05 Oktyabr 2024 08:30
837
İQTİSADİYYAT
A- A+
Aqrar sığorta təkmilləşdikcə ona maraq da artır

Aqrar sığorta təkmilləşdikcə ona maraq da artır


Müasir dünyamızda elm və texnologiya çox sürətlə inkişaf edir və bu, ilk növbədə insanın daha rahat yaşamasına hesablanır. Ancaq insanın onların təyinatını dəyişməsi, yaxud düzgün istifadə etməməsi, üstəlik, təbiətə istismarçı münasibəti fəsadlar yaradır və bundan ən çox ziyanı da elə insanın özü çəkir.

Son iki əsrdə təbii sərvətlərin düzənsiz və amansız istismarı bəşəriyyəti fəlakət həddinə gətirib. Hətta o dərəcədə ki, indi bütün dünya yığışıb həmin fəsadların aradan qaldırılması üçün çalışır. Elə Birləşmiş Millətlər Təşkilatının himayəsi altında hər il keçirilən sessiya (COP) da bu məqsədə qulluq edir. 

İqlim dəyişikliyi, ekoloji fəlakət insanın səhhətindən tutmuş iqtisadiyyatın bütün sahələrinəcən mənfi təsir göstərir. Lakin onun ən çox kənd təsərrüfatına ziyan vurmasının sübuta ehtiyacı yoxdur. Əslində isə iqlim dəyişikliyinin aqrar sektora mənfi təsiri elə birbaşa insana vurulan zərbədir. Əbəs yerə bu gün ərzaq təhlükəsizliyinin təminatı bütün ölkələr üçün strateji hədəf sayılmır ki... 

Aqrar sektoru arzuolunmaz vəziyyətə ilk növbədə sənayenin inkişafı naminə təbii resurslardan düzgün istifadə olunmaması salıb. Nəticədə indiki leysanlar və quraqlıqlar, kəskin soyuqlar və anomal istilər əkin-biçin sahələrini yaman günə qoyur. 

Amma təbii fəlakətdir deyib əlimizi yana sala da bilmərik. Heç bir canlı, o cümlədən insan yeməsə, içməsə yaşaya bilməz. O üzdən dünyada kəndlini əkib-becərməyə təşviq edən bir çox güzəştlər tətbiq olunur. Onlardan biri də aqrar sığortadır. Azərbaycanda aqrar sığorta zamanı hesablanmış sığorta haqqının 50 faizi fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Bu o deməkdir ki,  kəndli cüzi məbləğ ödəməklə öz təsərrüfatını yaranacaq risklərdən qoruya bilir. Lakin Azərbaycanın aqrar sığorta sistemində təkmilləşmə prosesi davam edir. Yeniliklər aqrar sığortanın əhatə dairəsinin artırılması, fermerlərə məxsus əkin sahələrinin daha düzgün və səmərəli sığortalanması məqsədi daşıyır. 

Ölkəmizdə dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində bəzi bitki növlərinin sığortası üzrə şərtlərdə dəyişiklik edilib. Aqrar Sığorta Fondunun (ASF) məlumatına görə, yeniliklər aqrar sığortanın əhatə dairəsinin artırılması, fermerlərə məxsus əkin sahələrinin daha düzgün və səmərəli sığortalanması, sığorta hadisəsi zamanı fermerlərə dəyən zərərlərin daha yaxşı qarşılanması məqsədini daşıyır. Bu səbəbdən çiyələk, şəkər çuğunduru və tütün bitkisinin sığorta şərtlərində dəyişiklik edilib. Belə ki, ASF  İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş "Çiyələk bitkisi üzrə aqrar sığorta məhsulunun şərtləri"ndə 1 hektar üzrə nəzərdə tutulan maksimal məhsuldarlıq miqdarı indiyədək olan 400 sentnerdən (40 tondan) 700 sentnerə (70 tona) qaldırılıb. Bu dəyişiklik çiyələk sahələrindən yüksək məhsuldarlıq əldə elən fermerlərə məhsulu bütünlüklə sığortalamağa imkan verir. İdarə Heyətinin digər qərarı ilə "Şəkər çuğunduru bitkisi üzrə aqrar sığorta məhsulunun şərtləri"nə dəyişiklik edilib. Yenilik nəticəsində sığorta məqsədləri üçün şəkər çuğundurunun minimal qiyməti 1 sentner üçün 6 manat müəyyən edilib.

Növbəti dəyişiklik tütün bitkisinin sığortasına aiddir. "Tütün bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri"nə edilmiş yeniliyə əsasən, sığorta məqsədləri üçün tütün bitkisinin çəkisinə olan tələblər dəyişib. Belə ki, tütün bitkisinin 1 hektardan məhsuldarlığının maksimum miqdarı 200 sentner müəyyən olunub. Bundan başqa, şərtlərə dəyişilik edilməsi nəticəsində sığorta məqsədləri üçün tütün bitkisinin maksimum qiyməti 1 sentner üçün 30 manat müəyyənləşdirilib.

Qeyd edək ki, 2019-cu ildə təsis edilən və 2020-ci ildə fəaliyyətə başlayan ASF tərəfindən fasiləsiz olaraq monitorinqlər, araşdırmalar aparılır, fermerlərdən daxil olan müraciətlər təhlil edilir və sığorta məhsullarının şərtləri davamlı olaraq təkmilləşdirilir. Fondun məlumatına görə, hər il sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı, toplanan sığorta haqları, sığortalanan əkinlərin sahəsi, eləcə də sığorta ödənişləri artır. Təkcə cari ilin yanvar-iyul aylarında ölkə üzrə 11,3 milyon manat aqrar sığorta haqqı toplanıb. Onun 10,2 milyon manatı bitkiçilik, 1,1 milyon manatı heyvandarlıq sığortasından formalaşıb.

Ödənişə gəldikdə, həmin dövr fermerlərə 3,25 milyon manat sığorta ödənişi edilib. Bunun 2,573 milyon manatı bitkiçilik, 678 min manatı heyvandarlıq sığortasıdır. Təkcə iyulda fermerlər 386 min manat sığorta ödənişi alıblar. Həmin məbləğin 330 min manatı bitkiçilik, 57 min manatı heyvandarlıq sığortası olub. Bundan əlavə, 8,2 milyon manatlıq sığorta ehtiyatı yaranıb və ilin sonuna qədər ümumilikdə 11,4 milyon manat sığorta ödənişi gözlənilir.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!