26 May 2025 23:28
508
SİYASƏT
A- A+
28 May – Müstəqillik Günü Ankarada geniş qeyd olunub

28 May – Müstəqillik Günü Ankarada geniş qeyd olunub

Mayın 26-da Türkiyə Prezident Administrasiyasının Kompleksində yerləşən “Beştepe” Konqres və Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Günü münasibətilə təntənəli tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Ankaradakı səfirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyənin dövlət və hökumət təmsilçiləri, qardaş ölkədə akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri, Azərbaycan şirkətlərinin rəhbərləri və əməkdaşları, elm və mədəniyyət xadimləri, hərbi məktəblərin kursantları iştirak ediblər.

Tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqına təbrik mesajının səsləndirilməsi ilə başlayıb.

Ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, xalqımızın dövlətçilik tarixindəki mühüm rolu barədə ətraflı məlumat verib. “1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında hüquqi və dünyəvi dövlət nümunəsi idi”, - deyən diplomat bildirib ki, cümhuriyyət yalnız 23 ay fəaliyyət göstərsə də, regionun inkişafında mühüm rol oynayıb, xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq müasir dövrə xas dövlət strukturlarının yaranmasına nail olub.

Səfir bildirib ki, qardaş Türkiyənin dəstəyi Azərbaycanın gücünə daim güc qatıb. “85 milyonluq türk xalqının və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyini Vətən müharibəsi dövründə də hiss etdik. Beləliklə, bənzərsiz Türkiyə-Azərbaycan birliyi bir daha özünü göstərdi. Xalqımız və ordumuz tək olmadığını hiss etdi. Bizi ayıra biləcək heç bir güc yoxdur, çünki biz eyni millətin övladlarıyıq”, - deyə R.Məmmədov vurğulayıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy öz növbəsində Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. O, ölkələrimizin dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb. Bildirib ki, Türkiyə və Azərbaycan ümumi dəyərləri, ortaq mədəniyyəti paylaşan iki strateji müttəfiqdir.

Türkiyəli nazir qeyd edib ki, Sovet İttifaqının dağıldıqdan sonra yenidən müstəqilliyinə qovuşan Azərbaycan Ümummilli Lider Heydər Əliyevin dərin dövlətçilik təcrübəsi və siyasi iradəsi nəticəsində böyük inkişaf yolu keçib, dövlət müstəqilliyimiz möhkəmlənib.

Azərbaycanla bağlı videoçarxın nümayişi ilə davam edən tədbirdə daha sonra çıxış edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankara ilə Bakı arasındakı sarsılmaz birliyin davam edəcəyinə əmin olduğunu deyib.

Türkiyə ilə Azərbaycanın birgə səyləri ilə bir çox mühüm layihənin həyata keçirildiyini xatırladan vitse-prezident qeyd edib ki, əməkdaşlığımızın son uğurlu nümunəsi Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılan İğdır-Naxçıvan qaz kəməridir. Bu layihə, həmçinin Naxçıvan üzərindən şəkillənən tarixi birliyimizin simvoludur.

Cevdet Yılmaz çıxışının sonunda vurğulayıb ki, Türkiyə can Azərbaycanla birlikdə regionda təhlükəsizlik və sabitlik istiqamətində atdığı addımlar çox vacibdir. “Bu gün qardaşlarımızın azad olunan ərazilərə qayıdış prosesini böyük qürurla izləyirik. Liderlərimizin iradəsi ilə Şuşada təsdiq olunan müttəfiqlik münasibətlərimiz bütün istiqamətlərdə inkişaf etməkdədir. Bizim birliyimiz Türk dünyası üçün də əhəmiyyətlidir. Türkiyə və Azərbaycan ümumi ideallar ətrafında birləşərək gələcəklərini birlikdə qurur”, - deyə siyasətçi ifadə edib.

Tədbir konsert proqramı ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!