30 Noyabr 2024 08:15
84
CƏMİYYƏT
A- A+
Cəbrayıl növbəti sakinlərinə qovuşdu

Cəbrayıl növbəti sakinlərinə qovuşdu


"Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək". Prezident İlham Əliyevin bu sözlərinin reallaşdığının, azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinin yalnız ölkəmizin öz gücü hesabına həyata keçirilməsinin, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasının şahidi oluruq.

Görülən işlərin nəticəsidir ki, keçmiş məcburi köçkünlərin mərhələli olaraq yurdlarına qayıtmasına başlanılıb. Doğma yurdlarına qovuşan insanların sayı günü-gündən artır. İşğaldan azad edilmiş digər şəhər və kəndlərimiz kimi, Cəbrayıl da mütəmadi olaraq qayıdış karvanlarını qarşılayır.


Daha 200 nəfər yurduna döndü


Yenidən qurulan Cəbrayıl şəhəri dünən növbəti köç karvanını qarşılayıb. Bu mərhələdə şəhərə 40 ailə - 200 nəfər qayıdıb. Uzun illərin həsrətindən sonra mərhələli olaraq dədə-baba yurdlarına qayıdan cəbrayıllıların sayı artıq 800 nəfərə çatıb.

30 ildir bu günün həsrətilə yaşayan Cəbrayıl sakini Səkinə Musayeva deyib ki, bir vaxtlar ömrünün vəfa etməyəcəyini, bu torpaqları bir də görə bilməyəcəyini düşünüb, xiffət çəkib. Amma indi başqa əhvali-ruhiyyədədir: "Şükür Allaha, torpaqlarımız geri alındı. Səbəbkarlar var olsun. Şəhidlərimizə Allah rəhmət etsin. O qədər ağır, o qədər çətin günlərimiz olub ki, dilə gətirməyə utanmışıq. Həmişə bu günü arzulamışam. Biz Cəbrayılda çox gözəl yaşayırdıq. Bundan sonrakı günlərimiz daha da gözəl olacaq. Allah kömək olsun prezidentimizə, ona ömür versin, bizə daha yaxşı günlər nəsib etsin".

Dədə-baba torpağına qovuşan keçmiş məcburi köçkün Yusif Kərimov hiss etdiyi sevinc və xoşbəxtliyi sözlə ifadə etməkdə çətinlik çəksə də deyir: "Mən Cəbrayılda anadan olmuşam. Ömrümün çoxu, uşaqlığım, gəncliyim burada keçib. Bu günü bizə nəsib edən vətən övladlarına minnətdaram. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin".


9000-dən çox insan torpağına qayıdıb


Dörd ildir ki, tarixi ədalət bərpa edilib, düşmənə lazımi dərs verilib. Bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib kimi yaşayacaq. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Qarabağı və Şərqi Zəngəzuru cənnətməkana çevirəcək.

Prezident İlham Əliyevin müvafiq göstərişləri ilə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı işlər sayəsində azadlığına qovuşmuş torpaqlarımızda əhalinin dayanıqlı məskunlaşması təmin edilir. Keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı ilə bağlı qarşıya qoyulan hədəflər uğurla gerçəkləşdirilir. 

Düşmənin viran qoyduğu şəhər və kəndlərimiz yenidən qurulduqca keçmiş məcburi köçkünlər torpaqlarına qovuşur. İndiyədək 2333 ailə - 9010 nəfər əzəli yurdlarına geri dönüb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 220 ailə (823 nəfər) Şuşa şəhərində, 46 ailə (179 nəfər) Xocalı şəhərində, 203 ailə (783 nəfər) Cəbrayıl şəhərində məskunlaşıb.

2026-cı ilin sonunda Böyük qayıdışın birinci mərhələsi bitəcək. O zamana qədər Qarabağ və Şərqi Zəngəzurda 34 min 500 ailənin təhlükəsiz məskunlaşması təmin ediləcək. Qüdrətli dövlətimiz qarşısına qoyduğu bütün məqsədlərə nail olduğu kimi, bunun da öhdəsindən layiqincə gələcək.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ankarada keçirilən 21-ci Kitab Sərgisinin fəxri qonağıdır

09:43
30 Noyabr

“Diplomatic World Sweden” saytında COP29 haqqında məqalə dərc olunub  

09:41
30 Noyabr

Britaniyalı şəxs 177 milyon funt sterlinqlik cekpot qazanıb  

09:40
30 Noyabr

Öncü Keçeli: Suriyada sabitliyin qorunması Türkiyənin prioritetlərindəndir  

09:39
30 Noyabr

Avropa İttifaqı Şurasının yeni Prezidenti vəzifələrinin icrasına başlayıb  

09:38
30 Noyabr

Antalyada zəlzələ olub

09:37
30 Noyabr

Fərid Şəfiyev: COP29-da yeni iqlim maliyyəsi mexanizmlərinin yaradılması vacib nailiyyətdir  

09:36
30 Noyabr

Fransa borc burulğanında batır

09:20
30 Noyabr

Gəncə idmançıları ilə də fəxr edir

09:15
30 Noyabr

"Dünyanı dərk etməkdə bizə kömək edən həm də ədəbiyyatdır"

09:10
30 Noyabr

Şəmkirin bağlarından 43,5 min ton xurma yığılıb

09:05
30 Noyabr

171 ölkə ilə ticarət, 4,8 milyard dollarlıq müsbət saldo

09:00
30 Noyabr

Aqrar Biznes Festivalının növbəti ünvanı Lerik olub

08:55
30 Noyabr

Masallıda əmək yarmarkası keçirilib

08:50
30 Noyabr

Azərbaycanda əhalinin elə təbəqəsi yoxdur ki, dövlətin sosial tədbirlərindən kənarda qalsın

08:45
30 Noyabr

Təhsil və mədəniyyətin inkişafına dövlət qayğısının təzahürü

08:40
30 Noyabr

Ermənistan silahlanmanı dayandırmasa...

08:35
30 Noyabr

COP29-un qərarları Paris İqlim Sazişinin tam icrasını təmin edəcək

08:30
30 Noyabr

COP29 təkcə qlobal iqlim tədbiri deyildi

08:25
30 Noyabr

İqtisadi inkişaf sosial məqsədlərə xidmət edir

08:20
30 Noyabr

Cəbrayıl növbəti sakinlərinə qovuşdu

08:15
30 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!