01 Fevral 2025 08:20
439
SİYASƏT
A- A+
AŞPA siyasi şantaj platformasına çevrilib

AŞPA siyasi şantaj platformasına çevrilib


Qərbin bu qərəzli təsisatı demokratiya adı altında müstəqil siyasət yürüdən ölkələrə təzyiq edir


Avropa Şurası Parlament Assambleyası (AŞPA) fəaliyyətini insan haqları, demokratiya və qanunun aliliyi çərçivəsində qurmalıdır. Amma bu qurum hazırda sərgilədiyi qərəzli davranışlarla sözügedən təməl prinsiplərini ayaqlar altına atdığını göstərir. Belə ki, demokratiya maskası arxasında gizlənən Qərbin bu riyakar qurumu fəaliyyətini müstəqil siyasət yürüdən, xarici güclərin təzyiqlərinə boyun əyməyən, onların sözü ilə oturub-durmayan ölkələrdə daxili sabitliyi pozmağa, gərginlik yaratmağa yönəlib. Faktiki olaraq hazırda AŞPA yalnız bir-iki dövlətin marağına xidmət edən, xüsusilə Fransanın sifarişlərini yerinə yetirən alətə çevrilib. 


İkili standartlı və riyakar yanaşma 


Öz gücü hesabına beynəlxalq qanunların tələblərini, BMT TŞ-nin qətnamələrini yerinə yetirərək torpaqlarını işğaldan azad edən və suverenliyini tam təmin edən Azərbaycana qarşı AŞPA-nın sistemli şəkildə siyasi hücum kampaniyasına başlaması da buna əyani nümunədir. Vətən müharibəsinəqədərki dövrdə də bu qurumun ikili standartlı, ermənipərəst mövqeyinin şahidi olmuşuq.

Uzun illər ərzində AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ölkəmizin tarixi ərazilərinin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar səsləndirməklə kifayətlənib. Halbuki bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi, amma biz tamamilə əks fəaliyyətlə, ölkəmizə qarşı qərəzlərlə üzləşdik. 

2023-cü il oktyabrın 23-də qəbul etdiyi "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnaməsində AŞPA açıq şəkildə Azərbaycanı təhdid edərək, 19-20 sentyabrda keçirilən lokal xarakterli antiterror tədbirlərini hərbi əməliyyatlar kimi qələmə verərək "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti"ndən ciddi narahatlıq ifadə etdi və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələdi. 

2024-cü il qış yarımsessiyasının açılış günündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi. Bu riyakar qurumda ölkəmizə "insan hüquqları" bəhanəsi ilə təzyiq etməyə qərar verib. O zaman qalmaqallı təşəbbüs formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürüldü, amma məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi gün kimi aydın idi.  

Bütün bu qərəzli yanaşmalara görə, Azərbaycan nümayəndə heyəti ötən il yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı. Nümayəndə heyətimiz sözügedən tarixdə bununla bağlı bəyanatı səsləndirdikdən sonra Strasburqdakı məkanı tərk etdi.


AŞPA-da siyasi korrupsiya 


"Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir", - deyə nümayəndə heyətimizin həmin bəyanatında deyilirdi.   Bildirilirdi ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur: "Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib".

Bəyanatda vurğulanırdı: "Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib".

Nümayəndə heyətimizin AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırmaq qərarı Azərbaycanın qətiyyətinin təzahürü oldu. Bununla ölkəmizə qarşı qərəzli mövqe tutmuş AŞPA-ya layiq olduğu cavab verildi. 


Eyni məkrli ssenari Gürcüstana da tətbiq olunur


Gürcüstanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi və bu sayədə Qərb araqarışdıranlarının, ölkəni parçalamaq, vətəndaş müharibəsinə sürükləmək istəyən dağıdıcı qüvvələrin əl-qolunun bağlanması AŞPA-nı qane etmədiyi üçün bu respublikaya qarşı da siyasi şantaj həyata keçirir. 

Elə buna görə bu il yanvarın 29-da Gürcüstan parlamentinin nümayəndə heyəti də AŞPA-da fəaliyyətini dayandırdı. Gürcüstan nümayəndə heyətinin rəhbəri, Gürcüstan parlamentinin vitse-spikeri Tea Tsulukianinin bununla bağlı bəyanatında deyilir ki, Gürcüstan hakimiyyətinin əleyhdarları gürcü nümayəndə heyətinin etimadnaməsinin AŞPA-da, ümumiyyətlə, tanınmamasını istəyirdilər, lakin qurum etimadnamələri tanıyıb, amma müəyyən şərtlərlə, bunlardan biri də yeni parlament seçkilərinin keçirilməsi olub: "Bütün qeyd olunanları nəzərə alaraq, biz, Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri, Strasburq və Tbilisidə müzakirələr apardıq və "Gürcü Arzusu" komandasının ümumi qərarı ilə, səlahiyyətlərimizin təsdiq olunmasına baxmayaraq, bu gündən etibarən Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq".

Tsulukiani qeyd edib ki, Gürcüstan nümayəndə heyəti ölkəyə və onun xalqına qarşı şantaj dayandırıldıqdan sonra Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini bərpa edəcək.

Qərb ötən illər ərzində Gürcüstanda mövqeyini möhkəmləndirmək üçün bütün rıçaqlarını işə salaraq ələ aldığı QHT və KİV vasitəsilə çaxnaşmalar yaradır, bu ölkəyə sanksiyalar tətbiq edir, siyasi təzyiqlər göstərirdi. Ancaq Gürcüstanda ard-arda baş verən siyasi proseslər nəticəsində ölkədə demokratik qüvvələrin  hakimiyyətə gəlməsi Qərbin Gürcüstanda dayaqlarını itirməsinə səbəb oldu. AŞPA-nın bu ölkəyə siyasi təzyiqlər etməsi, şantaja əl atmasının səbəbi də elə budur. 


Bu, AŞPA-ya olan qlobal etimadsızlığı daha da gücləndirəcək


Ümumiyyətlə, Cənubi Qafqazın bu iki ölkəsi ilə - Azərbaycan və Gürcüstanla bağlı ədalətsiz davranışlarının fonunda da AŞPA-nın əsl çirkin siması aydın görünür. Onsuz da Ermənistanın Qərbin forpostu olduğu məlumdur. Aİ missiyasının hərbi güc kimi gəlib Ermənistan üzərindən bölgəyə yerləşməsi də buna əyani misallardandır.

Lakin Azərbaycanın daxili işlərinə burnunu soxa bilməyən Qərb təsisatları - AŞPA da sadəcə onlardan biridir, ölkəmizin qətiyyətli və sərt mövqeyi ilə yerlərində otuzdurulub. 

Görünən odur ki, Gürcüstanın hazırkı hakimiyyəti də ölkəsinin milli maraqlarını təhlükəyə atmaq istəmir və buna görə də Qərbin sözü ilə oturub-durmaq niyyətində deyil. Gürcüstanın nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmasına baxmayaraq, AŞPA-da fəaliyyətini dayandırması qərarı da bunun təsdiqidir. 

Bütün hallarda Azərbaycanın və Gürcüstanın timsalında ölkələrin bir-bir AŞPA-da iştirakını dayandırması bu ikili standartlı quruma qarşı olan qlobal etimadsızlığı daha da gücləndirəcək, onsuz da zəifləmiş nüfuzunu yerlə bir edəcək. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2030-cu ilədək 4SIM Azərbaycanda 650 müəssisənin rəqəmsal transformasiyasını dəstəkləyəcək  

15:18
05 Mart

Filippin Hərbi Hava Qüvvələrinin iki pilotu təyyarə qəzasında həlak olub

15:16
05 Mart

Xocavənd rayonunda hərbi sursat partlayıb, xəsarət alan var

15:15
05 Mart

Media: Vaşinqton Londona kəşfiyyat məlumatlarını Kiyevlə ötürməyi qadağan edib

15:14
05 Mart

Müdafiə Nazirliyi: Mövqelərimiz atəşə tutulub

15:13
05 Mart

Fərid Qayıbov: Azərbaycanda idmana dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı var  

15:12
05 Mart

ÜST: Qəzzada 12-14 min insanın tibbi təxliyəyə ehtiyacı var

15:11
05 Mart

Politico: Brüssel Ukrayna sammitinin pozulacağından ehtiyatlanır

15:11
05 Mart

Azərbaycan-Türkiyə qardaşlığı: Tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol TƏHLİL 

15:09
05 Mart

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları azalıb  

15:08
05 Mart

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

15:07
05 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:31
05 Mart

Dövlət Xidməti: Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub

13:30
05 Mart

Tramp Konqres qarşısında ən uzun çıxış rekordunu yeniləyib

13:30
05 Mart

Britaniya parlamentində Azərbaycana həsr olunmuş tədbir təşkil edilib

13:29
05 Mart

Tramp Konqresdəki çıxışında Zelenskidən məktub aldığını təsdiqləyib

13:28
05 Mart

Hazırda 75 min ailə ünvanlı yardımla təmin olunur

13:27
05 Mart

Bakı-Qroznı reysinin həlak olmuş ekipaj heyətinə Mülki Aviasiya Muzeyində şəxsi fond yaradılıb  

13:26
05 Mart

İstifadəyə yararsız döyüş sursatları Goran Təlim Mərkəzində məhv ediləcək  

13:25
05 Mart

Azərbaycan diaspor təşkilatları kanadalı parlamentarilərə Xocalı soyqırımı ilə bağlı məktub ünvanlayıblar  

13:24
05 Mart

Bakıda keçirilən əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 450 vakansiya təqdim edilib

13:22
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!