29 İyun 2022 02:16
1075
İQTİSADİYYAT
A- A+
5 ayda kənd təsərrüfatı məhsullarının istehsalı 3,3 faiz artıb

5 ayda kənd təsərrüfatı məhsullarının istehsalı 3,3 faiz artıb

 

İl yarıdır. Bu isti yay günləri kəndli üçün ikiqat qaynar dövrdür. Aqrar sektorun bir çox sahələrində məhsul yığımı sürətlə davam edir. Bir sıra sahələrdə isə yığıma hazırlıq görülür, əsas diqqət məhsulun yetişdirilməsinə, keyfiyyətinin yüksək olmasına yönəldilir.

Əslində, kəndlinin işi il boyu dayanmır. Dövlət Statistika Komitəsindən aldığımız məlumatlar da cari ilin yanvar-may ayları ərzində ölkənin kənd təsərrüfatında görülmüş işlərin fakt və rəqəmlərdə ifadəsidir. Belə ki, ilin 5 ayında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 milyard 639,8 milyon manat təşkil edib. Bunun 2 milyard 28,4 milyon manatı heyvandarlıq, 611,4 milyon manatı bitkiçilik məhsullarının payına düşüb. 2021-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalı 3,3, o cümlədən heyvandarlıq üzrə 2,8, bitkiçilik üzrə 5,1 faiz artıb. 

Məlumatda iyunun 1-nə ölkədə yaz-tarla işlərinin davam etdiyi bildirilir. İlin əvvəlindən həmin vaxtadək 382,6 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Sözügedən dövrdə 63,4 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər əkilib ki, bunun da 29,3 min hektarı qarğıdalıdır. Eyni zamanda 54,7 min hektar sahədə kartof, 64 min hektarda tərəvəz, 20 min hektarda bostan bitkiləri, 104,3 min hektarda pambıq, 11,4 min hektarda dən üçün günəbaxan, 5 min hektarda şəkər çuğunduru, 2,2 min hektarda tütün, 55,3 min hektarda çoxillik otlar, 1 min hektar sahədə birillik otlar və 1,3 min hektarda digər yazlıq bitkilər əkilib. 

Yaz-tarla işləri ilə yanaşı, kənd təsərrüfatı məhsullarının yığımına da başlanıb. İyun ayının 1-nə kimi tarlalardan 54,7 min ton taxıl, 195,5 min ton kartof, 326,2 min ton tərəvəz, 24,1 min ton meyvə və giləmeyvə, 372,6 ton yaşıl çay yarpağı yığılıb. Toplanan kartof, tərəvəz və meyvələr əvvəlki ilin eyni dövrü ilə müqayisədə çox, taxıl və yaşıl çay isə az olub.

Əsas heyvandarlıq məhsullarının istehsalında artım müşahidə edilib. Belə ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3 faiz artıb. 5 ayda bu sahədə istehsal 220,1 min ton təşkil edib. 890,9 min ton süd, 824,8 milyon ədəd yumurta istehsal olunub. Bu məhsullar müvafiq olaraq 1,9 və 3 faiz artıb. Yalnız un istehsalı azalıb.

Ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsinə dövlət dəstəyi baramaçılıqda da özünü müsbət nəticələrlə göstərir. İyunun əvvəlinə 32,7 ton barama istehsal edilib ki, bu da 2021-ci ilin eyni vaxtının göstəricisindən 2,9 dəfə çoxdur.

Qarşıdakı aylar da kəndlidən gərgin zəhmət və böyük məsuliyyət tələb edir. Kəndli və fermerlər aqrar sektorun bütün sahələrində yetişdirdikləri bol məhsulu itkisiz toplamalı, bazara vaxtında çatdırmalı və qışa tədarük etməlidirlər.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkmənistan Hava Yolları Moskvaya uçuşları dayandırıb  

18:11
28 Dekabr

"Top 8" turnirində qaliblər müəyyənləşib

17:59
28 Dekabr

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

17:57
28 Dekabr

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevdən

17:56
28 Dekabr

Nazir Məcnun Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

17:54
28 Dekabr

Vardanyan Ruben Karlenoviç barəsində cinayət işi məhkəməyə göndərilib  

17:53
28 Dekabr

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacaq - PROQNOZ  

17:52
28 Dekabr

XİN: Azərbaycan cari ildə qlobal miqyasda yardım və humanitar dəstək fəaliyyətini artırıb  

17:50
28 Dekabr

Nazirlik: Azərbaycan mina problemin aradan qaldırılması üçün diplomatik fəallıq göstərib  

17:49
28 Dekabr

XİN: Azərbaycan il ərzində ikitərəfli və çoxtərəfli əsasda 40 ölkə ilə 204 sənəd imzalayıb  

17:48
28 Dekabr

Baş Prokurorluqda 2024-cü ilin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib

17:46
28 Dekabr

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

17:45
28 Dekabr

UNICEF: Bu il 64 min uşaq Bolqarıstanda himayə üçün müraciət edib  

16:51
28 Dekabr

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

16:48
28 Dekabr

Dövlət Xidməti sahibkarlara müraiciət edib

16:40
28 Dekabr

Azərbaycan ilə Misir arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur  

16:38
28 Dekabr

Xankəndi, Xocalı və Ağdərədə uşaqlara bayram sovqatı paylanılıb

16:14
28 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:12
28 Dekabr

Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin nümayəndələri Aktauya gəliblər  

16:11
28 Dekabr

Təyyarə qəzasında yaralananlara səyyar “ASAN xidmət” göstərilib

16:10
28 Dekabr

Bu ilin 11 ayında əmək müqavilələrinin sayı 75 min artıb

16:08
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!