13 May 2025 08:10
428
SİYASƏT
A- A+
Atəşkəsdən Qələbəyə

Atəşkəsdən Qələbəyə


Prezident İlham Əliyevin Şuşa, Xocalı və Ağdam rayonlarına səfəri bəlli həqiqətlərə yeni işıq saldı. Bu səfər bir daha göstərdi ki, Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur, bu torpaqlarda həyat yenidən canlanır. Eyni zamanda bu səfər zamanı yeni istifadəyə verilən obyektlər, inzibati binalar, o cümlədən Ağdamın yenidən qurulan Kəngərli kəndinin sakinlərinə evlərinin açarlarının təqdim edilməsi növbəti dəfə dövlətimizin gücünün, quruculuq əzminin nümayişi oldu.

Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri getdikcə daha böyük miqyas alır, həyatın bütün sahələrini əhatə edir. Həm infrastrukturlar yaradılır, həm yeni istehsal sahələri fəaliyyətə başlayır, həm məşğulluq təmin olunur, həm də ermənilərin vandallığa məruz qoyduğu təbiətimiz bərpa edilir. Tədricən öz doğma ev-eşiyinə qayıdan keçmiş məcburi köçkünlərin sayı da artır. O cümlədən Qarabağın mədəni ənənələri də bərpa olunur.

Prezident İlham Əliyevin qətiyyətli siyasəti, dövlətimizin iqtisadi qüdrəti sayəsində Qarabağ və Şərqi Zəngəzur tam bərpa ediləcək, bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Dövlətimizin başçısı Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı azad edilmiş ərazilərimizin bərpası ilə bağlı təkcə Ağdam rayonunun timsalında çoxsaylı nümunələr göstərdi. Bütün Qarabağ və Şərqi Zəngəzuru əhatə etsək, bərpa və quruculuq layihələrinin sayı-hesabı bilinməz.

Olduqca qürurvericidir ki, bütün bunları həm də Birinci Qarabağ müharibəsində atəşkəsin elan olunmasının 31-ci ildönümündə bəyan edirik. Birinci Qarabağ müharibəsində atəşkəs 1994-cü il may ayının 12-də elan olunmuşdu. Hansı ki, həmin vaxt torpaqlarımız işğal altında idi. Bu gün isə Azərbaycan torpaqlarını işğaldan azad edən, Qarabağı separatçılardan təmizləyən qalib dövlətdir.

Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı atəşkəsə də toxundu. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu bizə imkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın: "O vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi, bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibə dayanmasaydı, biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın. Yəni biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir".

Xatırladaq ki, cəbhə xəttində atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" 1994-cü il may ayının 12-də qüvvəyə minmiş və həmin gündən Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar dayandırılmışdı. "Bişkek protokolu"na əsasən, atəşkəs rejimi real sülh addımları ilə müşayiət olunmalı, yaxın müddət ərzində işğal olunmuş ərazilər boşaldılmalı, köçkünlərin geri qaytarılmasını nəzərdə tutan sülh sazişi imzalanmalı idi. Lakin danışıqlar əvvəlcə aylar, sonra illərlə əvəzləndi. Məsələnin təəssüf doğuran tərəfi isə Ermənistanın nümayiş etdirdiyi ədalətsiz mövqenin Avropanın və dünyanın gözü qarşısında baş verməsi idi. Beynəlxalq təşkilatların, vasitəçilərin Azərbaycanın ərazi bütövlüyünün pozulmasına olan etinasız münasibəti, məsələyə yanaşmada ikili standartlardan çıxış etməsi, işğalçını öz adı ilə çağırmamaları atəşkəsdən sonrakı dövrün reallıqları idi.

O zaman atəşkəsə nail olunması Prezident İlham Əliyevin qeyd etdiyi kimi, çox müdrik qərar idi. Çünki atəşkəs rejimi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafına, qarşıda dayanan ümummilli vəzifələrin həyata keçirilməsinə imkan verdi. Belə ki atəşkəs razılaşmasından sonra "Əsrin müqaviləsi" imzalandı, hüquqi dövlət quruculuğuna başlanıldı, iqtisadi və aqrar sferalarda islahatlar həyata keçirildi. Eyni zamanda atəşkəs dövründə Ümummilli Lider Heydər Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri ordu quruculuğu oldu. Məhz həmin dövrdən başlayaraq ordumuzun döyüş qabiliyyətinin müasir standartlara uyğunlaşdırılması, yeni qoşun növlərinin yaradılması istiqamətində təxirəsalınmaz addımlar atıldı. O cümlədən hərbi təhsil müasir tələblərə uyğunlaşdırıldı. 

Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı, beynəlxalq birlikdə mövqelərini möhkəmləndirməsi qarşıda  dayanan milli çağırışların da uğurla reallaşdırılmasına yol açdı. Bu sırada işğaldan azad edilmiş ərazilərin azad edilməsi ilə bağlı prioritetlərin həyata keçirilməsi istiqamətində böyük uğurlar əldə edildi. Ermənistan diplomatik küncə sıxışdırıldı, Azərbaycan Silahlı Qüvvələrinin döyüş imkanları ən müasir standartlar səviyyəsinə çatdırıldı.

2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və bunun davamı kimi 2023-cü ildə Qarabağda erməni separatizminə son qoyulması Ulu Öndər Heydər Əliyevin başlatdığı, Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi siyasətin təntənəsinə çevrildi. Atəşkəsdən 44 günlük müharibəyə qədər keçdiyimiz tarixi yolun ən böyük hadisəsi Ermənistan üzərində qazandığımız zəfərdir.  Həm Vətən müharibəsində, həm antiterror əməliyyatlarında sözdən anlamayan, Azərbaycanın haqlı tələblərinə məhəl qoymayan Ermənistan və separatçılar döyüş yolu ilə cəzalandırıldılar, hərb meydanında "dəmir yumruq"la məhv edildilər. 

Artıq Qarabağ savaşı tarixə qovuşub. Elə "Bişkek protokolu"da keçmişdə qalıb.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!