30 Noyabr 2024 08:45
83
İQTİSADİYYAT
A- A+
Azərbaycanda əhalinin elə təbəqəsi yoxdur ki, dövlətin sosial tədbirlərindən kənarda qalsın

Azərbaycanda əhalinin elə təbəqəsi yoxdur ki, dövlətin sosial tədbirlərindən kənarda qalsın


Azərbaycanda əhalinin etibarlı sosial müdafiəsini təşkil etmək, genişmiqyaslı sosial infrastruktur layihələrini həyata keçirmək üçün geniş imkanlar mövcuddur və bunları reallaşdırmaq məqsədilə ardıcıl tədbirlər görülür, islahatlar aparılır. Prezident İlham Əliyev bu sahədə yaranan problemlərin aradan qaldırılmasına, sosial məsələlərin yüksək səviyyədə həllinə nail olmaq üçün siyasi iradə nümayiş etdirir: "Azərbaycanda sosial sahədə vəziyyət dünyanın aparıcı ölkələrindən geri qalmamalıdır".

Ölkənin sosial sahəsinə cavabdeh olan mərkəzi icra orqanları öz fəaliyyətlərini məhz bu tələb səviyyəsində qurmağa çalışırlar. Onlar yaxşı bilirlər ki, sosial siyasətin kökündə insana qayğı, vətəndaşa diqqət, cəmiyyətə hörmət dayanır. Bu siyasəti dövlət institutları həyata keçirsə də, onun ümumi kursunu və məzmununu dövlət başçısı müəyyən edir. Ona görə də Prezident İlham Əliyev sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirir. Şəhid ailə üzvləri və qazilər, aztəminatlı ailələr, fiziki sağlamlığı məhdud olan insanlar və digər qruplarla bağlı Prezident vaxtaşırı qərarlar qəbul edir, onların sosial təminatının yaxşılaşdırılması ilə bağlı göstərişlər verir. Faktlara müraciət edək: postmüharibə dövründə şəhid ailələri və qazilərə ünvanlanan müavinət və təqaüdlər orta hesabla 2 dəfə artıb. Onlar Vətən müharibəsindən sonra 5 min 800, ümumilikdə 14 min 600 mənzillə təmin olunublar. Həmçinin qazilərə son iki ildə 528, Birinci Qarabağ müharibəsi də nəzərə alınmaqla, ümumilikdə 7 min 700 avtomobil verilib. 490 hərbçiyə yüksək texnologiyalı protezlər, 2232 müharibə əlilinə isə 61,1 min reabilitasiya vasitəsi təqdim edilib.

Azərbaycan dövlətinin  son dövr həyata keçirdiyi sosial proqramların və bu sahəyə verdiyi önəmin nə dərəcədə əhəmiyyətli olduğu statistik rəqəmlərdə belə ifadə olunur: minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280, orta aylıq pensiya ümumi göstəricilərdə 2,4 dəfə artaraq 208 manatdan 494 manata yüksəlib. Yaşa görə orta aylıq pensiya 2,3 dəfə artırılaraq 234 manatdan 527, müavinətlərin və təqaüdlərin ümumi məbləği 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb. Ünvanlı dövlət sosial yardımı üzrə orta məbləğ isə 2,7 dəfə artırılaraq 175 manatdan 468, yaşayış minimumu 56 faiz artaraq 173 manatdan 270, ehtiyac meyarı 2,1 dəfə artaraq 130 manatdan 270 manata, xalis minimum aylıq əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbəti 2003-cü ildəki 11,7 faizdən 2018-ci ildə 26,5, bu ilin əvvəlində 41,1 faizə yüksəlib.

Xeyli dərəcədə diqqətçəkən bu statistik rəqəmlərin arxasında insan amili, vətəndaşın rifahı dayanır. Məsələn, minimum pensiyanın 2,5 dəfə artırılması xüsusilə yaşlı nəslin gündəlik dolanışığı, güzəranının yaxşılaşması deməkdir. Orta aylıq pensiyaların və müavinətlərin əhəmiyyətli dərəcədə yüksəldilməsi də yaşlı və ahıl vətəndaşlarımızın sosial problemlərinin həlli üçün atılan mühüm addımdır. Ünvanlı sosial yardımların orta məbləğinin dəfələrlə artırılması və ehtiyac meyarının yüksəldilməsi kimi tədbirlər isə əhalinin aztəminatlı təbəqəsinin yaşayış şəraitini yaxşılaşdırmaq və onları daha layiqli həyat səviyyəsinə çatdırmaq məqsədini daşıyır. Bu sadalananlar yalnız maliyyə göstəricilərini deyil, həm də dövlət-vətəndaş münasibətlərində inamın və güvənin, eləcə də sosial  bərabərliyin gücləndirilməsi yöndə əldə edilən uğurları əks etdirir. Bu da o deməkdir ki, Azərbaycan əhalisinin  rifahı sosial siyasətin prioriteti olaraq bu günün deyil, həm də gələcək illərin strategiyasını əhatə edir. 

Mütəxəssislər Azərbaycanda yeni iş yerlərinin açılmasının daimi xarakter aldığını vurğulayırlar. Bu da təsadüfi deyil. Həqiqətən ölkədə məşğulluq proqramları uğurla həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar nəticəsində bu istiqamətdə mühüm irəliləyişlər əldə edilib. Bundan əlavə, təkcə son illər 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi həyata keçirilib. Yeri gəlmişkən, qeyd edək ki, gələn il də yeni sosial paket reallaşdırılacaq. Bu sosial paketin pensiyaların indeksləşdirilməsi ilə birlikdə 3 milyon insanı əhatə etməsi gözlənilir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, Sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfi müzakirə olunan zaman deyib: "Gələn il həm minimum əməkhaqqı, həm minimum pensiyanın artırılması, eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Düşünürəm ki,  dövlət büdcəsi və icmal büdcə parlamentdə təsdiq olunduqdan sonra onun parametrləri təsdiq ediləcək".

Sosialyönlü siyasətin bütün bu sadalanan  və sadalanmayan  gələcək hədəfləri 2025-ci ilin büdcə layihəsində də geniş əks olunub. Bu günlər Milli Məclisdə müzakirə edilən 2025-ci ilin büdcə layihəsi əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq, iqtisadi dayanıqlığı təmin etmək və vətəndaşlara yönəlik siyasəti gücləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Layihədə sosial təminatdan tutmuş, məşğulluq və idarəetmə islahatlarına qədər bir çox prioritet nəzərə alınıb. Sosial təminatın gücləndirilməsi baxımından büdcədə həssas qruplara, şəhid ailələrinə və müharibə əlillərinə yönəli proqramların miqyasının daha da genişləndirilməsi planlaşdırılır. Bu, yalnız maddi dəstək tədbirləri ilə məhdudlaşmır, həm də onların yaşayış şəraitini yaxşılaşdırmağa, cəmiyyətə inteqrasiyasını artırmağa xidmət edir. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ankarada keçirilən 21-ci Kitab Sərgisinin fəxri qonağıdır

09:43
30 Noyabr

“Diplomatic World Sweden” saytında COP29 haqqında məqalə dərc olunub  

09:41
30 Noyabr

Britaniyalı şəxs 177 milyon funt sterlinqlik cekpot qazanıb  

09:40
30 Noyabr

Öncü Keçeli: Suriyada sabitliyin qorunması Türkiyənin prioritetlərindəndir  

09:39
30 Noyabr

Avropa İttifaqı Şurasının yeni Prezidenti vəzifələrinin icrasına başlayıb  

09:38
30 Noyabr

Antalyada zəlzələ olub

09:37
30 Noyabr

Fərid Şəfiyev: COP29-da yeni iqlim maliyyəsi mexanizmlərinin yaradılması vacib nailiyyətdir  

09:36
30 Noyabr

Fransa borc burulğanında batır

09:20
30 Noyabr

Gəncə idmançıları ilə də fəxr edir

09:15
30 Noyabr

"Dünyanı dərk etməkdə bizə kömək edən həm də ədəbiyyatdır"

09:10
30 Noyabr

Şəmkirin bağlarından 43,5 min ton xurma yığılıb

09:05
30 Noyabr

171 ölkə ilə ticarət, 4,8 milyard dollarlıq müsbət saldo

09:00
30 Noyabr

Aqrar Biznes Festivalının növbəti ünvanı Lerik olub

08:55
30 Noyabr

Masallıda əmək yarmarkası keçirilib

08:50
30 Noyabr

Azərbaycanda əhalinin elə təbəqəsi yoxdur ki, dövlətin sosial tədbirlərindən kənarda qalsın

08:45
30 Noyabr

Təhsil və mədəniyyətin inkişafına dövlət qayğısının təzahürü

08:40
30 Noyabr

Ermənistan silahlanmanı dayandırmasa...

08:35
30 Noyabr

COP29-un qərarları Paris İqlim Sazişinin tam icrasını təmin edəcək

08:30
30 Noyabr

COP29 təkcə qlobal iqlim tədbiri deyildi

08:25
30 Noyabr

İqtisadi inkişaf sosial məqsədlərə xidmət edir

08:20
30 Noyabr

Cəbrayıl növbəti sakinlərinə qovuşdu

08:15
30 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!