23 Dekabr 2025 20:00
172
SİYASƏT
A- A+
23 dekabr - Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasına dair cinayətkar qərarın imzalandığı gün  

23 dekabr - Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasına dair cinayətkar qərarın imzalandığı gün  


Bu gün dekabrın 23-ü XX əsrdə Azərbaycan tarixində növbəti faciəyə imza atıldığı gündür. Belə ki, 1947-ci il dekabrın 23-də Stalin 100 min nəfər azərbaycanlının Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən deportasiyası ilə bağlı SSRİ Nazirlər Sovetinin 4083 nömrəli qərarını imzalamışdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.

O, bu tarixin necə baş verməsindən danışıb: "1945-ci il mayın 9-da SSRİ-nin Almaniya üzərində qələbəsindən dərhal sonra ermənilər üç istiqamətdə hərəkətə keçdilər. Birincisi, ovaxtkı Ermənistan rəhbəri Qriqori Arutyunov 1945-ci il mayın 15-də İ.Stalinə müraciət edərək xaricdə yaşayan ermənilərin sovet Ermənistanına köçürülməsini xahiş etdi. İkincisi, Q.Arutyunov bir az da irəli gedərək “1945-ci il noyabr” tarixli məktubla "Dağlıq Qarabağ"ın Azərbaycandan alınıb "Ermənistan"a verilməsini istədi. Üçüncüsü, Katolikos VI Gevorq 1945-ci il noyabrın 27-də SSRİ rəhbəri İ.V.Stalinə, ABŞ Prezidenti N.S.Trumenə, Böyük Britaniyanın Baş naziri K.R.Ettliyə müraciət edərək “Türkiyə Ermənistanı” adlandırdığı Şərqi Anadolunun sovet Ermənistanına birləşdirilməsini xahiş etdi. İ.Stalin Arutyunovun məktubunu UIK(b)P MK-nın katibi Malenkova, o isə öz növbəsində 1945-ci il noyabrın 28-də rəy bildirilməsi üçün Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırova ünvanlanladı. M.C.Bağırov 1945-ci il dekabrın 10-da verdiyi cavabı ilə həmin iddianı diplomatik şəkildə rədd etdi.

Üç iddiadan ikisi - Azərbaycandan və Türkiyədən torpaq qopartmaq iddiası boşa çıxan ermənilər, təəssüf ki, üçüncü iddialarını həyata keçirməyə nail oldular: İ.Stalin 1945-ci il noyabrın 21-də “Ermənilərin xaricdən sovet Ermənistanına qayıtmalarına dair tədbirlər haqqında” sərəncam imzaladı.

Bundan az sonra ermənilər növbəti məkrli plana əl ataraq, xaricdən "köçürülüb gətirilən" ermənilərin məskunlaşdırılmasındakı çətinlikləri bəhanə edib, Ermənistanda yaşayan azərbaycanlı əhalinin bir hissəsinin Azərbaycana köçürülməsi məsələsini ortaya atdılar. Q.Arutunyov və M.C.Bağırov Moskvaya çağırılaraq 1947-ci il dekabrın 10-dakı birgə məktubla İ.V.Stalinə müraciət etdirildilər və bir neçə gün sonra - dekabrın 23-də İ.V.Stalin həmin məktub əsasında azərbaycanlıların Ermənistandan deportasiyası barədə qərar imzaladı.

Çox təəssüf ki, bu tarixi cinayət Ermənistanın Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı sonrakı cinayətlərinə yol açdı və 1987-1991-ci illərdə Qərbi Azərbaycandan soydaşlarımızın sonuncu adamına qədər qovulması və 1992-1993-cü illərdə Azərbaycanın suveren ərazilərinin işğalı ilə nəticələndi".

İcma sədri əlavə edib ki, Azərbaycanda yalnız 50 il sonra bu tarixi cinayətə tarixi-siyasi qiymət vermək mümkün oldu. Bunu da 1997-ci il dekabrın 18-də azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası haqqında imzaladığı Fərmanı ilə Ulu Öndər Heydər Əliyev etdi. Nəhayət, Qarabağ Zəfəri ilə adını Azərbaycan tarixinə əbədi həkk edən Prezident İlham Əliyev Ulu Öndərin adıçəkilən Fərmanının 25-ci ildönümündə – 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasına gələrək ermənilərin son 200 ildə Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə və tarixi ədalətsizliklərə siyasi qiymət verərək soydaşlarımızın tarixi torpaqlarına qayıdışının anonsunu verərək bildirdi ki, "hər şey tarixi ədalətə və beynəlxalq hüquqa uyğun həll olunmalıdır".

“Son 200 ildə dəfələrlə etnik təmizləmə, deportasiya və soyqırımlarına məruz qalan, 10 minlərlə şəhid verən bu insanlar hər dəfə də qayıdıb öz ata-baba torpaqlarını yurd ediblər, yaşayıblar. Yenə də qayıdacaqlar, yenə də yaşayacaqlar. Dinc yolla, öz avtomobilləri ilə qayıdacaqlar.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın sülh çağırışları artıq beynəlxalq güclər tərəfindən də dəstəklənməkdədir. Bunu Vaşinqton görüşü bir daha təsdiq etdi. Ümid edirik ki, Ermənistan rəhbərliyi və erməni ictimaiyyəti də dövlətimizin başçısının bölgəyə gətirmək istədiyi sülhün davamlı və dayanıqlı olması üçün iki xalq arasındakı birgəyaşayışın vacibliyini lazımınca dəyərləndirəcək və biz Qərbi Azərbaycan qaçqınları sülh yolu ilə və tamhüquqlu vətəndaş olaraq öz evlərimizə qayıda biləcəyik", - deyə Ə.Ələkbərli bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan ilə Türkiyə arasında ekologiya sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib  

20:10
23 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:08
23 Dekabr

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən  

20:05
23 Dekabr

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib  

20:04
23 Dekabr

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan özünəməxsus yeri ilə seçilir  

20:03
23 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:02
23 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçdən  

20:02
23 Dekabr

“SOCAR Türkiyə” “GAMA Enerji”nin Həmdövrəli buxar-qaz turbin tipli elektrik stansiyasını satın alıb  

20:01
23 Dekabr

23 dekabr - Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyasına dair cinayətkar qərarın imzalandığı gün  

20:00
23 Dekabr

Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb  

19:59
23 Dekabr

Milli Məclisin plenar iclasında 11 məsələ müzakirə edilib YENİLƏNİB  

19:57
23 Dekabr

Nazir Ceyhun Bayramov UNESCO-nun Baş katibi ilə telefonla danışıb  

19:56
23 Dekabr

Bahar Muradova: İran və Mərakeşlə əməkdaşlıq üçün razılaşmalar əldə olunub  

19:54
23 Dekabr

Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib YENİLƏNİB  

19:50
23 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub  

19:48
23 Dekabr

İordaniyanın Kralı II Abdullahdan  

19:40
23 Dekabr

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi ölkəmizlə əməkdaşlıqdan məmnun olduğunu ifadə edib  

18:14
23 Dekabr

Azərbaycanda energetika sahəsində yeni dövlət standartları qəbul edilib  

18:07
23 Dekabr

Aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə ifşa edilib  

18:03
23 Dekabr

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini qoyub YENİLƏNİB  

17:53
23 Dekabr

Prezident İlham Əliyev Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib YENİLƏNİB  

17:51
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!