29 Noyabr 2024 21:30
416
İQTİSADİYYAT
A- A+
Düşənbədə SPECA üzrə tədbirlər keçirilib

Düşənbədə SPECA üzrə tədbirlər keçirilib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistanın paytaxtı Düşənbədə SPECA Rəhbər Şurasının 19-cu sessiyası, SPECA 2024 İqtisadi Forumu və SPECA Etimad Fondunun Rəhbər Komitəsinin ilk iclasında iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, SPECA Rəhbər Şurasının 19-cu sessiyasının açılışında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli SPECA üzrə məqsədlərin həyata keçirilməsində əhəmiyyətli irəliləyişin müşahidə olunduğunu qeyd edib. O bildirib ki, proqram ölkələri arasında ticarət dövriyyəsinin davamlı artımı, investisiya mühitinin yaxşılaşdırılması, nəqliyyat, enerji, kənd təsərrüfatı və texnologiya kimi əsas sektorlarda fəal əməkdaşlıq buna misaldır. Azərbaycanın SPECA ölkələri ilə ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarətin asanlaşdırılması artıma əlverişli imkanlar yaradacaq.

Diqqətə çatdırılıb ki, Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və innovativ layihələrin dəstəklənməsi istiqamətində mühüm təşəbbüslər həyata keçirilib. Bu addımlar regionda biznes fəaliyyətinin genişlənməsinə və investisiyaların artmasına töhfə verir.

Tədbirdə SPECA işçi qruplarının, həmçinin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) katibliklərinin Proqramla bağlı hesabatları dinlənilib, müzakirələr aparılıb. Tədbirdə ticarətin rəqəmsallaşdırılması, investisiyalar və digər sahələrdə regional əməkdaşlığı nəzərdə tutan “Düşənbə Bəyannaməsi” qəbul olunub.

Proqramın əhatə etdiyi regionda yaşıl inkişafa həsr olunmuş SPECA 2024 İqtisadi Forumunda SPECA-nın hazırkı sədri - Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzodanın çıxışında, UNESCAP-ın icraçı katibi Armida Salsiya Alişahbananın və UNECE-nin icraçı katibi Tatyana Molçanın videomüraciətlərində yaşıl inkişaf çağırışlarının öhdəsindən gəlmək üçün bölgədə dialoq və birgə təşəbbüslərin vacibliyi önə çəkilib. Bildirilib ki, forum yüksək səviyyəli siyasi dialoq üçün platforma rolunu oynayır.

Qeyd edilib ki, Azərbaycan enerji səmərəliliyinin artırılmasına, bərpa olunan enerji mənbələrinin inkişafına və karbon qazının azaldılmasına yönəlmiş yaşıl inkişaf strategiyasını fəal şəkildə davam etdirir və bu istiqamətdə regional əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Tədbir sessiyalarla davam edib. Müzakirələrdə vurğulanıb ki, regionda iqlim çağırışları fonunda davamlı iqtisadi artım modellərinə keçid üçün enerji transformasiyası, resursların davamlılığı və innovativ strategiyaların tətbiqi zəruridir.

SPECA Çoxtərəfli Etimad Fondunun Rəhbər Komitəsinin ilk iclasında qeyd olunub ki, açılışı COP29 çərçivəsində elan edilmiş fond iştirakçı dövlətlər arasında inkişaf proqramlarının birgə hazırlanması və həyata keçirilməsi üçün çevik və inklüziv maliyyələşdirmə mexanizmidir. Fond regionda dayanıqlı inkişafa nail olmaq üçün əməkdaşlıq platforması rolunu oynayacaq. Qurum SPECA regionunda iqtisadi əməkdaşlığın təşviqi, davamlı inkişaf və inteqrasiya üçün stimul yaradılmasına xidmət edəcək.

İclasda fondun fəaliyyətinə dair müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təhsil və mədəniyyətin inkişafına dövlət qayğısının təzahürü

08:40
30 Noyabr

Ermənistan silahlanmanı dayandırmasa...

08:35
30 Noyabr

COP29-un qərarları Paris İqlim Sazişinin tam icrasını təmin edəcək

08:30
30 Noyabr

COP29 təkcə qlobal iqlim tədbiri deyildi

08:25
30 Noyabr

İqtisadi inkişaf sosial məqsədlərə xidmət edir

08:20
30 Noyabr

Cəbrayıl növbəti sakinlərinə qovuşdu

08:15
30 Noyabr

Bir sıra qanunlara dəyişikliklər üçüncü oxunuşda təsdiq edildi

08:10
30 Noyabr

YAP Mərkəzi Aparatında görüş keçirilib

08:05
30 Noyabr

Qarabağ və Şərqi Zəngəzurun bərpası gələn il də prioritet olacaq

08:00
30 Noyabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun idarələrinə tələb olunan istilik qazanxanalarına və sistemlərinə illik texniki xidmətlərinin satın alınması məqsədilə müsabiqə elan edir

00:20
30 Noyabr

“Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı”nın təsdiq edilməsi haqqında

00:00
30 Noyabr

Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun adının verilməsi barədə

23:59
29 Noyabr

Azərbaycan güləşçisi Qazaxıstanda qızıl medal qazanıb

23:58
29 Noyabr

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Aİ səfirini dezinformasiya yaymaqda ittiham edib  

23:56
29 Noyabr

Gürcüstan DİN aksiya iştirakçılarına xəbərdarlıq edib  

23:28
29 Noyabr

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi Pakistan Beynəlxalq Hava Yollarının uçuşlarına qoyulan qadağanı ləğv edib  

21:36
29 Noyabr

Qərbi Azərbaycan İcması BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub  

21:35
29 Noyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2025-ci ilin büdcə zərfi ikinci oxunuşda müzakirə edilib  

21:33
29 Noyabr

Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib

21:32
29 Noyabr

Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edib  

21:31
29 Noyabr

Düşənbədə SPECA üzrə tədbirlər keçirilib

21:30
29 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!