01 Fevral 2025 08:10
414
SİYASƏT
A- A+
Aİ missiyası sülhə zərbə vurmaqla məşğuldur

Aİ missiyası sülhə zərbə vurmaqla məşğuldur


Bu proseslər regionda yeni münaqişə ocağının yaranmasına gətirib çıxara bilər


"Avropadan göndərilmiş kəşfiyyatçıların Azərbaycan-Ermənistan şərti sərhədində olma səbəbləri  məlumdur. Bunlar birmənalı şəkildə ölkəmizin sərhədləri, sərhədyanı kəndlər haqqında kəşfiyyat xarakterli məlumatları toplayaraq Avropaya, eyni zamanda Ermənistana ötürülməsi ilə məşğuldurlar. Hazırda Avropa İttifaqının "müşahidə" missiyasının orada olması iki ölkə arasında sülhə zərbə vuran və narahatçılıq yaradan ən ciddi məsələlərdən biridir". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. O bildirib ki, sülh müqaviləsinin razılaşdırılmayan bəndlərindən biri də üçüncü tərəflərin regiona müdaxiləsi, yaxud bölgədə iştirakı ilə bağlıdır. Çünki hərbiləşmiş missiyanın Ermənistandakı mövcudluğunun davam etməsi yekun sülh sənədinin imzalanmasına imkan verməyəcək.  Azərbaycanın beynəlxalq səviyyədə də tələbi ondan ibarətdir ki, bu hərbiləşmiş missiya mütləq həmin əraziləri tərk etsin. "Fevralın 20-də bu missiyanın vaxtının bitməsinə baxmayaraq, Avropa onların burada qalmasına cidd-cəhdlə çalışır, bu qanunsuz mandatı uzatmağa bir daha səs veriblər. Bu, ilk növbədə, Rusiyanın əleyhinə olan məsələdir. Digər tərəfdən, İran buna reaksiya verməlidir. NATO qoşunları, onlardan təşkil olunmuş kəşfiyyatçılar həmin ərazidə niyə toplanmalıdır?" - deyə deputat bildirib. 

Komitə sədri hesab edir ki, əgər İran bu məsələyə reaksiya vermirsə, deməli, burada hansısa separatçı danışıqlar mövcuddur. Qərb Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə edə bilməməsi, Gürcüstanda fiaskoya uğrayan siyasəti, həmçinin Ukraynada qarşıya qoyduğu məqsədi yerinə yetirə bilmədiyi üçün Ermənistandan istifadə edərək Cənubi Qafqazda öz məkrli siyasətini həyata keçirməyə çalışır. Azərbaycan-Ermənistan şərti sərhədində Avropa İttifaqına daxil olan ölkələrdən gətirilmiş hansısa kəşfiyyatçılara nə ehtiyac var? Bu, çox absurd məsələdir. Məlumdur ki, Azərbaycanın bu missiya ilə bağlı razılığı olmayıb. Aİ "müşahidə" missiyası hazırda iki ölkə arasında sülh sazişinin imzalanmasına zərbə vuran ən ciddi amil kimi qiymətləndirilməlidir. 

A.Nağıyev düşünür ki, Aİ missiyasının vaxtının uzadılmasına da hazırda Fransa rəhbərlik edir: "Əvvəl bu missiya 200 nəfərdən ibarət idi, indi isə artıq hərbi nümayəndəliyin açılması istiqamətində söhbətlər gedir. Bu proseslər sonda Cənubi Qafqazda yeni münaqişə ocağının yaranmasına gətirib çıxara bilər".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

13:31
05 Mart

Dövlət Xidməti: Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub

13:30
05 Mart

Tramp Konqres qarşısında ən uzun çıxış rekordunu yeniləyib

13:30
05 Mart

Britaniya parlamentində Azərbaycana həsr olunmuş tədbir təşkil edilib

13:29
05 Mart

Tramp Konqresdəki çıxışında Zelenskidən məktub aldığını təsdiqləyib

13:28
05 Mart

Hazırda 75 min ailə ünvanlı yardımla təmin olunur

13:27
05 Mart

Bakı-Qroznı reysinin həlak olmuş ekipaj heyətinə Mülki Aviasiya Muzeyində şəxsi fond yaradılıb  

13:26
05 Mart

İstifadəyə yararsız döyüş sursatları Goran Təlim Mərkəzində məhv ediləcək  

13:25
05 Mart

Azərbaycan diaspor təşkilatları kanadalı parlamentarilərə Xocalı soyqırımı ilə bağlı məktub ünvanlayıblar  

13:24
05 Mart

Bakıda keçirilən əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 450 vakansiya təqdim edilib

13:22
05 Mart

NASA Ayda GPS sinqallarını qəbul edib

13:21
05 Mart

Tramp: ABŞ Qrenlandiyanı öz tərkibinə qatmağa hazırdır

13:20
05 Mart

Bu il ərzində 150 əmək yarmarkasının təşkil olunması planlaşdırılır  

12:43
05 Mart

Xocalı soyqırımı ilə əlaqədar Britaniya parlamentinin üzvlərinə və XİN-ə məktub ünvanlanıb  

12:41
05 Mart

Aleksandr Lukaşenko Ukrayna münaqişəsinin həlli üçün Tramp, Putin və Zelenskini Minskə dəvət edib  

12:40
05 Mart

ABŞ Prezidenti Panama kanalına nəzarəti qaytarmaqda qərarlıdır

12:39
05 Mart

SOCAR Qazaxıstan, Rusiya və Özbəkistan şirkətləri ilə dördtərəfli sənəd imzalayıb

12:38
05 Mart

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

12:32
05 Mart

FHN: Neft Emalı Zavodunun ərazisindəki yanğın tam söndürülüb 

12:32
05 Mart

Baş DYPİ: Sükan arxasında məsuliyyətsizlik ağır yol qəzalarına zəmin yaradır

12:30
05 Mart

Çin əhalinin qocalması ilə mübarizə və doğuşların sayının artırılması üzrə tədbirlər görəcək

11:45
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!