlar və saxta iddialar üzərində qurulan, konkret cinayət əməllərinə siyasi don geyindirən bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobud müdaxilə etmək üçün göstərilən növbəti uğursuz cəhddir. Görünən odur ki, anti-Azərbaycan ritorikasından əl çəkə bilməyən Avropa Parlamenti bir daha siyasi riyakarlıq nümayiş etdirərək, insan hüquqları kimi önəmli mövzudan öz gizli gündəliyi və təxribatçı məqsədləri üçün istifadəyə davam edir.

AP-nin indiyə qədər Azərbaycanla bağlı qəbul etdiyi bütün qətnamələr yalan məlumatlar və saxta iddialar üzərində qurulub. Qurum indiyə qədər Azərbaycana dair 40-a yaxın qətnamə qəbul edib. Amma onların heç birində həqiqətə yaxın olan belə fikir tapmaq mümkün deyil. Hər bir belə qətnamə reallıqla, ümumiyyətlə, bağlı olmayan məlumatlara əsaslanıb.

Və qeyd edildiyi kimi, belə qondarma qətnamələri AP Azərbaycan uğurlara imza atanda qəbul edib. Azərbaycan yüksəldikcə, iqtisadi inkişafla bağlı nailiyyətlərə imza atdıqca, regionda və dünyada söz sahibi kimi mövqelərini möhkəmləndirdikcə AP erməni təəssübünü çəkən siyasi mərkəzlərdən aldığı sifarişlər əsasında Azərbaycanı hədəfə alan sənədlər qəbul edib.  O cümlədən  respublikamızda keçirilən mühüm beynəlxalq tədbirlər ərəfəsində AP alətə çevrilərək ölkəmizə qarşı başladılan qarayaxma kampaniyasının önündə gəlib. Bunu "Avroviziya" mahnı müsabiqəsi, I Avropa Oyunları və digər mötəbər tədbirlər ərəfəsində AP-nin ortaya qoyduğu riyakarlıq təsdiq edir. Son dövrlərdə isə COP29 zamanı AP respublikamıza qarşı hibrid hücumlarda alət kimi istifadə edilib.

AP torpaqlarımızın işğal altında olduğu dövrdə bircə dəfə də olsun Ermənistandan təcavüzkarlığa son qoymağı tələb etməyib. Bu məkr mərkəzi heç vaxt Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyib. Bir dəfə də olsun AP Ermənistanın işğalçılığı nəticəsində Azərbaycan vətəndaşlarının məcburi köçkün vəziyyətinə  düşməsindən narahatlığını ifadə etməyib. Seçkilər zamanı Azərbaycana qarşı saxta və yalan iddialar əsasında qətnamələr qəbul edən bu təşkilat Ermənistanda seçki vaxtı namizədin güllələnməsini, aksiyalar zamanı vətəndaşların öldürülməsini görməzdən gəlib.


AP-nin məqsədi sülh prosesinə zərbə vurmaqdır 


Ümumiyyətlə, AP həmişə irqçi, islamafob, türkofob və Azərbaycanofob mövqeyi ilə tanınıb. Hər hansı məsələyə münasibətdə reallıqla uzlaşmayan, insanlığa sığmayan, hansısa siyasi qrupların maraqlarını müdafiə edən qərar qəbul edib. Torpaqlarımızın işğaldan azad olunması isə AP-nin yuxusunu ərşə çəkib. Çünki 44 günlük Vətən müharibəsində Azərbaycan həm də Ermənistanın təəssübkeşi olan Avropa Parlamentinə qalib gəlib. Bu savaş AP-də daxil olmaqla erməni təəssübkeşlərinin məğlubiyyəti oldu. 

Vətən müharibəsindən sonra AP-nin Azərbaycanla bağlı davamlı olaraq qətnamələr qəbul etməsi bir daha bu təşkilatın ölkəmizə qarşı düşmən münasibətinin göstəricisidir. Müharibə 5 ildir başa çatıb. Lakin bu dövrdə AP tərəfindən Azərbaycana bağlı böhtanla dolu 10-dan artıq rüsvayçı qətnamə qəbul edilib. Və bu qətnamələrin hamısı Azərbaycanın uğurlarına, dövlətimizin imicinə kölgə salmaq məqsədi güdüb.

Onu da qeyd edək ki, AP-nin üzvü olmadığı bir ölkə haqqında belə qətnamə çıxarması siyasi-etik baxımdan da düzgün deyil. Digər tərəfdən, AP-nin qəbul etdiyi qərarlar heç Avropa İttifaqına üzv olan dövlətlərdə belə ciddi qəbul olunmur. Son illərdə korrupsiya qalmaqalları ilə üzləşməsi AP-nin onsuz da zəif olan siyasi reputasiyasını əhəmiyyətli dərəcədə zəiflədib.

Bu gün Cənubi Qafqazda pozitiv proseslər gedir. Bu ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətninin paraflanması, Zəngəzur dəhlizinin (TRIPP) açılmasına dair razılaşmaların əldə olunması göstərir ki, regionun tarixində yeni bir dövr başlayıb. Belə bir ərəfədə sağlam düşünən dövlət, hər bir siyasi qurum bu prosesi alqışlamalı, dəstəyini göstərməlidir. Lakin bilinən odur ki, AP indiyə qədər Azərbaycanla Ermənistanın sülhə yaxın olduğu bir dövrdə bu prosesə hər hansı dəstəyini ifadə etməyib. Milli Məclisin bəyanatında deyildiyi kimi, indi isə bəlli olur ki, 2025-ci il 8 avqust tarixli Vaşinqton Sammiti, ABŞ Prezidenti Donald Trampın səmimi vasitəçiliyi nəticəsində Azərbaycan-Ermənistan sülh prosesində əldə olunmuş irəliləyiş bir sıra dairələrin maraqlarına cavab vermir. Müvafiq proseslərdə iştirak və müdaxilə imkanlarını itirən həmin dairələr regionumuzda sülh, sabitlik və əməkdaşlığın təşəbbüsçüsü olan Azərbaycana qarşı belə bəsit addımlarla həmin prosesləri dolayı yolla əngəlləməyə cəhd edirlər.

Azərbaycan öz yolu, qətiyyətli və müstəqil siyasəti olan dövlətdir. İndiyə qədər AP-nin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin heç biri respublikamızın siyasətinə təsir göstərə bilməyib. Heç bir qətnamə Azərbaycanı öz yolundan dayandıra və ya döndərə bilməyb. Ona görə AP-nin 2025-ci il 18 dekabr tarixli qətnaməsi də Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Suriyaya humanitar yardım göndərib  

23:54
25 Yanvar

Media: Qarşıdakı 10 il Türkiyənin ali təhsil sistemində tələb və təklif balansında köklü dəyişikliklər dövrü olacaq  

22:51
25 Yanvar

Zelenski: Müharibənin bitməsi təhlükəsizlik zəmanətləri ilə bağlıdır  

21:47
25 Yanvar

Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

21:08
25 Yanvar

Misli Premyer Liqası: "Sabah" liderliyini möhkəmləndirib  

20:49
25 Yanvar

Milli Məclisin sədri Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşüb  

20:48
25 Yanvar

Milli Məclisin sədri Bəhreyn Krallığı Şura Məclisinin sədri ilə görüşüb

19:50
25 Yanvar

Misli Premyer Liqasında daha bir oyun keçirilib  

18:29
25 Yanvar

“Şahdağ”da snoubord üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  

18:09
25 Yanvar

Xəzər Boru Kəməri Konsorsiumu iki yanalma qurğusundan eyni vaxtda neftin yüklənməsini bərpa edib  

17:59
25 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:58
25 Yanvar

Otuz illik həsrətin şirin bəhrəsi: Kəlbəcərdə qədim arıçılıq ənənələri yenidən dirçəlir

15:06
25 Yanvar

FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib

13:04
25 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

12:41
25 Yanvar

ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadı gücləndirməyi planlaşdırır  

11:24
25 Yanvar

Tramp: Çinlə razılaşma əldə olunarsa, ABŞ Kanadaya 100 faiz tarif tətbiq edəcək  

11:10
25 Yanvar

Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur

11:01
25 Yanvar

Uitkoff gələn həftə BƏƏ-də danışıqların davam etdiriləcəyini təsdiqləyib  

10:59
25 Yanvar

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

10:56
25 Yanvar

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

10:27
25 Yanvar

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!