06 Oktyabr 2024 08:10
2357
SİYASƏT
A- A+
ABŞ-nin riyakarlığı

ABŞ-nin riyakarlığı


Öz milli maraqlarını qətiyyətlə təmin edən Azərbaycana təzyiq göstərmək, onu yolundan döndərmək qeyri-mümkündür


Qarabağ münaqişəsinin başa çatması, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, erməni separatizminə son qoyması Qərbin ermənipərəst dövlətlərinin siyasi dairələrini rahat buraxmır. Elə həftə olmur ki, Qərbdən Azərbaycan əleyhinə hansısa fikir səsləndirilməsin. Sanki həmin dövlətlərin və onların maraqlarına xidmət edən təşkilatların fəaliyyəti yalnız Azərbaycanı təftiş etməkdən ibarətdir. 


Azərbaycan həm də ermənipərəst Qərbi məğlub edib


Qərb siyasi dairələrinin yuxusunu ərşə çəkən həm də Azərbaycanın müstəqil və dürüst siyasəti, özünün milli maraqlarını qətiyyətlə təmin edə bilməsidir. Amerika Birləşmiş Ştatlarının bir qrup konqresmeninin bir neçə gün əvvəl bu ölkənin Dövlət katibi Entoni Blinkenə yazdığı məktub və həmin məktubda Azərbaycana qarşı sanksiyaların tətbiqi kimi qəbuledilməz mövqenin ifadə olunması da göstərir ki, Qərbin ermənipərəst siyasi dairələri Azərbaycanın zəfərini, ərazi bütövlüyünü bərpa etməsini, müstəqil siyasi kurs həyata keçirməsini həzm edə bilmirlər. Çünki Azərbaycan 44 günlük müharibədə Ermənistana qalib gəlməklə həm də "münaqişənin hərbi yolla həlli yoxdur" deyən Qərbi məğlub edib. Və bu gün Azərbaycanın öz milli haqqını, beynəlxalq normalarla tanınan hüquqlarını bərpa etməsini görməzdən gəlmək riyakarlıqdan və şərəfini satmaqdan başqa bir şey deyil.  

Bu baxımdan ABŞ konqresmenlərinin hökumətə Azərbaycana qarşı sanksiyaların tətbiq olunması ilə bağlı müraciət etmələrinin yalnız bir adı var: riyakarlıq. Əlbəttə, Azərbaycana qarşı ortaya qoyulan bu çirkin əməllər ölkəmizi öz yolundan döndərə bilməz.  Bunu tarix də sübut edib. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində bəyan etdiyi kimi, bu, bizim iradəmizə təsir edə bilməz: "Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik. Burada erməni yaşayıb? Yox, siz - Cəbrayılın sakinləri".


Qərbin puç olan niyyəti


Tarixə nəzər salanda, işğal dövrünün xronikasını gözümüz önündən keçirəndə görürük ki, Ermənistana görə yaxasını cıran ABŞ-nin də əsl məqsədi Fransa kimi Azərbaycan torpaqlarının işğal edilməsinə dəstək verməkdir. Prezident İlham Əliyev hər zaman bəyan edib ki, sülh danışıqları nəticəsiz qalsa, Azərbaycan dövləti müharibə yolu ilə torpaqlarını işğaldan azad edəcək. Bunun üçün məqsədyönlü iş aparılıb, modern ordu quruculuğu həyata keçirilib, Silahlı Qüvvələrimizin döyüş imkanları ən müasir səviyyəyə çatdırılıb. Qərb siyasi dairələri isə ABŞ də daxil olmaqla hər zaman münaqişənin hərb yolu ilə yoluna qoyulmasına qarşı çıxıblar, bunun qeyri-mümkün, yolverilməz olduğunu bildiriblər. Hər vəchlə problemin dondurulmasına çalışıblar. Məqsədləri də o olub ki, Azərbaycan xalqı zamanla ərazilərində erməni dövlətinin yaradılması ilə razılaşsın. "Qərb dövlətləri ilk növbədə bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Bu ədalətsizliyin dərəcəsinə baxın ki, bizim torpaqlarımızı Ermənistana bağışlamaq istəyən ölkələr bu münaqişənin guya həlli ilə məşğul olurdular. Amma onların əsl niyyəti bizi daim təzyiq altında saxlamaq və bu torpaqları Ermənistana bağışlamaq idi. Onların təklifləri nədən ibarət idi? Ondan ibarət idi ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə müstəqillik verilsin. Axı bu riyakarlığın, ikiüzlülüyün dərəcəsi olmalıdır, yoxsa yox?!" - deyə bu barədə danışan Prezident İlham Əliyev bildirdi.

Qərbin məqsədi ərazilərimizdə ikinci erməni dövlətinin yaradılması idi. Lakin Azərbaycan bu niyyəti onların gözündə qoydu, Qarabağdakı erməni separatizminin sonuna çıxdı. Bütün məkrli planları iflasa uğrayan Qərb dairələri indi Azərbaycana qarşı təzyiqlər etmək üçün hər cür riyakarlıqlara baş vururlar. Elə bir neçə gün əvvəl ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın Varşava İnsan Ölçüsü Konfransında səsləndirdiyi fikirlər bunu təsdiq edir. 

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının doğma yurdlarından qovulmasını, onlara qarşı soyqırımı cinayətlərinin törədilməsini ABŞ siyasi dairələri bir dəfə də olsun dilə gətirməyiblər.  Onların hüquqlarının pozulmasına ABŞ və bütövlükdə Qərb laqeyd, etinasız yanaşıb. 30 ilə yaxın müddətdə Ermənistanın cinayətlərini tam sükutla qarşılayan ABŞ Azərbaycanın erməni separatizminə son qoymasından sonra hansısa hüquqlardan dəm vurmağa başlayıb. Və bu cür ikiüzlülük fonunda  Azərbaycanın öz əraziləri üzərində milli suverenliyini bərpa etməsi ilə barışa bilmədiklərini göstərirlər.

Lakin nə demələrinin, hansı qərəzli addımlar atmalarının faydası yoxdur. Öz milli maraqlarını qətiyyətlə təmin edən Azərbaycana təzyiq göstərmək, onu yolundan döndərmək qeyri-mümkündür.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib  

13:07
09 Noyabr

Qərbi Azərbaycan İcması Dövlət Bayrağı Günü ilə bağlı bəyanat yayıb

12:44
09 Noyabr

İşğaldan azad edilmiş torpaqlarda bayram konsertləri təşkil olunub  

12:43
09 Noyabr

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə  

12:41
09 Noyabr

COP29-la əlaqədar 57 marşrutun hərəkət sxemi dəyişdirilir  

12:40
09 Noyabr

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib  

12:39
09 Noyabr

Tuvalunun Baş naziri Azərbaycana səfərə gəlib  

12:21
09 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb  

12:20
09 Noyabr

Marşal Adaları Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib  

12:19
09 Noyabr

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

12:09
09 Noyabr

Yol polisi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib  

09:32
09 Noyabr

“9 Noyabr - Azərbaycan Respublikası Dövlət Bayrağı Günü” adlı virtual sərgi təqdim olunub 

09:31
09 Noyabr

Türkiyənin müdafiə naziri: Ümidvarıq ki, Ermənistan davamlı sülh fürsətindən istifadə edəcək  

09:30
09 Noyabr

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09:28
09 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

09:26
09 Noyabr

Azərbaycanın Rusiyadakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib

09:25
09 Noyabr

Tanzaniyanın Vitse-prezidenti Azərbaycana səfərə gəlib  

09:23
09 Noyabr

Qaydar Abdikerimov: Prezident İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının əsl vətənpərvər övladıdır  

09:22
09 Noyabr

Türkiyə parlamentinin sədri Azərbaycanı təbrik edib: Qardaşlığımız əbədi olsun!  

09:19
09 Noyabr

Qalata Qülləsində Azərbaycan Bayrağı və Xarıbülbül təsviri əks olunub 

09:17
09 Noyabr

Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub  

22:19
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!