22 Yanvar 2025 03:12
906
MSK
A- A+
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI


Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) tələblərinə əsasən seçkilərin hazırlanıb keçirilməsində ən mühüm meyarlardan biri də prosesin bütün mərhələlərinin ictimaiyyət üçün şəffaf olmasıdır.

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin qanunvericiliyin tələbləri və müasir standartlara cavab verən səviyyədə hazırlanıb keçirilməsi üçün bir sıra addımlar atılmış, seçki prosesinin iştirakçılarına qanunvericilikdə ehtiva olunan hüquqlarının icrası üçün hərtərəfli şərait və geniş imkanlar yaradılmışdır. Çoxsaylı müşahidəçilər, o cümlədən media subyektlərinin nümayəndələri və müxtəlif aşkarlıq institutları da seçki kampaniyasında azad və sərbəst şəkildə iştirak edirlər.

Seçkilərdə müxtəlif metod və vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərinin də səmərəli tətbiqi ilə seçki prosesinin bir çox mərhələlərində, o cümlədən səsvermə günü şəffaflığın daha geniş təminatı üçün şərait yaradılır.

Qanunvericilikdə nəzərdə tutulan müxtəlif imkanlarla bərabər, seçki günü internet üzərindən veb-kameralar vasitəsilə də seçki məntəqələrindəki proseslərin gedişinin canlı görüntüləri hər kəs üçün açıq platformada yerləşdirilir. Bu vasitə ilə internet istifadəçiləri də seçki məntəqələrindəki prosesləri heç bir qeydiyyat tələbi olmadan rəqəmsal qurğular üzərindən bütünlüklə, fasiləsiz real vaxt rejimində, dolğun və əhatəli izləmək imkanına malik olurlar.

Veb-kameralardan istifadə təcrübəsi 2008-ci ildən etibarən Azərbaycanda keçirilən seçki və referendumlarda müvəffəqiyyətlə tətbiq olunur. Bu layihə çərçivəsində 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar seçki günü seçki məntəqələri fəaliyyətə başladığı vaxtdan, səsvermə prosesi, məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki sənədləri ilə işin aparılması, səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənləşdirilərək rəsmiləşdirilməsi də daxil olmaqla, bütün prosedurların asanlıqla müşahidəsinə, aşkarlığın və şəffaflığın ən yüksək səviyyədə təmin olunmasına imkan yaradır.

Aşkarlığın təmin edilməsinə yönəlmiş bu layihənin yaratdığı imkanlardan bəhrələnməklə ictimaiyyətin seçki günü səsvermənin gedişini veb-kameralar üzərindən də müşahidəsinin təmin olunması və bu prosesin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) özündə ümumi qaydaları ehtiva edən “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları”nı qəbul etmişdir.

Seçki günü proseslərində şəffaflığın daha da artırılmasına verdiyi töhfə və əldə olunmuş müsbət təcrübəni nəzərə alaraq, 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində də sözügedən layihənin tətbiqi məqsədəmüvafiqdir. Keyfiyyətli və fasiləsiz yayım üçün zəruri olan texniki və digər şərtlər nəzərə alınmaqla, respublikada bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə 1000 (bir min) seçki məntəqəsində veb-kameralar quraşdırılmalı və həmin seçki məntəqələrinin siyahısı dərc olunmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.16-cı, 28.2-ci, 28.4-cü, 40.1-ci və 110-cu maddələrinə, “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları”nın 1.1-ci və 2.2-ci bəndlərinə uyğun olaraq qərara alır:

1. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində səsvermə günü seçki məntəqələrində səsvermə prosedurları, səsvermənin yekunlarının müəyyənləşdirilməsi və nəticələrinə dair protokolun doldurulmasının əvvəldən axıradək fasiləsiz müşahidəsi məqsədilə bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsi üzrə 1000 (bir min) seçki məntəqəsində veb-kamera quraşdırılsın.

2. Veb-kameraların quraşdırılması üçün zəruri olan texniki və digər şərtlərin təmin olunması istiqamətində müvafiq tədbirlər görülərək başa çatdırılsın.

3. Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı dərc edilsin (siyahı əlavə olunur).

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.



Sədr    Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatı

19:28
29 Aprel

ABŞ Prezidenti neft maqnatları ilə görüşdü: Hörmüz və OPEC gərginliyi

19:26
29 Aprel

Belarus və Rusiya Çernobıl qəzasının fəsadlarına qarşı proqram hazırlayır

19:26
29 Aprel

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına işgüzar səfəri başa çatıb

19:25
29 Aprel

Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır

19:22
29 Aprel

İlon Mask süni intellektlə bağlı xəbərdarlıq edib

19:16
29 Aprel

Martda ölkədaxili nağdsız ödənişlər 46 faiz artıb 

19:13
29 Aprel

“Google Home” yeniliklər təqdim edib  

19:04
29 Aprel

Enerji təhlükəsizliyində Norveç modeli

18:52
29 Aprel

Qırğızıstan Afrika İttifaqında müşahidəçi statusu alıb

18:43
29 Aprel

Avropa ötən il rekord temperatur və meşə yanğınları ilə mübarizə aparıb

18:34
29 Aprel

Cənubi Çin dənizində gərginlik

18:26
29 Aprel

Aİ rəsmisindən enerji təhlükəsizliyi ilə bağlı xəbərdarlıq  

18:18
29 Aprel

ABŞ-də Trampın şəkli olan xüsusi pasportlar hazırlanacaq  

18:01
29 Aprel

Nigeriyada qızılca epidemiyası 15 uşağın həyatına son qoyub

17:41
29 Aprel

Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

17:31
29 Aprel

Monteneqro ombudsmanı: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

17:23
29 Aprel

III Çarlzın ABŞ-yə səfəri: Ağ Evdə qəbul və Kralın Konqresdəki tarixi çıxışı

17:12
29 Aprel

Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində  

17:10
29 Aprel

“Yüksəliş” müsabiqəsinin qaliblərinə həssas qruplara göstərilən sosial xidmətlər barədə məlumat verilib  

16:39
29 Aprel

LNG qiymətləri artmağa davam edir

16:39
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!