14 Oktyabr 2026 16:21
162
DÜNYA
A- A+
“Apple” yeni ağıllı ev cihazlarını təqdim edib

“Apple” yeni ağıllı ev cihazlarını təqdim edib


“Apple” oktyabrın 13-də ilk ağıllı ekranı “HomeView”, yenilənmiş “HomePod Mini 2” və “Apple TV 4K” modellərini, eləcə də yeni ev təhlükəsizliyi cihazlarını təqdim edib.

Şirkətin yeni “HomeView” ekranı 7 düymlük “Liquid Retina” displey, “A18” prosessoru və məkan səsi dəstəyi ilə təchiz olunub. Cihaz üz tanıma vasitəsilə 6 istifadəçini fərqləndirir, ev kameralarının 9 görüntüsünü eyni anda göstərir. “FaceTime”, “Safari”, “Calendar” və digər tətbiqləri dəstəkləyən ekran həm masa üzərində, həm də divarda istifadə edilə bilər. Hər iki versiyanın qiyməti 299 dollardır. Satışlar noyabrın 13-də başlayacaq.

“Apple Home Collection” seriyasına videozəng cihazı, təhlükəsizlik kameraları, ağıllı qıfıl və termostatlar daxildir. Qiymətlər 40 dollardan başlayır. Məhsulların əksəriyyəti dekabrda satışa çıxacaq, lakin bəzi cihazlar yalnız ABŞ, Kanada və Böyük Britaniyada əlçatan olacaq.

Yeni “HomePod Mini 2” 149 dollara satılacaq və oktyabrın 30-da satışa çıxacaq. Model beş rəngdə təqdim ediləcək, “Siri AI” dəstəyi isə sonradan əlavə olunacaq.

Yenilənmiş “Apple TV 4K” “A19” prosessoru ilə təchiz edilib. Şirkət qrafik performansının əvvəlki modellə müqayisədə iki dəfə artdığını bildirir. Cihazın qiyməti 299 dollardan başlayır, satışlar isə noyabrın 13-də başlayacaq.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

Zaman ölçməsində yeni dövr: Sıçrayış saniyələri ləğv edilə bilər  

16:43
14 Oktyabr

Uzaq coğrafiyaları birləşdirən yaxın maraqlar  

16:41
14 Oktyabr

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub  

16:39
14 Oktyabr

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

16:37
14 Oktyabr

Uşaqlarımızın savadlı, vətənpərvər, milli kimliyinə bağlı vətəndaşlar kimi yetişməsi qarşıda duran mühüm vəzifələrdəndir  

16:27
14 Oktyabr

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir  

16:24
14 Oktyabr

“Apple” yeni ağıllı ev cihazlarını təqdim edib

16:21
14 Oktyabr

11 ədəd Starlink peyk antenası yandırılıb

16:06
14 Oktyabr

İpəyə bürünən milli yaddaş: Bakıda kəlağayı bayramı  

16:01
14 Oktyabr

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

15:54
14 Oktyabr

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB 

15:51
14 Oktyabr

Çoxtərəfli diplomatiyada aparıcı rol  

15:44
14 Oktyabr

Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələri genişlənir  

15:41
14 Oktyabr

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib  

15:29
14 Oktyabr

Azərbaycan–Laos münasibətləri siyasi dialoqdan iqtisadi tərəfdaşlığa doğru yeni mərhələyə keçir  

15:21
14 Oktyabr

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib  

15:15
14 Oktyabr

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

15:13
14 Oktyabr

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

15:12
14 Oktyabr

Xəzərin küləyi “yaşıl enerji”nin gələcəyinə əsir  

15:09
14 Oktyabr

Xəzərin suyu içməli olacaq  

15:07
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!