Bu ölkədə hakim partiya müxalifətin addımını xəyanət kimi qiymətləndirib
"Yanvarın 27-də açıq elan edilən Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) qış sessiyasında müzakirə olunan məsələlərdən biri Gürcüstan nümayəndəliyinin səlahiyyətlərinin müəyyənləşdirilməsi olub. Gürcü müxalifəti bir neçə həftə əvvəl Strasburqa məktub göndərərək, Gürcüstan nümayəndələrinin AŞPA-dakı səlahiyyətlərinin dayandırılmasını tələb edib".
Bu sözləri "Azərbaycan" qəzetinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Nəsibə Mirzəyeva deyib. Ekspert qeyd edib ki, onlar bu addımla ölkədəki hadisələri beynəlxalq ictimaiyyətə çatdırmaq və bununla bağlı müəyyən sübutlar təqdim etmək niyyətində olduqlarını ifadə ediblər. Onların fikrincə, bu addım Gürcüstan hakimiyyətinə müəyyən problemlərin həlli üçün istiqamət vermək məqsədini güdür. "Lakin hakim partiya müxalifətin tələblərini ölkəyə qarşı xəyanət kimi qiymətləndirib. "Gürcü Arzusu" Partiyası Tea Tsulukiani rəhbərliyində nümayəndəliyin Avropa Şurasına obyektiv məlumat verdiyini bəyan edib. T.Tsulukiani hesab edir ki, müxalifətin əsas məqsədi AŞPA-da Gürcüstanda demokratik seçkilərin keçirilmədiyi barədə bəyanat vermək, o cümlədən Prezident Mixeil Kavelaşvilinin yerinə Salome Zurabişvilinin tanınmasına nail olmaqdır", - deyə o əlavə edib.
N.Mirzəyeva bildirib ki, parlament çoxluğu AŞPA-da Gürcüstan nümayəndəliyinə hər hansı bir məhdudiyyətin tətbiqinə şübhə ilə yanaşıb və irəli sürülən iddialara qarşı mövqelərini açıqlayıb. Bu arqumentlərə əsasən, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən keçirilmiş seçkilərin nəticələri müsbət qiymətləndirilib, AŞPA oktyabrın 26-da müzakirəyə çıxardığı "Ədalətli Seçkilər"in paralel hesablaması ilə seçki nəticələri arasında uyğunsuzluq tapmayıb. 2024-cü ildə keçirilən seçkilərlə bağlı şikayətlərin sayının 2020-ci il seçkiləri ilə müqayisədə xeyli az olduğu bildirilib, xarici ekspertlər tərəfindən aparılan tədqiqat nəticələri seçkilərdə istifadə olunan avadanlıqların çoxsaylı pozuntuların qarşısını aldığını göstərib, seçkilər üzrə 400-dən çox şəxs dindirilib, irəli sürülən iddialar əsassız hesab edilib.
Ekspert vurğulayıb ki, Avropa İttifaqı Şurası isə Gürcüstanla Aİ arasında viza rejiminin sadələşdirilməsi sazişinin bəzi hissələrini dayandırmaq qərarına gəlib: "Bu qərar Gürcüstanda qəbul olunan "Xarici Təsirin Şəffaflığı Haqqında" qanun və "Ailə Dəyərləri və Yetkinlik Yaşına Çatmayanların Müdafiəsi Haqqında" qanunvericilik paketinə cavab olaraq verilib. Qərar nəticəsində Gürcüstan diplomatlarının və rəsmi şəxslərin Aİ-yə səfəri zamanı vizaya müraciət etmələri tələb oluna bilər. Hakim partiya bu qərarın ikili standartlara əsaslandığını və ABŞ-nin də oxşar qərarlar verdiyini qeyd edib. Başqa bir arqument olaraq hakimiyyətin son üç ildə apardığı siyasətə görə cəzalandırılmasının məqsədli olduğu iddia edilib. Baş nazir bu qərarı simvolik və B qeyri-effektiv adlandırıb".
AŞPA-nın Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsini və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul etdiyini xatırladan N.Mirzəyeva bildirib ki, qətnamə 134 deputatdan 114-ü tərəfindən dəstəklənib, 13-ü əleyhinə səs verib və 7-si bitərəf qalıb. Bu qətnamədə Gürcüstan hakimiyyətinə qarşıdakı aylarda yeni seçkilərin elan edilməsi, nümayişçilərə qarşı güc tətbiqinin dayandırılması, jurnalistlərə və vətəndaş fəallarına qarşı hüquqi tədbirlərin tətbiq edilməməsi, həmçinin "Xarici Agentlər" qanununun geri çəkilməsi tələb edilib. Bu şərtlərin aprel ayına qədər yerinə yetirilməsi tələb olunub. Gürcüstan nümayəndəliyi isə qətnamənin bir milyon 120 min seçicinin iradəsini nəzərə almadığını və bunun qəbuledilməz olduğunu bildirib. Baş nazir İrakli Kobaxidze AŞPA-nın hər il daha az aktual və funksional olduğunu və bu şəraitdə təşkilatın işində iştirak etməməyin Gürcüstan üçün mənfi nəticələr yaratmayacağını bəyan edib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Xocavənd rayonunda hərbi sursat partlayıb, xəsarət alan var
Media: Vaşinqton Londona kəşfiyyat məlumatlarını Kiyevlə ötürməyi qadağan edib
Müdafiə Nazirliyi: Mövqelərimiz atəşə tutulub
Fərid Qayıbov: Azərbaycanda idmana dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı var
ÜST: Qəzzada 12-14 min insanın tibbi təxliyəyə ehtiyacı var
Politico: Brüssel Ukrayna sammitinin pozulacağından ehtiyatlanır
Azərbaycan-Türkiyə qardaşlığı: Tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol TƏHLİL
Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları azalıb
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Sabahın hava proqnozu açıqlanıb
Dövlət Xidməti: Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub
Tramp Konqres qarşısında ən uzun çıxış rekordunu yeniləyib
Britaniya parlamentində Azərbaycana həsr olunmuş tədbir təşkil edilib
Tramp Konqresdəki çıxışında Zelenskidən məktub aldığını təsdiqləyib
Hazırda 75 min ailə ünvanlı yardımla təmin olunur
Bakı-Qroznı reysinin həlak olmuş ekipaj heyətinə Mülki Aviasiya Muzeyində şəxsi fond yaradılıb
İstifadəyə yararsız döyüş sursatları Goran Təlim Mərkəzində məhv ediləcək
Azərbaycan diaspor təşkilatları kanadalı parlamentarilərə Xocalı soyqırımı ilə bağlı məktub ünvanlayıblar
Bakıda keçirilən əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 450 vakansiya təqdim edilib
NASA Ayda GPS sinqallarını qəbul edib
Tramp: ABŞ Qrenlandiyanı öz tərkibinə qatmağa hazırdır
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 24 Fevral 2025
Suverenliyimiz tam, ərazimiz bütöv, inkişafımız dinamikdir23 Fevral 2025
DƏYİŞƏN REALLIQLAR, DƏYİŞMƏZ MARAQLAR22 Fevral 2025
Şərəfli missiya21 Fevral 2025
Prezidentin növbəti Qarabağ səfəri20 Fevral 2025
Təxribatların himayədarı - USAID20 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!