10 Dekabr 2024 08:55
2006
Səhiyyə
A- A+
Ürəyin də "beyni" var

Ürəyin də "beyni" var


İnsan orqanizminin ən əhəmiyyətli orqanlarından biri olan ürək bədənimiz formalaşarkən ana bətnində fəaliyyətə başlayır. İnsan bəzi orqanlarsız yaşaya bilər, amma  ürəksiz yox.

Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ortayaşlı insanın ürəyi bir dəqiqədə 72 dəfə, bir gündə 100 min dəfə və bir ildə isə 36,5 milyon dəfə döyünür. Mütəxəssislər bildirirlər ki, qadın ürəyi daha sürətli, bir dəqiqədə 79 dəfə, kişi ürəyi isə 70 dəfə döyünür. Elektrik impulsları istehsal edən ürək hətta bədəndən ayrıldığı zaman da işini davam etdirə bilir.

Uzun müddətdir ki, ürəyin yalnız beyindən gələn siqnalları ötürən avtonom sinir sistemi tərəfindən idarə edildiyi düşünülürdü. Ürəyin neyron şəbəkəsinin ürək divarının səthi təbəqələrinə yerləşdirilib, beyindən gələn siqnalları ötürən sadə bir quruluşa malik olduğu bilinirdi. Son araşdırmalar ürəyin bundan daha inkişaf etmiş bir funksiyaya sahib olduğunu ortaya qoyub.

İsveçin Karolinska İnstitutu və Kolumbiya Universitetinin baş tədqiqatçısı Konstantinos Ampatzis tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, ürəyin öz ritmini idarə edən sinir sistemi var. O bildirib ki, bu "kiçik beyin" beynin hərəkət və tənəffüs kimi ritmik funksiyaları tənzimlədiyi kimi, ürək döyüntüsünün saxlanmasında və idarə olunmasında mühüm rola malikdir: "Ürəyin daxilindəki sinir sisteminin nə qədər mürəkkəb olduğunu görəndə təəccübləndik. Bu sistemin daha yaxşı başa düşülməsi ürək xəstəlikləri ilə bağlı yeni perspektivlərə səbəb ola bilər və aritmiya kimi xəstəliklər üçün yeni müalicə üsullarını inkişaf etdirməyə kömək edə bilər", - deyə Konstantinos Ampatzis bildirib.

Tədqiqat insanın ürək döyüntüsü və ümumi ürək funksiyası ilə güclü oxşarlıqlar nümayiş etdirən zebra balığı üzərində aparılıb. Təkhüceyrəli RNT ardıcıllığı, anatomik tədqiqatlar və elektrofizioloji üsullar kimi metodların kombinasiyasından istifadə edərək tədqiqatçılar ürəkdəki neyronların tərkibini, təşkilini və funksiyasının xəritəsini tərtib ediblər. Türkiyəli professor Okay Abacı araşdırmanın nəticələri ilə bağlı deyib ki, ürəyin sinir sistemi onun döyüntüsünü tənzimləyən və harmonik daralmasını təmin edən elektrik şəbəkəsindən ibarətdir. Bu şəbəkəyə sinus düyünü, atrioventrikulyar düyün (AV nodu) və His dəstəsi daxildir. Ürək ritminə nəzarət edən bu neyron şəbəkə onun fəaliyyətini tənzimləməklə yanaşı, bədənin digər orqanları ilə də ahəngdar işləməsini təmin edir.

Ürək-damar xəstəlikləri bütün dünyada ən çox qeydə alınan ölüm səbəbi olmaqla dövrün ən böyük sağlamlıq problemlərindən birinə çevrilib. Dünyada hər 15 saniyədə bir insan infarktdan dünyasını dəyişir. Mütəxəssislər bu kimi innovativ tədqiqatların ürək xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayırlar.

Bu araşdırmanın ürək xəstəlikləri və ritm pozğunluqları kimi sağlamlıq problemlərinin müalicəsində yeni strategiyaların hazırlanmasına imkan yaradacağını söyləyən professor Okay Abacı  ürək sağlamlığında yeni eranın başladığını deyir. Ürəyin sinir sistemi ilə bağlı bu kəşf mövcud müalicə üsullarını təkmilləşdirməklə yanaşı, həm də ürək sağlamlığı sahəsində yeni müalicə perspektivlərini aşkar etməyə kömək edəcək.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin sədri İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasının üzvləri ilə görüşüb

10:37
22 Yanvar

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

10:21
22 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

09:55
22 Yanvar

Azərbaycanın iki universiteti “Times Higher Education” fənn reytinqində yer alıb

09:49
22 Yanvar

Azərbaycan nefti ucuzlaşıb

09:43
22 Yanvar

Putin Si Cinpinə Ukraynada uzunmüddətli sülhə ehtiyac olduğunu bildirib  

09:35
22 Yanvar

Olaf Şolts: Beynəlxalq nizamın fundamental prinsiplərini qorumaq üçün əlimizdən gələni etməliyik  

09:34
22 Yanvar

Dünya İqtisadi Forumu: Böyük Britaniya investisiyalar üçün ikinci ən cəlbedici ölkədir

09:32
22 Yanvar

Peruda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib

09:27
22 Yanvar

İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib

09:26
22 Yanvar

Paris Olimpiya kəndinindən narazılıqlar artır

09:18
22 Yanvar

AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb

08:45
22 Yanvar

Fransanın növbəti utancı

08:40
22 Yanvar

Paşinyan repressiya maşınını işə salıb

08:35
22 Yanvar

Sərkərdə qüdrəti

08:30
22 Yanvar

Xalqımız şəhidlərimizi daim hörmət və ehtiramla anır

08:25
22 Yanvar

"Budəfəki seçkilərdə siyasi partiyalar daha fəaldırlar"

08:20
22 Yanvar

Davosa güclülər, dəyər verilən liderlər dəvət edilir

08:15
22 Yanvar

Azərbaycan Davosda bu dəfə də diqqət mərkəzindədir

08:10
22 Yanvar

Donald Tramp yeni hədəfləri açıqladı

08:05
22 Yanvar

Tarixin sınağından çıxmış strateji münasibətlər

08:00
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!