16 Oktyabr 2025 08:15
1375
SİYASƏT
A- A+
5 müxtəlif coğrafiyada, 5 fərqli tədbirdə

5 müxtəlif coğrafiyada, 5 fərqli tədbirdə


Azərbaycan Prezidenti bütün siyasi platformalarda hörmətlə qarşılanan liderdir


Oktyabrın 15-də dövlətimizə rəhbərliyinin 22 ili tamam olan Prezident İlham Əliyevin ötən dövrdə yürütdüyü uzaqgörən və məqsədyönlü siyasət həm də Azərbaycanın bugünkü dünya nizamında tutduğu vacib yerini və rolunu müəyyənləşdirib. Cənubi Qafqazın bütün sferalarda ən inkişaf etmiş ölkəsi olan Azərbaycan bu gün qlobal siyasi böhranların həll edildiyi masalarda söz sahibidir.    

Dünyanın gələcək taleyinin həll olunduğu beynəlxalq sammitlərdə böyük rəğbətlə ölkəmizin sülh modeli misal çəkilir, örnək götürülür, daha ədalətli dünya nizamının qurulması üçün etdiyi vacib çağırışlar diqqətə alınır. Qlobal siyasi toplantılarda dünya nəhəngləri ilə bərabər qərarlaşması, heç şübhəsiz, Azərbaycanın qət etdiyi və milli maraqlarının təmininə doğru istiqamətlənmiş qətiyyətli və nümunəvi yolu sayəsində mümkün olub.  


Nyu York, Kopenhagen, Qəbələ, Düşənbə və Şarm əl-Şeyx...


Müstəqilliyini qazandığı ilk illərdən işğal faktı, bir milyondan çox qaçqın, məcburi köçkün problemi, siyasi, iqtisadi, sosial  böhranlarla üz-üzə qalan Azərbaycanın düşdüyü bu çətin vəziyyətdən sürətlə çıxması və hazırda hərtərəfli inkişafa malik ölkə kimi adından söz etdirməsi beynəlxalq səviyyədə etiraf olunan gerçəklikdir. Şərqlə Qərbin enerji, nəqliyyat qovşağı olan Azərbaycan hazırda əksər ölkələrin ikitərəfli əlaqələr qurmaqda maraqlı olduğu tək-tük dövlətlərdəndir.

BMT TŞ-nin qətnamələrini hərb yolu ilə özü yerinə yetirərək beynəlxalq hüququ təmin edən Azərbaycan apardığı haqq savaşında müharibə qanunlarını heç bir halda pozmayıb, mülki insanlara, obyektlərə zərər verməyib. Bakının liderliyi ilə yürüdülən normallaşma prosesi bölgədə de-fakto sülhə yol açıb. Bu il  avqustun 8-də Vaşinqtonda ABŞ rəhbəri Donald Trampın iştirakı ilə Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni paraflanaraq barış üçün həlledici mərhələnin, sülh sazişinin imzalanmasının təməli qoyulub. Bununla da  üç onillik boyu Cənubi Qafqazda var olan münaqişə birdəfəlik bitib və bölgədə təkcə region ölkələri üçün deyil, daha geniş coğrafiya üçün əhəmiyyət daşıyan əməkdaşlıqlara geniş imkanlar açılıb.   

Bütün bunlar Azərbaycanın yaratdığı və tam mübaliğəsiz demək olar ki,  dünyanın nümunə götürəcəyi inkişaf, əməkdaşlıq və sülhü özündə ehtiva edən unikal modeldir.  Buna görədir ki, ölkəmizin beynəlxalq miqyaslı məsələlərin həllində oynadığı aktiv rol bu gün ön plana çıxır. Dünyanın istənilən qütbündə yerləşən ölkələr Azərbaycanın ortaya qoyduğu bu modeli rəğbətlə qarşılayır, təqdir edirlər. 

Prezident İlham Əliyevin son 20 günə yaxın bir müddətdə müxtəlif nüfuzlu tribunalardan ölkəmizin həqiqətlərini dünyaya çatdırması, istər Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası, istər Azərbaycanın evsahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü zamanı etdiyi çıxışlar, istərsə də Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısındakı mühüm görüşləri zamanı verdiyi mesajlarla dünyada əbədi sülhün bərqərar olması üçün mühüm çağırışlar etməsi də bu qəbildəndir. Cənubi Qafqazda davamlı sülh üçün üfüqlər açan ölkənin rəhbəri kimi Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etməsi təsadüfi xarakter daşımırdı. Həmçinin oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində dövlətimizin başçısı İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüş iki ölkə arasında münasibətlərin normal məcraya yönəlməsi üçün əhəmiyyətli oldu. 


Qalib rəhbər


"Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam", - deyə  Prezident İlham Əliyev sentyabrın 25-də  Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışına Azərbaycanın keçdiyi inkişaf yolu və qazandığı qələbələrin yol xəritəsi kimi də adlandırılacaq bu fikirlərlə başladı.  

Həmin zaman Azərbaycan lideri Nyu Yorka Qarabağ məsələsini məhz öz qətiyyəti və uzaqgörən siyasəti sayəsində nizama salan qalib rəhbər kimi yollanmışdı. Respublikamızın başçısının adıçəkilən sessiyadakı çıxışının gündəliyini regionda ölkəmizin yaratdığı yeni reallıqlar, əməkdaşlıq üçün formalaşdırılmış mühüm fürsətlər və sülh təşkil etdi.

BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyevə göstərilən böyük ehtiram, nüfuzlu tədbir çərçivəsində qarşı tərəflərin istəyi ilə Azərbaycan lideri ilə keçirilən yüksəksəviyyəli görüşlər diqqət çəkdi. 

O cümlədən "Avropa Siyasi Birliyi"nin Kopenhagendə keçirilən 7-ci Zirvə toplantısında müxtəlif ölkələrin liderlərinin, qurumların rəhbərlərinin Prezident İlham Əliyevlə görüşməkdə maraqlı olmaları təbii idi. Belə ki, həmin səfər çərçivəsində dövlətimizin başçısı Kopenhagendə qarşı tərəflərin müraciətlərinə əsasən çoxsaylı mühüm görüşlər keçirdi. Prezident İlham Əliyev Moldova Prezidenti Maya Sandu, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen,  İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Niderland Krallığının Baş naziri Dik Sxof, Fransa Prezidenti Emmanuel Makronla danışıqlar apardı.

Bu Zirvə görüşündə məhz qarşı tərəflərin istəyi ilə keçirilən görüşlər  Prezident İlham Əliyevin Avropada yüksək nüfuza malik olmasına, ona ali səviyyədə göstərilən hörmət və ehtirama dəlalət edirdi.

Azərbaycanın tarixi şəhəri Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının  (TDT) Dövlət Başçıları Şurasının  XII Zirvə görüşü isə Azərbaycanın türk dünyasının həmrəyliyində oynadığı mühüm rolu bir daha göstərdi. Türkdilli dövlətlərin liderlərinin bir araya gəldiyi tarixi toplantıda türk birliyinin zamanın çağırışı olması mesajı bir daha verildi.  

   

Beynəlxalq proseslərin fəal aktoru 


9 oktyabr tarixində Tacikistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclası həm  regional əməkdaşlığın gücləndirilməsi, həm də iclas çərçivəsində dövlətimizin başçısı İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüş baxımından mühüm əhəmiyyət kəsb etdi. Qonşu ölkələrin liderləri arasında keçirilən görüş sayəsində Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə açıldı. Bir ilə yaxındır Rusiya hava məkanında baş verən təyyarə qəzası ilə bağlı ölkələrimiz arasında yaranmış gərginlik aradan qaldırıldı. Rusiyanın HHM sistemlərinin bu faciəyə səbəb olduğunu etiraf edən V.Putin bildirdi ki, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.

Prezident İlham Əliyevin 13 oktyabr tarixində Misirdə keçirilən Yaxın Şərq  Sülh Sammitində ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə iştirak etməsi sülh yaradan Azərbaycan liderinə qlobal ehtiramı bir daha nümayiş etdirdi. 

Şarm-əl-Şeyxdə keçirilən Sülh Sammitində dünya nəhəngi ABŞ-yə rəhbərlik edən Donald Trampın Prezident İlham Əliyevə səmimi dostluq münasibəti göstərməsi xüsusi diqqət çəkdi. 

Sammitdə ABŞ lideri dövlətimizin başçısı haqqında yüksək fikirlər səsləndirdi: "Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs Sizin həmkarınız haradadır? Budur, buradadır. Siz ikiniz artıq yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər, biz isə bir saata bu məsələni həll etdik, elədirmi? İndi onlar yola gedirlər, bu yaxşıdır, düşünürəm ki, bu əladır".

Bəli, bu sadalananlar sadəcə Prezident İlham Əliyevin diplomatik gündəliyinin son 20 günü ilə bağlı qısa xülasə idi. Dövlətimizin başçısının bu müddət ərzində müxtəlif coğrafiyalarda və fərqli formatlarda keçirilən beş nüfuzlu beynəlxalq sammitdə iştirak etməsi həm də Azərbaycan liderinin yürütdüyü çoxşaxəli və balanslaşdırılmış siyasətin uğurundan xəbər verir. Bu onu göstərir ki, Azərbaycan çoxqütblü dünyanın diqqət mərkəzindədir və ona yuxarıda da vurğuladığımız kimi məsafəsindən və yerləşdiyi ərazidən asılı olmayaraq, etimad və ehtiram göstərən ölkələr mütləq əksəriyyət təşkil edir. Azərbaycanın beynəlxalq hüquqa söykənən və dövlətlərin suverenliyini dəstəkləyən siyasətindən heç zaman dönməməsi onu yeni və ədalətli dünya nizamının formalaşdırılmasında fəal aktora çevirir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Hindistanlı səyyah: Azərbaycanda çox yaxşı dostlar qazanmışam 

20:33
25 Mart

Şimali makedoniyalı səyyah: Qarabağa səfər mənim üçün həyəcanlı və yaddaqalan olacaq 

20:21
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!