13 May 2025 08:05
1557
SİYASƏT
A- A+
Ağdam yenidən dirçəlir

Ağdam yenidən dirçəlir


Böyük əzm, iradə və qətiyyət nümayiş etdirərək Qarabağı 30 illik işğaldan azad edən Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə indi bu tarixi bölgəmizin bərpası və quruculuğu istiqamətində mühüm layihələr həyata keçirilir. 

Azadlığından sonra həmin bölgələrə səfər edən və o yerlərin barbar düşmən tərəfindən necə viran qoyulduğuna şahidlik edən biri olaraq deyirəm ki, ötən beş il yarımlıq müddət ərzində Qarabağ və Şərqi Zəngəzur dünya tarixində görünməmiş formada dəyişib. 

"Ağıllı" kənd və şəhərlərin, nəhəng tunellərin, yolların salındığı, beynəlxalq hava limanlarının tikilib istifadəyə verildiyi bu ərazilərdə dövlətimiz tərəfindən kompleks işlər gerçəkləşdirilir. Həyatın sürətlə axara düşdüyü bu torpaqlara davamlı olaraq qayıdış həyata keçirilir. Yeni müstəqil Azərbaycanın təməllərini yaradan və ölkəmizi qurtuluş yoluna çıxaran Ulu Öndərimiz Heydər Əliyevin 102-ci doğum günündə isə Ağdamın Kəngərli kəndi qayıdışın növbəti ünvanı oldu. Dövlətimiz tərəfindən bu kənddə də sakinlərə gözəl evlər tikilib, güzəranlarının xoş keçməsi üçün hərtərəfli şərait yaradılıb. Həmin gün cənab Prezident İlham Əliyev Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib. 

Hələ Vətən müharibəsindəki zəfərə qədər dövlətimizin başçısı çıxışlarında vurğulayırdı ki, Qarabağ və Şərqi Zəngəzur mütləq işğaldan azad ediləcək və keçmiş məcburi köçkünlər üçün doğma torpaqlarında gözəl evlər tikiləcək. İndi cənab Prezident İlham Əliyevin vaxtilə dediyi həmin sözlərin reallığa çevrildiyini gözlərimizlə görürük. Sözü imzası olan Prezident İlham Əliyev kəngərlilərlə görüşü zamanı məhz bu məqama toxunaraq dedi ki, bugünkü mərasim o sözlərin, necə deyərlər, möhürüdür: "Bilirəm, sizdə də, bizdə də - bütün Azərbaycan xalqında heç vaxt şübhə olmayıb ki, biz öz torpaqlarımıza qayıdacağıq. Amma çox möhtəşəm qayıtdıq. 44 gün ərzində düşməni böyrü üstə qoyduq. Ondan sonra da 23 saat ərzində, bəlkə də daha da tez separatçıların kökünü tamamilə kəsdik".

İşğal dövründə düşmən Ağdamı xüsusi qəddarlıq, vəhşiliklə dağıtmış, hətta qəbiristanlıqlarımızı belə şumlamışdı. Ağdam şəhərində bir tək Ağdam Cümə məscidinin divarları salamat saxlanmışdı, o da mənfur niyyətlərə görə idi. 

Azadlığından sonra ilk dəfə 2021-ci il mayın 28-i Müstəqillik Günündə Prezident İlham Əliyevin Ağdama səfəri zamanı biz də getmişdik. Təsəvvür edin ki, şəhərdə qarşılaşdığımız dəhşətli mənzərələrdən şoka düşmüşdüm, bir anlıq elə düşünmüşdüm ki, bu talandan, dağıntıdan sonra Ağdam çətin bir də özünə gələr. Ancaq elə həmin gün cənab dövlət başçımızın öz əlləri ilə Qarabağın təməl daşını Ağdamda atması ilə içimdəki inamsızlıq  hissi də yoxa çıxdı. Ağdamda ağdamlı ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə təməlqoyma mərasimi oldu, işğaldan azad edilən yurdlardan birinci baş plan da məhz Ağdamda təsdiqləndi. Cənab Prezident Ağdamda həyata keçiriləcək bütün işlərlə bağlı orada olan Ağdam ziyalılarının, ictimaiyyət nümayəndələrinin hər birinin fikrini öyrəndi. Ən xırda detalın belə gözdən qaçırılmamasına, mükəmməl şəkildə həyata keçirilməsinə çalışdı. 

Budur, artıq gündən-günə dirçəldilən Ağdamda genişmiqyaslı quruculuq işləri aparılır. Qısa müddətdə çox əhəmiyyətli infrastruktur obyektlər istifadəyə verilib. 

Ağdam rayonuna ilk köç isə bu il martın 27-də Sarıcalı kəndinə olub. Bu kəndə köçən sakinlərə də yeni evlərinin açarlarını dövlətimizin başçısı İlham Əliyev şəxsən təqdim etdi, sarıcalıların yurda dönüşlərinin sevincini onlarla birlikdə yaşadı. Ağdam şəhərinin sıfırdan qurulduğunu və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcəyini söyləyən cənab Prezident dedi ki, biz Ağdamı yenidən qururuq və quracağıq. 

Ağdamın tarixi, dini, mədəni ruhu da dirçəldilir, mənəvi ruhu özünə qaytarılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən Ağdamda bu istiqamətdə mühüm işlər görülür. Bu baxımdan, ötən ilin aprelində fond tərəfindən müvəffəqiyyətlə bərpaolunan Ağdam Cümə məscidinin Prezident İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov tərəfindən açılışının edilməsinin özünəməxsus əhəmiyyəti oldu. 

Ağdam həm də Azərbaycanın muğam mərkəzi sayılır. Bu il mayın 10-da Ulu Öndərimiz Heydər Əliyevin doğum günündə Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışını etməklə bütün  muğamsevərlərə bayram hədiyyəsi etdi. Qarabağda, Ağdamda yenidən doğma muğamlarımızın eşidilməsi həm bu yerlərin milli ruhunun qayıdışı, həm də Xan Şuşinskinin, Seyid Şuşinskinin, Zülfi Adıgözəlovun, Sara Qədimovanın, Səxavət Məmmədovun, Qədir Rüstəmovun və neçə-neçə muğam ustadlarımızın ruhlarının şad olması demək idi. 

Cənab Prezident İlham Əliyevin şəxsi diqqəti və səyləri ilə Ağdamda da həyata keçirilən unikal quruculuq və bərpa işləri onu deməyə əsas verir ki, çox tezliklə Qarabağın bu qədim şəhəri də öz şan-şöhrətli günlərinə qovuşacaq. 


Natiq CAVADOV, 

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Facebook”, “Instagram” və “WhatsApp”ın istifadəçi sayı 20 milyon nəfər azalıb

18:27
01 May

Uşaqlar üçün yol təhlükəsizliyi mövzusunda Neftçalada əyani təlim keçirilib

18:19
01 May

Azərbaycan və Sudan iqtisadi əlaqələrdə yeni mərhələyə hazırlaşır

18:15
01 May

Prezidentin köməkçisi: Avropa Parlamentinin qəbul etdiyi sənəd Azərbaycan üçün hüquqi öhdəlik yaratmır  

18:14
01 May

Strateji obyektlərə nəzarət mexanizmi təkmilləşdirilir – BİRGƏ TƏLİM

18:13
01 May

Diplomatik korpusun nümayəndələri Şuşada Dövlət Xidmətləri Mərkəzində olublar  

18:12
01 May

Hikmət Hacıyev: Azərbaycan itkin düşmüş minlərlə şəxsin taleyinə aydınlıq gətirilməsini gözləyir

18:11
01 May

“YouTube”da növbəti yenilik

18:11
01 May

Neftçalada məktəblilər arasında minifutbol turnirinə start verilib

18:03
01 May

Masallıda “Kitab festivalı – 2026” keçirilir

17:57
01 May

 Hindistanda Narmada çayında turist qayığı aşıb

17:49
01 May

Məsud Pezeşkian: ABŞ-nin mövqeyi dəyişərsə, İran diplomatik danışıqları bərpa etməyə hazırdır

17:42
01 May

Ceyhun Bayramov iranlı həmkarı ilə regional vəziyyəti müzakirə edib

17:41
01 May

Hörmüz böhranı təkcə neftin qiymətini artırmayıb

17:41
01 May

Aprelin 5-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər 300 bal toplayıb 

17:40
01 May

“Euronews” Azərbaycan cazı haqqında reportaj yayımlayıb  

17:09
01 May

Media, süni intellekt və innovasiya - Panel sessiya

17:03
01 May

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib  

16:48
01 May

Ədliyyə naziri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib

16:42
01 May

Ağcabədi rayonunda vətəndaşların müraciətləri dinlənilib

16:35
01 May

Prezidentin köməkçisi: WUF13 beynəlxalq təcrübə mübadiləsi və qlobal dialoq üçün mühüm platforma olacaq  

16:31
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!