13 Sentyabr 2025 08:45
747
İQTİSADİYYAT
A- A+
"ACWA Power" "yaşıl layihə"ləri ilə Azərbaycanın dayanıqlı inkişafını dəstəkləyir

"ACWA Power" "yaşıl layihə"ləri ilə Azərbaycanın dayanıqlı inkişafını dəstəkləyir


Azərbaycanın "yaşıl enerji" gündəliyinin reallaşmasında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin özünəməxsus yeri var. Bu şirkətlə əməkdaşlığın tarixi qısa olsa da, perspektivlər böyükdür.

Əvvəla qeyd edək ki, "ACWA Power"in ölkəmizdə tikdiyi 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının (KES) tezliklə tam gücdə istismara verilməsi istiqamətində işlər davam edir. İndiyədək layihə çərçivəsində 30 külək turbini quraşdırılıb, 220/33 kV-luq yarımstansiyalardan birinin tikintisi başa çatdırılıb, digərində isə son tamamlama işləri aparılır.

"Xızı-Abşeron" KES-in təməlqoyma mərasimi 2022-ci il yanvarın 13-də olub. Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusunun quraşdırılması nəzərdə tutulub. Bunlardan 17-nin Abşeron rayonunun Pirəkəşkül kəndində, 23-nün isə Xızı rayonunun Sitalçay kəndində quraşdırılması planlaşdırlıb. Elektrik stansiyasında illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq, eyni zamanda 220 milyon kubmetrədək qaza qənaət ediləcək.

Stansiyanın təməli qoyularkən Prezident İlham Əliyevin dediyi sözləri xatırlamaq yerinə düşər: "Bu, çox gözəl hadisədir. Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır".

Bundan əlavə, Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" şirkətinin 200 MVt gücündə Batareya Enerji Saxlanc Sistemi (BESS), 200 MVt gücündə quruda külək stansiyası və digər layihələr üzrə də müqavilələri var.

Bu günlərdə energetika naziri Pərviz Şahbazovun "ACWA Power" şirkətinin baş icraçı direktoru Marco Arcelli ilə görüşündə məhz görülən və görüləcək işlərdən bəhs edilib. "ACWA Power"in Azərbaycanda yeni layihələr vasitəsilə fəaliyyətini genişləndirməsi məmnunluqla qeyd olunub. Ölkəmizin "yaşıl enerji" gündəliyinin reallaşdırılmasında şirkətlə tərəfdaşlıq çərçivəsində quruda və dənizdə sənaye miqyaslı külək enerjisi istehsalı, habelə ötürülməsi layihələrinin icrası müzakirə edilib. "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının tezliklə tam gücdə istismara verilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib. Həmçinin ixrac, eləcə də daxili istehlak məqsədilə yeni, əlavə "yaşıl enerji" güclərinin enerji sisteminə inteqrasiyası məqsədilə aparılan şəbəkə tədqiqatı çərçivəsində şirkətlə 200 MVt-lıq külək-elektrik stansiyası layihəsinin həyata keçirilməsinə dair fikir mübadiləsi edilib. 

Görüşdə, eləcə də Naxçıvandan Türkiyəyə elektrik enerjisinin tədarükü məqsədilə aparılan araşdırmalar barədə məlumat verilib və burada "ACWA Power" şirkəti ilə külək enerjisi layihəsinin reallaşdırılması perspektivləri dəyərləndirilib. Söhbət zamanı dənizdə enerji istehsalı üzrə əməkdaşlığa da toxunulub. İxrac aspektində Qara dəniz sualtı kabeli və quruda Gürcüstan, Türkiyə vasitəsilə Azərbaycanı Avropa ilə əlaqələndirəcək interkonnektorların qurulması ilə bağlı görülən tədbirlərdən də bəhs edilib. Regionlararası bağlantıların, eyni zamanda elektrik enerjisi qədər məlumatların ötürülməsinin vacibliyi vurğulanıb. Hazırda fiber-optik komponentin enerji ötürücü xətti ilə paralel inkişaf etdirildiyi qeyd olunub.

Bir neçə kəlmə də belə geniş tərəfdaşlığa başladığımız bu şirkətin özü haqqında: Səudiyyə Ərəbistanının enerji, xüsusilə bərpaolunan enerji sektorunda aparıcı şirkətlərindən olan "ACWA Power" şirkəti 2004-cü ildə yaradılıb. Şirkət dünyanın bir sıra ölkələrində bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, duzsuzlaşdırılmış su istehsalı üzrə layihələrdə developer, investor və operator kimi iştirak edir.

"ACWA Power"lə tərəfdaşlığımızın etibarlı və perspektivliyini göstərmək üçün şirkətin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyanın dövlətimizin başçısına Vaşinqton səfərindən sonra göndərdiyi məktubdan bir neçə cümləni belə xatırlatmaq kifayətdir. O, Prezident İlham Əliyevi qazanılmış diplomatik qələbə münasibətilə təbrik edir və ardınca yazır: "Bu nailiyyət Sizin ölkənizin sabitliyinə və firavanlığına qəti sadiqliyinizlə yanaşı, həm də çağırışları davamlı tərəqqi üçün imkanlara çevirərək uzaqgörənliklə və əzmkarlıqla rəhbərlik etmək bacarığınızı göstərir. Biz "ACWA Power" şirkəti olaraq Azərbaycanın tarixində bu mühüm məqamın şahidi olmaqdan şərəf duyuruq və sülhün, əməkdaşlığın bu yeni dövründə ölkənin dayanıqlı inkişafını dəstəkləməyə sadiq qalırıq".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!