12 Fevral 2025 08:25
347
SİYASƏT
A- A+
ABŞ informasiya siyasətində korrektələr edir

ABŞ informasiya siyasətində korrektələr edir


"Amerikanın səsi" və "Azadlıq radiosu" qərəzçiliyə görə ittiham olunurlar


"Amerikanın "Azadlıq radiosu" və "Amerikanın səsi"ni bağlama qərarı dünya miqyasında informasiya və media mühitində ciddi dəyişikliklərə yol açacaq. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask ABŞ Milli kəşfiyyatının keçmiş direktoru Rik Qrenellinin bu kanalların bağlanması təklifini dəstəkləyib". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. O bildirib ki, Qrenelli "Amerikanın səsi" və "Azadlıq radiosu"nu qərəzçilikdə ittiham edərək bu media platformalarının radikal solçuların meydanına çevrildiyini diqqətə çəkib. Qrenelli mühafizəkardır və Trampın tərəfdarıdır, antiimmiqrasiya, antiqlobalist və antiliberal görüşləri ilə tanınır. O, diplomatik vəzifələrdə və ictimai bəyanatlarda liberal hökumətləri, bürokratiyanı və beynəlxalq qurumları fəal şəkildə tənqid edərək, daha sərt xarici siyasətdən yana çıxış edir. Bu günlərdə dünya mediasının gündəmində müzakirə olunan USAID-lə bağlı ən sərt ifadəni isə dövlət rəsmisi kimi İlon Mask işlədib: "Bu, cinayətkar təşkilatdır və ölmək vaxtıdır". Bu açıqlamanın ardınca Donald Tramp agentliyin Vaşinqtondakı mənzil-qərargahının bağlanmasına razılıq verib.

Deputat xatırladıb ki, İlon Mask bir müddət əvvəl dövləti "Associated Press" və "Politico"nu maliyyələşdirməni, "talançı xərcləmələri" dayandırmağa çağırıb. Bunun ardınca "Politico"nun maliyyələşməsi planı dayandırılıb.

K.Bayramov  qeyd edib ki, bu qərarın əsas səbəblərindən biri ABŞ-nin informasiya siyasətini yeni bir müstəviyə daşıma istəyidir: "Görünür, ABŞ digər ölkələrə olan təsirini birbaşa diplomatik kanallar və iqtisadi əlaqələr vasitəsilə həyata keçirmək istəyir. İndi vəziyyət dəyişib. Cəmiyyətlərin informasiya əldə etmək imkanları da çoxalıb. Xüsusən sosial şəbəkə bu istiqamətdə daha fəaldır. Görünür, İlon Mask və Rik Qrenelli maliyyə baxımından onların bağlanmasını istəyirlər. Digər tərəfdən, zaman keçdikcə bəzən informasiya vasitələrinin fəaliyyəti dövlətlərarası münasibətlərə də xələl gətirir. Həmin ideyanın yaranmasına bu məsələnin də səbəb olması istisna edilmir".

Deputat vurğulayıb ki, dünyada alternativ informasiya əldə etmək imkanları genişləndikcə xarici təsirləri azaltmaq, həm də dövlətlərin təhlükəsizlik məsələsinə çevrilir. Ölkələr təhlükəsizliyi təhdid edən mənbələri neytrallaşdırmağa çalışırlar. Belə çıxır ki, həmin radiolar qlobal təhlükəsizlik baxımından ABŞ-nin maraqlarına artıq uyğun sayılmır. Ona görə də Ağ Evdə sözü keçən İlon Mask maliyyələşdirmə məsələsini qabartmaqla onların bağlanmasına diqqəti çəkib.

K.Bayramov əlavə edib ki, bu qərar Azərbaycanın daxili media mühitində də təkmilləşməyə səbəb ola bilər: "Hesab edirəm ki, bunun nəticəsində ölkənin vətəndaşlarına təqdim edilən informasiya daha mütəşəkkil və nizamlı ola bilər. Yeri gəlmişkən, bu addım dünyanın bir çox ölkəsində dəstəklənir. Həmçinin  dünya siyasətçilərinin fikirlərinə görə, bu gün istənilən məlumat beş dəqiqə ərzində dünyaya yayılır və insanların "Azadlıq radiosu"nun xəbərlərinə ehtiyacı qalmır. Ümumiyyətlə,  "Amerikanın səsi" və "Azadlıq" radioları çoxdandır ki, aparıcı kanallar hesab olunmurlar. Odur ki, bu informasiya vasitələri ya tarixə qovuşacaq, ya da öz xəbər siyasətlərinə yenidən baxmalı olacaqlar".


Ə.QABİLQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!