Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Qərar № 40/202
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 22 saylı Nəsimi - Yasamal seçki dairəsi üzrə Respublikaçı Alternativ (Real) Partiyasından qeydə alınmış namizəd Məmmədov İlqar Eldar oğlu 2024-cü il sentyabrın 8-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, seçki günü adıçəkilən seçki dairəsinin bəzi seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia etmiş, dairə seçki komissiyasının 6 sentyabr 2024-cü il tarixli 19/50 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsi və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun və Respublikaçı Alternativ (Real) Partiyasının səlahiyyətli nümayəndəsi Fizuli Behqaninin araşdırmada, namizədin isə komissiyanın iclasında iştirakı təmin olunmuşdur.
Namizəd İ.E.Məmmədov səsvermə günü seçki məntəqələrində müşahidəçilərə maneələr yaradıldığını, seçki qutularına birdən artıq bülleten atıldığını, səsvermənin nəticələrinə dair tərtib edilmiş protokolların nüsxəsi tələb edilsə də onlara təqdim edilmədiyini, məntəqə seçki komissiyası sədrlərinin protokolların nüsxələrini təqdim etmədən məntəqəni tərk etdiklərini, dairə seçki komissiyası üzvlərinin lider namizədin xeyrinə aşağı seçki komissiyalarına təsir etməsini və digər qanun pozuntuları olduğunu iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılmasını, həmçinin dairə seçki komissiyasına eyni məzmunlu müraciəti ilə bağlı həmin seçki komissiyası tərəfindən qəbul olunmuş qərarın ləğv edilməsini xahiş etmişdir. O, müraciətinə bir ədəd elektron informasiya daşıyıcısı əlavə etmiş, araşdırma prosesinin gedişində isə 2 və 21 saylı seçki məntəqəsinə aid video görüntü barədə məlumat vermişdir.
Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, səsvermə günü 22 saylı Nəsimi - Yasamal seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları təsdiqini tapmamış, səsvermənin keçirilməsi və nəticələrin müəyyənləşdirilməsi zamanı seçicilərin iradəsini sərbəst şəkildə ifadə etməyə imkan verməyən qanun pozuntuları aşkar edilməmişdir.
Araşdırma zamanı dairə seçki komissiyasından mübahisələndirilən qərarın çıxarılması üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Araşdırma ilə əlaqədar qeydə alınmış digər namizədlərdən, seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış müxtəlif namizədləri təmsil edən müşahidəçilərdən, komissiya üzvlərindən izahatlar alınmışdır.
Müraciətin hərtərəfli və qərəzsiz araşdırılması məqsədilə səsvermə günü sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə, həmçinin müraciətə əlavə edilmiş bir ədəd elektron məlumat daşıyıcısına, seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollara baxış keçirilmiş, seçki subyektlərindən alınmış seçki sənədləri tədqiq edilərək müəyyən edilmişdir ki, səsvermə günü 22 saylı Nəsimi - Yasamal seçki dairəsinin 2, 14 və 20 saylı seçki məntəqələri istisna olmaqla, mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkar edilməmişdir. Bu baxımdan dairə seçki komissiyası müvafiq qərarında əsasən düzgün nəticəyə gəlsə də, göstərilən seçki məntəqələrinə münasibətdə düzgün nəticəyə gəlməmişdir.
Belə ki, sosial şəbəkələrdə yayımlanan görüntülərə və təqdim olunmuş videomateriallara baxış keçirilərkən, eləcə də alınmış izahatların və digər seçki materiallarının təhlili nəticəsində 2, 14 və 20 saylı seçki məntəqələrində səslərin hesablanması zamanı bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək qanun pozuntuları aşkar edilmişdir. Müəyyən edilmiş qanun pozuntuları seçki qanunvericiliyinin tələblərinə görə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal kimi qiymətləndirildiyindən qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.
Buna görə də 22 saylı Nəsimi - Yasamal seçki dairəsinin 2, 14 və 20 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.
Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:
- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;
- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.
Aparilan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 22 saylı Nəsimi - Yasamal seçki dairəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilən seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etmir.
Beləliklə, 22 saylı Nəsimi - Yasamal seçki dairəsindən qeydə alınmış namizəd İ.E.Məmmədovun müraciəti qismən təmin edilməli, həmin seçki dairəsinin 2, 14 və 20 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 22 saylı Nəsimi - Yasamal seçki dairəsi üzrə qeydə alınmş namizəd Məmmədov İlqar Eldar oğlunun 8 sentyabr 2024-cü il tarixli 64 saylı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 2, 14 və 20 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. 22 saylı Nəsimi - Yasamal seçki dairəsi dairə seçki komissiyasının 6 sentyabr 2024-cü il tarixli 19/50 saylı qərarı 2, 14 və 20 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
11.09.2024
Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir - AÇIQLAMA
Marburq qızdırmasından 13 nəfər öldü
İtaliyada dəmiryolçuların tətili başlayır
Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var
100 il əvvəl itkin düşmüş alpinistdən xəbər var
Maykl Jordanın əşyaları hərraca çıxarılır
Şəkər beyin sağlamlığı üçün yağlardan daha təhlükəlidir
Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium keçirilir
Şimali Koreyadan Rusiyaya əsgər göndərilir
Nazir: Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, peşəkar kadr hazırlığı başlıca məqsədimizdir
Tramp o şəxslərə ölüm cəzası istədi
Süni zəka modelləri Yerə ciddi zərər vura bilər
Bu ilin doqquz ayında 36,4 min şəxsə əlillik təyin olunub
ABŞ səfirliyindən xəbərdarlıq: Məscidlərdən uzaq durun
“Whatsapp”ın yeni funksiyası
Azərbaycan neftinin bahalaşması davam edir
İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə
“Boeing” işçilərini ixtisar edir
BMT Ümumdünya Köçəri Quşlar Günündə həyəcan təbili çalır
Ötən gün 48 cinayətin üstü açılıb
Dünya birjalarında neft ucuzlaşıb
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!