18 İyul 2025 19:01
784
CƏMİYYƏT
A- A+
Agentlik: İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının genişləndirilməsi əsas prioritetlərdəndir  

Agentlik: İşğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının genişləndirilməsi əsas prioritetlərdəndir  


Azərbaycan Respublikasının 2019-2030-cu illər üçün Məşğulluq Strategiyası çərçivəsində həyata keçirilən tədbirlər planının davamı olaraq, artıq 2025-2027-ci illər üçün yeni Strateji Plan hazırlanaraq təsdiqlənib. Bu sənəd əmək bazarındakı çağırışlara daha çevik və sistemli yanaşmanı təmin etmək məqsədi daşıyır. Agentlik qarşıdakı illərdə fəaliyyətini məhz bu strateji baxış əsasında formalaşdırır. Əsas hədəfimiz işsizliyin azaldılması ilə yanaşı, daha dayanıqlı, inklüziv və rəqəmsal əmək bazarının inkişafına töhfə verməkdir.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Sadiq Əliyev deyib.

İdarə Heyətinin sədri bunun üçün bir neçə əsas istiqamət üzrə kompleks tədbirlərin planlaşdırıldığını diqqətə çatdırıb: “Birincisi, məşğulluq tədbirlərinin təkmilləşdirilməsidir. Burada özünüməşğulluq proqramlarının aqrar və qeyri-aqrar istiqamətlər üzrə daha məhsuldar və məqsədyönlü dizayn edilməsi, sosial iş yerlərinin təşviqi və kvota sistemi ilə işədüzəltmə mexanizmlərinin daha effektiv tətbiqi nəzərdə tutulur. İkincisi, peşə hazırlığı və peşəyönümü xidmətlərinin gücləndirilməsidir. Burada əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması üçün peşə təlimlərinin keyfiyyətinin artırılmasını, karyera məsləhətçilərinin sayının artırılması və fərdi məşğulluq proqramlarının daha effektiv icrasını qeyd edə bilərik. Üçüncüsü, rəqəmsallaşmanın genişləndirilməsidir ki, burada “Əmək və məşğulluq altsistemi”nin (ƏMAS) imkanlarının təkmilləşdirilməsi, məşğulluq statistikası və analitik alətlərin inkişaf etdirilməsi hesabına daha obyektiv qərarların qəbulu nəzərdə tutulur. Dördüncüsü, sosial tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsidir. Yəni əmək bazarında iştirak edən bütün tərəfdaşlarla, xüsusilə yaşıl iqtisadiyyat və sosial inklüzivlik istiqamətlərində birgə təşəbbüslər genişləndiriləcək. Beşinci, strateji təhlil və proqnozlaşdırmanın inkişaf etdirilməsidir. Altıncı, institusional inkişafdır. Nəhayət, yeddinci, Böyük Qayıdış prosesinə dəstəkdir ki, işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının genişləndirilməsi və insan resurslarının hazırlanması da əsas prioritetlərdəndir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!