10 Avqust 2024 08:20
654
CƏMİYYƏT
A- A+
2036 ailə doğma yurduna qovuşub

2036 ailə doğma yurduna qovuşub

 

Şuşa, Füzuli, Zəngilan, Tərtər, Laçın və Xocalıdan sonra gələn ay Cəbrayıla da köç karvanı yollanacaq

 

Cəmi dördillik qısa zaman ərzində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən  nəhəng tikinti-quruculuq işlərinin miqyası onu deməyə əsas verir ki, milli çağırışlarımızdan olan Böyük qayıdış əzm və qətiyyətlə gerçəkləşdirilir. 
Azərbaycan dövlətinin azad edilən ərazilərdə gördüyü kompleks işlərin mühüm nəticəsidir ki, 30 il ərzində düşmən tapdağında qalan, darmadağın edilən səkkiz şəhər və kəndimizdə  artıq həyat yenidən qaynamağa başlayıb. Şuşa, Laçın, Füzuli, Xocalı şəhərlərinin, eləcə də  Tərtərin Talış, Zəngilanın Ağalı, Laçının Zabux və Sus kəndlərinin sakinləri qayıdış köçləri ilə doğma yurdlarına dönərək isti od-ocaqlarına qovuşublar. 

 

34 min 500 ailə yurduna dönəcək

 

2026-cı il, Böyük qayıdışın birinci mərhələsi bitənə qədər Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin - 34 min 500 ailənin doğma yurdlarında daimi məskunlaşması təmin ediləcək. 
Buna görədir ki, həmin ərazilərdə dünyada misli bərabərinə rastlanmayan şəkildə bərpa və quruculuq işləri aparılır, Böyük qayıdışa mühüm hazırlıq işləri görülür. 
O yerlərə səfər edən vətəndaşlarımız da, əcnəbi qonaqlar da azad torpaqlarımızda gerçəkləşdirilən işləri böyük heyrətlə seyr edirlər. Onlar nəhəng körpülərin, tunellərin salınmasından, minlərlə kilometr uzunluqda yolların tikintisindən, beynəlxalq hava limanlarının inşasından, müasir binaların ucaldılmasından tutmuş tarixi, dini, mədəni abidələrimizin müvəffəqiyyətlə bərpasına qədər görülən hərtərəfli işlərin Böyük qayıdışı günbəgün sürətləndirdiyinə şahidlik edirlər. Cənubi Qafqazda ilk dəfə məhz Azərbaycanda, özü də Qarabağ və Şərqi Zəngəzur ərazisində "ağıllı kənd" və "ağıllı şəhər"lərin qurulmasının özü isə bir başqa qürurverici məqamdır. 

 

8 minə yaxın insanın qayıdış sevinci

 

2022-ci il iyulun 19-da Zəngilanın yenidən qurulmuş "ağıllı kənd"i - Ağalının sakinlərinin qayıdışı ilə start verilən Böyük qayıdış sürətlə davam edir. Ötən müddətdə 2023-cü ilin mart ayında Tərtərin Talış kəndinə, may ayında Laçın şəhərinə, avqust ayında Füzuli şəhərinə və Laçın rayonunun yenidən salınan Zabux kəndinə köç həyata keçirilib. Ötən il ərzində fərqli tarixlərdə bu ərazilərə xeyli köç həyata keçirilib. 2024-cü ildə də Qarabağ və Şərqi Zəngəzura qayıdış davam edir. Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərinə, Laçının Zabux, Sus  kəndlərinə 33 köçlə 846 ailə - 3196 nəfər dönüb. 
Ümumilikdə, Böyük qayıdış prosesində 2036 ailə - 7901 nəfər dədə-baba yurduna qayıdıb. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 552 ailə (2031 nəfər) Laçın şəhərində, 822 ailə (3132 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 147 ailə (570 nəfər) Şuşa şəhərində, 44 ailə (169 nəfər) Xocalı şəhərində məskunlaşıb.

 

Xoşbəxtlik elə budur

 

Gələn ay isə Cəbrayıla köç olacağı gözlənilir. Eyni zamanda bu ilin sonlarında Kəlbəcərə və Xankəndiyə də qayıdış planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda gecə-gündüz aparılan böyük quruculuq işləri sakinlərinə qovuşan yurdlarımızın siyahısına çox tezliklə digər şəhərlərimizin, qəsəbələrimizin, kəndlərimizin də qoşulacağını deməyə əsas verir. 
Bütün bunlar qısa vaxtda gözlərimizin qarşısında gerçəyə çevrilən möcüzələrdir.
Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru cənnətməkana çevirir, ruhu belə öldürülmüş şəhər və kəndlərimizi yenidən dirçəldir. Onilliklər boyu vətəndə qəribçilik çəkən insanlarımız sevinc göz yaşları içərisində yurdlarına qayıdır,  nəhayət ki, dədə-baba torpaqlarımızdan doğma hənir gəlir. Və bütün bunlar həm də bütövlükdə xalqımız üçün xoşbəxtliyin özü deməkdir. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!