01 Fevral 2025 08:40
467
İQTİSADİYYAT
A- A+
Artım dinamikası davam edir

Artım dinamikası davam edir


Keçən il ölkə üzrə 64,1 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur


2024-cü il dünya iqtisadiyyatı üçün uğurlu olmadı. Qlobal iqtisadiyyatda ümumi daxili məhsul istehsalı azaldı, qarşılıqlı ticarətin səviyyəsi aşağı düşdü, inflyasiya yüksəldi. Ən maraqlısı isə odur ki, belə vəziyyətdə dünyanın nəhəng şirkətlərinin gəlirləri 2 trilyondan çox artdı, əvəzində  əhalinin yoxsulluq səviyyəsi artdı.

Bunun bir çox səbəbləri var. Ancaq mütəxəssislərin çoxunun fikri belədir ki, iqtisadiyyatdakı neqativ proseslərin başlıca səbəbi qlobal səviyyədə baş verən siyasi qarşıdurmalardır. Xüsusən Qərb və Şərq blokları arasındakı gərginlik, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərq hadisələri dünya iqtisadiyyatına sarsıdıcı zərbə vurur.

Azərbaycan dünyaya açıq və liberal-siyasi kursu götürmüş ölkədir. Yəni ölkəmiz dünyanın iqtisadi proseslərindən kənarda deyil. O üzdən, qlobal iqtisadiyyatda baş verən hər bir proses ölkəmizə bu və ya digər dərəcədə təsir göstərir. Odur ki, ölkəmizdə artıq çoxdan həyata keçirilən siyasətin təməlində iqtisadi dayanıqlığı və maliyyə sabitliyini qorumaq durur. Bunun üçün geniş iqtisadi islahatlar aparılır və bu proses ardıcıl olaraq davam edir. Həmin islahatlar sayəsində həm də qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin olunub. Yaxşı hal odur ki, bu sektor daha çox regionlarda inkişaf edir. Görülən işlər isə nəticəsiz qalmır, bir çox sənaye məhsulu hətta xarici bazara ixrac olunur.

Ötən ilin yekunları göstərir ki, dünyada baş verən neqativ proseslərə rəğmən, ölkəmizdə iqtisadi dinamika qorunaraq saxlanılıb və bir çox sahədə artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2024-cü ildə ölkə üzrə 64,1 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Məhsul istehsalı neft-qaz sektorunda 0,5, qeyri-neft-qaz sektorunda 7,3 faiz artmışdır. Ən diqqətçəkən fakt isə odur ki, ötən il sənayedə qeyri-dövlət sektorunun payı 81,4 faiz olmuşdur. Ümumi istehsalın 89,5 faizi sənaye məhsullarının istehsalı, 10,5 faizi sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaranmışdır. 

Hesabat dövrü mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 41,2 milyard manat olmaqla əvvəlki ilə nisbətən 1 faiz artmışdır. Bu sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 29 milyon ton, əmtəəlik təbii qaz hasilatı 38,7 milyard kubmetr təşkil etmişdir. Əmtəəlik neft hasilatı əvvəlki illə müqayisədə 3,4 faiz azalsa da, əmtəəlik qaz hasilatı 6,2 faiz artmışdır. 

Emal sənayesinə gəldikdə, ötən il bu sahə üzrə 19 milyard 114,6 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Ölkəmiz üçün ənənəvi olan toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 551,4 milyon manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə geyim istehsalında 24,7, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 9,3, toxuculuq sənayesində 0,9 faiz artım deməkdir. 

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 milyard 109,1 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki illə müqayisədə əczaçılıq məhsullarının istehsalı 81,5, rezin və plastik kütlə məmulatlarının istehsalı 18, kimya sənayesi məhsullarının istehsalı 6,5 faiz artmışdır. O cümlədən karbamid, azot, metanol, rezin və plastik kütlə məmulatlarından polietilendən başqa, digər plastmas kisələrin və çantaların istehsalı artmışdır. Həmçinin məsaməli plastik kütlədən digər plastinlər, lövhələr, plastmas içki qabları, flakonlar və oxşar məmulatlar, polietilendən kisə və çanta istehsalında da artım müşahidə edilmişdir. 

Məlumdur ki, işğaldan azad olunmuş ərazilərdə aparılan nəhəng tikinti-quruculuq işləri tikinti materiallarına olan tələbatı artırmışdır. Elə sahə üzrə  1 milyard 423,3 milyon manatlıq məhsulun istehsal olunması (2023-cü illə müqayisədə 16,9 faiz çox) bu hesabadır. Bu dövr ərzində sement, beton, kərpic və oxşar məmulatların, betonyığma tikinti konstruksiyalarının, tikinti gips, sement klinkerlər, beton istehsalı xeyli artmışdır. 

Keçən il ölkənin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahəsində də xeyli - 1 milyard 349,3 milyon manatlıq məhsul istehsal olunmuşdur. Hazır metal məmulatlarının istehsalı sahəsində 38,9, metallurgiya sənayesi məhsullarının istehsalında 27,1 faiz artım müşahidə olunmuşdur. Həmçinin il ərzində mis məftillərin, alüminium məmulatların, armaturun, hazır metal məmulatların, metaldan digər məmulatların, izolyasiya olunmuş çoxnaqilli məftil, tros və digər məhsulların istehsalında artım qeydə alınmışdır. 

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində isə keçən il 328,9 milyon manatlıq məhsul istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə elektrik avadanlıqlarının istehsalı 32,8, kompüter, elektron və optik məhsullarının istehsalı 4,7 faiz artmışdır. Bu sahədə ən çox artım isə ölçmə cihazlarının istehsalında olmuşdur - 2,1 dəfə. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib 

16:56
09 Mart

“Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” - seminar

16:54
09 Mart

Dünya ikincisi olan Azərbaycan şahmatçısı: Gümüş medalı anama həsr edirəm

14:13
09 Mart

Sabahın hava proqnozu açıqlanıb

12:32
09 Mart

Azərbaycanın cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB

12:29
09 Mart

İsmayıllı rayonunda zəlzələ olub

08:54
09 Mart

Bu gün 59 minə yaxın XI sinif şagirdinin buraxılış imtahanı verəcəyi gözlənilir

08:18
09 Mart

QMİ sədri və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib

08:16
09 Mart

Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib

21:57
08 Mart

Misli Premyer Liqası: "Qarabağ" liderliyini möhkəmləndirib

21:16
08 Mart

Fələstin mediası Ceyhun Bayramovun İƏT Nazirlər Şurasının iclasındakı çıxışını işqlandırıb

18:47
08 Mart

Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib

16:45
08 Mart

Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib

16:41
08 Mart

Avropa Azərbaycan Mərkəzi Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb  

15:47
08 Mart

Dünya Kuboku: Azərbaycan gimnastı qızıl medal qazanıb

15:28
08 Mart

Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir

14:56
08 Mart

Azərbaycan Slovakiyanın qaz təchizatı ilə bağlı müzakirələrdə iştirak edib  

14:33
08 Mart

Nazir müavini Firudin Qurbanov Ağalıda tədris prosesi ilə tanış olub

13:58
08 Mart

Sabah ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək  

13:12
08 Mart

Brüsseldə multikulturalizmə həsr olunan panel müzakirə təşkil olunub

12:23
08 Mart

Rusiya Ukraynaya kütləvi hava hücumu edib, çoxlu sayda ölənlər var  

12:09
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!