12 Yanvar 2024 09:44
1319
İQTİSADİYYAT
A- A+
2027-ci ildə Transxəzər Dəhlizi ilə yükdaşımaların həcmi 10 milyon tona çatacaq

2027-ci ildə Transxəzər Dəhlizi ilə yükdaşımaların həcmi 10 milyon tona çatacaq

 

Cari ildə Qazaxıstan hökuməti ölkənin şərq regionları ilə Xəzər dənizi sahilindəki Aktau və Kurık limanlar arasında nəqliyyat əlaqəsi yaratmaq məqsədilə avtomobil yolunun tikintisinə başlayacaq.

AZƏRTAC xəbər verir ki, 515 kilometrlik Şalkər-Beyinə magistral yolu 1 il müddətində tikilib istismara veriləcək və 2027-ci ilə kimi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) ilə yükdaşımaların həcmini 10 milyon tona çatdıracaq. Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin öz ərazisindən keçən hissəsində yenidənqurma işləri görüb. Bunun nəticəsidir ki, ötən 2023-cü ildə Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə Azərbaycan üzərindən tranzit olaraq 2,5 ton yük daşıyıb. Bu da 2022-ci illə müqayisədə 107 faiz artım deməkdir.

Çinin sərhədlərinə qədər uzanan Şalkər-Beyinə magistral yolu Qazaxıstanın tranzit yükdaşımalarda fəal iştirakını təmin edəcək. Dünya iqtisadiyyatında böyük rola malik olan Çinin həcmi artıq trilyon dollarla çatan ixrac potensialı var. Çin ixracatının 10 faizini Orta Dəhliz vasitəsi ilə həyata keçirsə, tranzit ölkələr, o cümlədən Azərbaycan ildə 2,5, 3 milyard dollar tranzit gəlir əldə edə bilər.

Multimodulyar infrastruktura malik olan Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz və Türkiyədən keçməklə Çin ilə Avropanı nəqliyyat baxımından əlaqələndirir. Xəzər ilə Qara dənizi birləşdirir. Bu dəhliz Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsini, yükaşırma imkanlarını artıracaq. Digər nəqliyyat marşrutlarından fərqli olaraq Orta Dəhliz ilə yüklər Avropadan Asiyaya və əks istiqamətə 1 ay deyil, 25 gün ərzində çatdırılır ki, bu da qlobal iqtisadiyyatda ən mühüm amil hesab olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÜST-5 Rifah İndeksinin Azərbaycan versiyası Ümumdünya Səhiyyə Təşkilatının saytında yerləşdirilib

22:01
06 Noyabr

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

21:09
06 Noyabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb  

20:59
06 Noyabr

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib  

20:51
06 Noyabr

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib  

20:50
06 Noyabr

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər  

20:42
06 Noyabr

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən  

20:33
06 Noyabr

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər  

20:29
06 Noyabr

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən  

20:29
06 Noyabr

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan  

20:23
06 Noyabr

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən  

20:19
06 Noyabr

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib  

19:58
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3

19:39
06 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

19:37
06 Noyabr

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb

19:18
06 Noyabr

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

18:59
06 Noyabr

Qarğıdalı genləri düyünün məhsuldarlığını onlarla faiz artıra bilər  

18:58
06 Noyabr

Kaliforniya qubernatoru 548 məhkumun cəzasını ömürlük həbslə əvəz edib

18:46
06 Noyabr

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

18:36
06 Noyabr

İnternetə yeni qoşulanları kiberfırıldaqçılardan necə qorumaq olar?

18:34
06 Noyabr

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı

18:32
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!