“Anadolu Qartalı - 2023” beynəlxalq taktiki-uçuş təlimi davam edir VİDEO
Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlimin növbəti günündə plana uyğun olaraq bazalanma aerodromundan qrup şəklində uçuşlar edən aviasiya vasitələri gündüz vaxtı müxtəlif döyüş tapşırıqları yerinə yetiriblər.
Birgə əməliyyat çərçivəsində aviasiya qrupları tərəfindən şərti düşmənin hava hücumundan müdafiə səddinin aşılması üzrə tapşırıqlar icra edilib.
Təlim zamanı pilotlar, həmçinin hava kəşfiyyatı da apararaq şərti düşmənin digər yerüstü hədəflərinin koordinatlarını təyin ediblər.
Uçuş heyətləri tərəfindən qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə həyata keçirilib.
Təlimdən sonra mühəndis-texniki heyət tərəfindən döyüş təyyarələrinə xidmət və qısa müddətdə aviasiya texnikalarının növbəti uçuşa hazırlanması üzrə tapşırıqlar da məşq etdirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ulu Öndərin xatirəsi Tbilisidə ehtiramla yad olunub
11 Dekabr
Adil Əliyev: Azərbaycan xalqı Zəfər seçkisində bir daha öz Liderini dəstəkləyəcək
11 Dekabr
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
11 Dekabr
“Azərişıq” ASC-nin sədri Lənkəranda vətəndaşları dinləyib
11 Dekabr
Vüqar Həşimov Memorialının qalibi məlum olub
11 Dekabr
COP29 2024-cü ildə Azərbaycanda keçiriləcək
11 Dekabr
Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
11 Dekabr
Tarixi Materada Qafqazın mədəniyyət paytaxtı Şuşa haqqında danışılıb
11 Dekabr
Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır ...
11 Dekabr
Beynəlxalq axtarışda olan daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
11 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümummilli etimad ünvanı10 Dekabr 2023

Prezident seçkilərinin nəticəsini Şuşada və Xankəndidə dalğalanan Azərbaycan bayrağı müəyyənləşdirib...09 Dekabr 2023
Zəfər mandatı08 Dekabr 2023

Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iş...07 Dekabr 2023

Qafqazda təhlükəsizliyi və sülhü Azərbaycan təmin edəcək06 Dekabr 2023

Ağ Evin Azərbaycan qərəzi və rəzaləti05 Dekabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!