30 Noyabr 2024 08:40
82
İQTİSADİYYAT
A- A+
Təhsil və mədəniyyətin inkişafına dövlət qayğısının təzahürü

Təhsil və mədəniyyətin inkişafına dövlət qayğısının təzahürü


Xalqın tərəqqisinə, uğurlu gələcəyinə yol açan təhsilin inkişafı, milli-mənəvi dəyərlərin qorunması və təbliği Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir. 

Son illər ölkəmizdə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə yüksəldilib. Respublikamızın bütün bölgələrində müasir tələblərə uyğun minlərlə yeni məktəb binası tikilib və ya təmir edilib. Geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Bu sahədə əhəmiyyətli layihələr icra olunur, dövlət proqramları həyata keçirilir. Görülən işlər Azərbaycanın gələcək uğurlarını təmin edəcək, ölkəmizin adını yeni zirvələrə ucaldacaq bu günün şagirdlərinin daha yaxşı təhsil almalarına, savadlı olmalarına şərait yaradır. 

Azərbaycanda mədəniyyət və incəsənətə dövlət qayğısı da yüksələn xətlə davam edir. Bu sahənin inkaşafı üçün də Prezident İlham Əliyev tərəfindən çoxsaylı fərman və sərəncam imzalanıb, bir sıra islahatlar həyata keçirilir. Dövlət başçısının sərəncamına əsasən, mədəniyyət ocaqlarının yubileyləri təntənə ilə qeyd olunur.

Görkəmli sənət adamlarının yubileyləri həmçinin Azərbaycan Prezidentinin fərdi təqaüdünün və mükafatlarının verilməsi haqqında sərəncamları dövlətimizin başçının mədəniyyətimizə, sənət adamlarımıza göstərdiyi diqqət və qayğının nümunəsidir. Prezident İlham Əliyev vurğulayıb: "Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz tarixi keçmişimizdir - biz bu sahələrə böyük diqqət göstərməliyik".  

Dövlətimizin digər sahələr kimi təhsilin, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğının daha bir göstəricisi Milli Məclisdə birinci oxunuşda qəbul edilən "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsidi. Belə ki, gələn il təhsil, mədəniyyət sahələrinə ayrılan xərclər artırılacaq.

Diqqətə çatdıraq ki, növbəti ilin dövlət büdcəsi layihəsində təhsil xərclərinə 4946,1 milyon manat ayrılması proqnozlaşdırılır. Bu, 2024-cü illə müqayisədə 395,7 milyon manat və ya 8,7 faiz çoxdur. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, əlil olmuş şəxslərin və keçmiş məcburi köçkünlərin övladları olan tələbələrin, müharibə veteranlarının ali təhsil xərclərinin dövlət hesabına ödənilməsi üçün 41 milyon manat vəsait ayrılacaq.

2025-ci ildə mədəniyyət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti üzrə ayrılan vəsait cari illə müqayisədə 10,4 faiz artırılaraq 635,0 milyon manat təşkil edəcək.

Son illərin davamlı uğurları sayəsində dünyada nüfuzu yüksələn Azərbaycan yeni hədəflər müəyyənləşdirir və onlara doğru qətiyyətlə irəliləyir. Vətən müharibəsində qazandığımız Zəfər bu illərin ən böyük tarixi hadisəsi oldu. Müharibədən üç il sonra - 2023-cü ildə aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda separatizmin kökü kəsildi. Azərbaycan öz suverenliyini tam bərpa etdi.

Qalibiyyətlə qürur duymaq da, öyünmək də olar. Ancaq ləngimək olmaz. Çünki əldə olunmuş nailiyyətləri qoruyub saxlamağın yolu yeni uğurlara imza atmaqdır. Azərbaycan məhz bu yolu tutub.

Azərbaycan Ordusu qəsbkar Ermənistan silahlı qüvvələrini məğlub edərək otuz ilə yaxın işğal altında qalan ərazilərimizi azad etdi. Təəssüf ki, işğalçılar həmin abad yerləri xarabalığa çevirmişdilər. İndi Azərbaycan o torpaqlara Böyük qayıdış proqramı həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri postmüharibə dövrünün əsas prioritetlərindəndir. Erməni vandallarının dağıtdıqları, yerlə yeksan etdikləri kəndlərimizi, qəsəbələrimizi, rayonlarımızı, şəhərlərimizi dövlətimiz yenidən qurur. Qarabağın və Şərqi Zəngəzurun əhalisi uzun illərdən sonra doğma yurdlarına qayıdırlar.

Geniş və sürətli tikinti-bərpa, quruculuq işləri həyata keçirilən həmin ərazilərdə yeni təhsil və mədəniyyət ocaqları inşa olunur. Sevindirici haldır ki, dövlətimizin böyük diqqət və qayğısı ilə təhsil, mədəniyyət və incəsənət sahələrində həyata keçirdiyi yeniliklərin, uğurlu layihələrin reallaşdırıldığı ünvanlar sırasında indi Qarabağ və Şərqi Zəngəzur da var.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ankarada keçirilən 21-ci Kitab Sərgisinin fəxri qonağıdır

09:43
30 Noyabr

“Diplomatic World Sweden” saytında COP29 haqqında məqalə dərc olunub  

09:41
30 Noyabr

Britaniyalı şəxs 177 milyon funt sterlinqlik cekpot qazanıb  

09:40
30 Noyabr

Öncü Keçeli: Suriyada sabitliyin qorunması Türkiyənin prioritetlərindəndir  

09:39
30 Noyabr

Avropa İttifaqı Şurasının yeni Prezidenti vəzifələrinin icrasına başlayıb  

09:38
30 Noyabr

Antalyada zəlzələ olub

09:37
30 Noyabr

Fərid Şəfiyev: COP29-da yeni iqlim maliyyəsi mexanizmlərinin yaradılması vacib nailiyyətdir  

09:36
30 Noyabr

Fransa borc burulğanında batır

09:20
30 Noyabr

Gəncə idmançıları ilə də fəxr edir

09:15
30 Noyabr

"Dünyanı dərk etməkdə bizə kömək edən həm də ədəbiyyatdır"

09:10
30 Noyabr

Şəmkirin bağlarından 43,5 min ton xurma yığılıb

09:05
30 Noyabr

171 ölkə ilə ticarət, 4,8 milyard dollarlıq müsbət saldo

09:00
30 Noyabr

Aqrar Biznes Festivalının növbəti ünvanı Lerik olub

08:55
30 Noyabr

Masallıda əmək yarmarkası keçirilib

08:50
30 Noyabr

Azərbaycanda əhalinin elə təbəqəsi yoxdur ki, dövlətin sosial tədbirlərindən kənarda qalsın

08:45
30 Noyabr

Təhsil və mədəniyyətin inkişafına dövlət qayğısının təzahürü

08:40
30 Noyabr

Ermənistan silahlanmanı dayandırmasa...

08:35
30 Noyabr

COP29-un qərarları Paris İqlim Sazişinin tam icrasını təmin edəcək

08:30
30 Noyabr

COP29 təkcə qlobal iqlim tədbiri deyildi

08:25
30 Noyabr

İqtisadi inkişaf sosial məqsədlərə xidmət edir

08:20
30 Noyabr

Cəbrayıl növbəti sakinlərinə qovuşdu

08:15
30 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!