30 İyun 2026 10:06
161
CƏMİYYƏT
A- A+
AKİA sədri Saatlıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

AKİA sədri Saatlıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib


Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov iyunun 29-da Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında Saatlı, Sabirabad, Lənkəran, Goranboy, Cəlilabad, Beyləqan rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən subsidiya ödənişləri, damazlıq heyvandarlıq təsərrüfatına dəstək, güzəştli şərtlərlə texnika alışı, soyuducu anbar sistemi, müasir suvarma sistemləri və digər məsələlərlə bağlı olub. AKİA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Yalçın Camalov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra Agentlik sədri rayonun Sımada kəndində yerləşən “Alles” MMC-yə məxsus təsərrüfata baxış keçirib. Əvvəlcə “Aberdin-Anqus” cinsli kompleksdə iribuynuzlu heyvanların saxlama fermasında müəssisənin işi ilə tanış olan Yalçın Camalov fermerlərə təsərrüfatın daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq məsləhət və tövsiyələr verib. Təsərrüfat sahibi kompleksin qurulmasında dövlət dəstəyindən yararlandıqlarını xüsusi vurğulayıb.

Daha sonra ərazidə qurulmaqda olan yeni pivot suvarma sistemi ilə də tanışlıq həyata keçirilib. Ümumilikdə 4 ədəd olmaqla, 800 hektara yaxın ərazinin suvarılması üçün nəzərdə tutulan müasir suvarma sisteminin “Ərzaqlıq buğda” Proqramına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi ilə müqaviləyə əsasən reallaşdırıldığı qeyd olunub. AKİA sədri isə ərzaqlıq buğda istehsalçılarının müasir suvarma sistemlərini qurduqda təhvil verilən məhsulun hər tonuna görə əlavə dövlət subsidiyası aldıqlarını xatırladıb.

Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri, aqrar istehsalın səmərəliliyinin artırılması, innovativ texnologiyaların tətbiqi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir

12:23
30 İyun

Rüfət Əliyev: Nəticələr itkin düşmüş şəxslərin axtarışı prosesində beynəlxalq əməkdaşlıq üçün geniş zəmin yaradıb  

12:22
30 İyun

Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilir

12:20
30 İyun

Maliyyə naziri ötən il investisiya xərclərinin az icra olunmasına aydınlıq gətirib

12:20
30 İyun

Nazir: Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir  

12:19
30 İyun

2025-ci ildə dövlət büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib

12:18
30 İyun

İdarə rəisi: Axtarış-sorğu tədbirlərində tətbiq olunan metodların düzgün seçilməsi mühüm əhəmiyyət kəsb edir  

12:18
30 İyun

Sahil Babayev: Büdcənin neft gəlirlərindən asılılığının azaldılması əsas prioritetlərdən biridir  

12:12
30 İyun

Komitə sədri: Vətən müharibəsindən sonra itkin və əsir düşənlər barmaqla sayılırdı  

12:01
30 İyun

Nazir: Dövlət maliyyə sistemi çevik və məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərir  

11:57
30 İyun

AZAL bir sıra istiqamətlər üzrə aviareyslərin sayını artırır

11:53
30 İyun

Nazir müavini: İtkin düşmüş şəxslər probleminin həlli bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığını tələb edir  

11:51
30 İyun

Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrasını təsdiqləyib

11:49
30 İyun

Çingiz Hüseynzadə: Olimpiya Gününü veteran olimpiyaçılara həsr etmişik  

11:46
30 İyun

Azərbaycan “Metrik Konvensiya”ya qoşulur

11:43
30 İyun

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq əməkdaşlıq genişləndirilir

11:41
30 İyun

Nazir: MİQ imtahanlarında 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri yüksək olub

11:40
30 İyun

ABŞ konqresmeni: Azərbaycan etibarlı tərəfdaşdır

11:39
30 İyun

Bakı Təşəbbüs Qrupu Kanakinin müstəqillik tərəfdarlarını təbrik edib

11:37
30 İyun

Emin Əmrullayev: Yaxşı müəllim olmaq hələ o demək deyil ki, həmin şəxs yaxşı direktor olacaq

11:32
30 İyun

Rəis müavini: Azərbaycan itkin düşmüş şəxslər məsələsində Ermənistanla əməkdaşlığa hazırdır

11:29
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!