07 Dekabr 2023 10:30
283
İQTİSADİYYAT
A- A+
AÇG-nin yeni  platformasında ilk hasilat quyusunun qazılmasına başlanıb

AÇG-nin yeni  platformasında ilk hasilat quyusunun qazılmasına başlanıb

 

ACE  adlanan bu qurğudan ilk hasilat  2024-cü ilin əvvəlinə gözlənilir

 

"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının işlənməsi layihəsinin operatoru olan bp şirkəti yeni "Azəri Mərkəzi Şərqi" (ACE) platformasında ilk hasilat quyusunun qazılmasına başlandığı barədə məlumat yayıb.
Bir neçə ay əvvəl  Bayıl tikinti-quraşdırma sahəsindən Xəzərdəki daimi yerinə  yola salınmış  platformanın üst modullarının dənizdə bütün quraşdırma işləri və istismar sınaqları təhlükəsiz şəkildə tamamlanıb. Platformadan qazılmağa başlayan quyunun ümumi dərinliyinin 3188 metrədək olacağı gözlənilir. Bu dərinliyə çatmaq üçün qazma işlərinin təxminən üç ay çəkəcəyi nəzərdə tutulur.
Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də AÇG yataqlarının  birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş imzalandı. Bununla da AÇG-nin işlənilməsində yeni dövr başlandı.  
Yeni sazişlə bu nəhəng yataqlar blokunun  işlənilməsi 2050-ci ilin əvvəlinə qədər uzadıldı. 6 milyard dollarlıq ACE layihəsi də məhz həmin müqavilə çərçivəsində həyata keçirilir. Layihəyə  eyniadlı platformanın tikintisi də daxil idi ki, bu iş də, qeyd edildiyi kimi, artıq uğurla yekunlaşıb. Yeni qurğu dənizin təxminən 140 metr    dərinliyində, mövcud "Mərkəzi Azəri"  və  "Şərqi Azəri" platformalarının arasında yerləşir. Platforma adını da yaxın qonşularından alıb.
ACE 48 şaxtalı hasilat, qazma və yaşayış platformasıdır. Bu layihəyə həmçinin yeni yataqdaxili sualtı boru kəmərləri də daxildir. Xətlər qurğudan hasil ediləcək  neft və qazın Səngəçal terminalına ötürülməsi üçün AÇG-nin mövcud  sualtı ixrac kəmərlərinə  qoşulacaq. Bundan əlavə, laya vurulan suları "Mərkəzi Azəri" kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə ACE və  "Şərqi Azəri" platformaları arasında suvurma boru xətti olacaq.
ACE platforması və qurğuları gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır. İşlərin  pik dövründə Azərbaycanda ACE layihəsinin tikintisinə 8500 nəfərdən çox fəhlə, texnik, mütəxəssis cəlb edilmişdi.
ACE-nin  dayaq bloku isə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) tikilmiş və  üç il çəkən inşaat işləri ötən ilin sonunda təhlükəsiz şəkildə  tamamlanmışdı.  2022-ci il  dekabrın 13-də   Prezident İlham Əliyev BDÖZ  sahəsinə baş çəkərək dayaq blokunun dənizə yola salınması prosesinə start vermişdi.
Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri isə qeyd edildiyi kimi, Bibiheybətdəki tikinti-quraşdırma sahəsində aparılmışdı. Üst modullara neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19 min 600 tondur.
Bu qurğu  "Azfen" şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilmişdi. Quruda aparılması planlaşdırılan əsas istismar sınaqları uğurla  yekunlaşmış və STB-1 daşıma barjı qurğunu dənizə - mənzil  başına çatdırmışdır. Bu il aprel ayının 4-də Prezident  İlham Əliyev üst modulların inşa edildiyi sahəyə gələrək, tikintisi artıq sona çatmış qurğu dənizə, öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olmuşdur.
Xatırladaq ki, ACE  "Azəri-Çıraq-Günəşli"nin  yeddinci  hasilat  platforması olacaq. Hazırda  bu yataqlar blokunda  "Çıraq", "Mərkəzi Azəri", "Şərqi Azəri", "Qərbi Azəri", "Dərinsulu Günəşli" və  "Qərbi Çıraq" platformaları  fəaliyyətdədir. Yeni ildə onlara "Mərkəzi Azəri Şərqi" də qoşulacaq.  bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz  bu barədə məlumat verərək deyir: "Biz ACE platformasında ilk hasilat quyusunun qazılmasına başlamaqdan çox məmnunuq və sevinirik. Bu, bizə 2024-cü ilin əvvəllərinə nəzərdə tutulmuş ilk ACE neftinin əldə olunmasına imkan verəcək. Qazma proqramının təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək üçün geniş hazırlıq işləri aparmışıq və bütün bunların əsasında bu sahədə olan təcrübəmiz, innovativ yanaşmalar, eləcə də avtomatlaşdırılmış proseslər və qabaqcıl texnologiyalardan geniş istifadə dayanır. ACE platformasında bu ilk hasilat quyusunu təhlükəsiz, səmərəli və qrafikə uyğun şəkildə tamamlayacağımıza inanırıq".

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Səbail” komandasının baş məşqçisi istefa verib  

19:24
03 Noyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev və Cəmil Nəcəfovun xatirələri anılıb

16:59
03 Noyabr

Moldova MSK: Prezident seçkilərinin ikinci turunu baş tutmuş hesab etmək olar

16:48
03 Noyabr

COP29 nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzindədir

15:56
03 Noyabr

Arxiyepiskop: Kilsə həmişə gürcü xalqının yanındadır

15:53
03 Noyabr

Pavel Herçinski: Aİ-nin yüksək səviyyəli nümayəndə heyəti COP29-da iştirak edəcək

15:46
03 Noyabr

İstanbul sərgisinə qatılan Azərbaycan nümayəndə heyəti Ümummilli Liderin abidəsini ziyarət edib  

15:23
03 Noyabr

COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçirilib

14:29
03 Noyabr

Qazaxıstanlı deputat: Azərbaycan COP29-u yüksək səviyyədə keçirəcək

13:56
03 Noyabr

Metro stansiyalarının iş rejimində tənzimləmələr tətbiq ediləcək

13:41
03 Noyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:59
03 Noyabr

Azərbaycanın Zəfər Günü Parisdə təntənə ilə qeyd olunub

12:39
03 Noyabr

Bu gün axşamdan başlayaraq hava şəraiti qeyri-sabit, arabir yağıntılı olacaq, şimşək çaxacaq

12:35
03 Noyabr

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçı sayının artması sevindirici haldır  

12:31
03 Noyabr

“Qələbə qaçışı”nın qalibləri müəyyənləşib 

12:22
03 Noyabr

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlərə başlayıb

11:52
03 Noyabr

Bakıda IV “Qələbə qaçışı”na start verilib

10:20
03 Noyabr

146 il əvvəl...

09:05
03 Noyabr

Varisliyin maarifçilik nümunəsi

09:00
03 Noyabr

Azərbaycanın "yumşaq güc"ü: zəngin tarixi irs və modern müasirlik

08:55
03 Noyabr

Sumqayıtda sənaye sərgisi keçirilib

08:50
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!