30 Noyabr 2024 08:30
88
SİYASƏT
A- A+
COP29-un qərarları Paris İqlim Sazişinin tam icrasını təmin edəcək

COP29-un qərarları Paris İqlim Sazişinin tam icrasını təmin edəcək


Qlobal istiləşmənin qarşısını yalnız beynəlxalq həmrəyliklə almaq mümkündür


İqlim dəyişikliyi inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrə təsir edən ümumbəşəri problemdir. Bu, qlobal temperaturun artmasına, buzlaqların əriməsinə, dəniz səviyyəsinin qalxmasına, anomal hava şəraitlərinə, bioloji müxtəlifliyin, qida və su resurslarının azalmasına səbəb olur.

Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin (NOAA) məlumatlarına əsasən, oktyabr tarix ərzində müşahidə edilmiş ikinci ən isti ay olub. Belə ki, həmin ay ortalama temperatur göstəricisi 15,32 dərəcə təşkil edib. Bu isə ötən ilin eyni ayında müşahidə edilmiş ortalama temperatur göstəricisindən yalnız 0,05 dərəcə aşağıdır.

Oktyabrda Yer səthinin 12 faizində yüksək temperatur göstəricisi müşahidə edilib. Keçən ayın temperaturu Qrenlandiya, Mərkəzi və Cənubi Afrika, Mərkəzi Asiyanın bəzi regionları və Antarktidanın şərq regionunun böyük hissəsi istisna olmaqla, quru sahənin böyük hissəsində orta temperaturdan daha yüksək olub.

Mütəxəssislər planetin istiləşməsinin əsas səbəbini insan fəaliyyəti nəticəsində atmosferə ifraz olunan istixana qazları ilə əlaqələndirirlər. NOAA-nın məlumatları sayəsində müəyyən edilib ki, 2024-cü il tarix ərzində müşahidə edilmiş ən isti ildir.

İqlim dəyişikliyinin yaratdığı fəsadların qarşısının alınması istiqamətində təcili tədbirlər görülməsə, bəşəriyyətin və Yer kürəsinin gələcəyi üçün fəlakətlər qaçılmaz olacaq. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, 3,6 milyard insan iqlim dəyişikliyinə yüksək dərəcədə həssas olan bölgələrdə yaşayır. 2030-2050-ci illər arasında qidalanma, malyariya, ishal və istilik stresi kimi iqlimlə əlaqəli amillərin hər il əlavə 250 min ölümə səbəb olacağı proqnozlaşdırılır.

Mütəxəssislər bildirirlər ki, iqlim böhranı ilə mübarizə aparmaq və onun dağıdıcı təsirlərinin qarşısını almaq üçün 2100-cü ilədək qlobal temperatur artımı 2 dərəcənin altında saxlanılmalıdır. Bu isə yalnız bir ölkənin, ayrı-ayrı fərd və ya təşkilatların əldə edə biləcəyi nailiyyət deyil. Bunun üçün beynəlxalq əməkdaşlıq, texnoloji inkişaf və sosial dəyişikliklər lazımdır. BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyaları da bu istiqamətdə böyük əhəmiyyət kəsb edir. 

2015-ci ildə Fransada keçirilən COP21-də qəbul edilmiş Paris İqlim Sazişi qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən maksimum 1,5 dərəcəyə qədər məhdudlaşdırmağı nəzərdə tutur. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında məsuliyyətin bölüşdürülməsi məsələsinə xüsusi diqqət yetirilən saziş hər bir ölkənin iqlim dəyişikliyinə töhfəsini və onu azaltmaq üçün fərqli imkanlarını nəzərə alaraq ədalətli keçidin təmin edilməsini hədəfləyir. İnkişaf etmiş ölkələr maliyyə və texnologiya sahələrində inkişaf etməkdə olan ölkələrə dəstək verməyi  öhdəlik kimi qəbul ediblər. 

Azərbaycan da iqlim dəyişikliyi ilə bağlı Paris Sazişini imzalayan dövlətlər arasındadır. Üzərinə düşən öhdəlikləri yerinə yetirən ölkəmiz iqlim dəyişikliyinin yaratdığı fəsadların aradan qaldırılması, istixana qazı emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrinin istifadəsinin artırılması və enerji səmərəliliyinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atır. COP29-un məhz Azərbaycanda keçirilməsi də bunun bariz göstəricisidir.

COP29-da qəbul edilmiş qərarlar qlobal iqlim siyasətində dönüş nöqtəsi kimi qiymətləndirilir. Emissiyaların azaldılması sahəsində atılacaq hər bir addım, xüsusilə kömür kimi yüksək karbonlu yanacaqlardan tədricən imtina edilməsi və bərpaolunan enerji mənbələrinə keçid strategiyaları həlledici rol oynayır. Mütəxəssislər, həmçinin meşələrin bərpası, dayanıqlı kənd təsərrüfatı metodlarının tətbiqi və təbiətin qorunması kimi təbii həll yollarının da vacibliyini qeyd edirlər.

Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. Bu tarixdən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Prezident İlham Əliyev ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

İqlim konfransının nəticələri dünya miqyasında iqlim dəyişikliyinə qarşı mübarizədə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. COP29-da qəbul olunan qərarlar Paris Sazişinin tam icrasına şərait yaradaraq, daha sağlam gələcək qurmağa xidmət edəcək.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ankarada keçirilən 21-ci Kitab Sərgisinin fəxri qonağıdır

09:43
30 Noyabr

“Diplomatic World Sweden” saytında COP29 haqqında məqalə dərc olunub  

09:41
30 Noyabr

Britaniyalı şəxs 177 milyon funt sterlinqlik cekpot qazanıb  

09:40
30 Noyabr

Öncü Keçeli: Suriyada sabitliyin qorunması Türkiyənin prioritetlərindəndir  

09:39
30 Noyabr

Avropa İttifaqı Şurasının yeni Prezidenti vəzifələrinin icrasına başlayıb  

09:38
30 Noyabr

Antalyada zəlzələ olub

09:37
30 Noyabr

Fərid Şəfiyev: COP29-da yeni iqlim maliyyəsi mexanizmlərinin yaradılması vacib nailiyyətdir  

09:36
30 Noyabr

Fransa borc burulğanında batır

09:20
30 Noyabr

Gəncə idmançıları ilə də fəxr edir

09:15
30 Noyabr

"Dünyanı dərk etməkdə bizə kömək edən həm də ədəbiyyatdır"

09:10
30 Noyabr

Şəmkirin bağlarından 43,5 min ton xurma yığılıb

09:05
30 Noyabr

171 ölkə ilə ticarət, 4,8 milyard dollarlıq müsbət saldo

09:00
30 Noyabr

Aqrar Biznes Festivalının növbəti ünvanı Lerik olub

08:55
30 Noyabr

Masallıda əmək yarmarkası keçirilib

08:50
30 Noyabr

Azərbaycanda əhalinin elə təbəqəsi yoxdur ki, dövlətin sosial tədbirlərindən kənarda qalsın

08:45
30 Noyabr

Təhsil və mədəniyyətin inkişafına dövlət qayğısının təzahürü

08:40
30 Noyabr

Ermənistan silahlanmanı dayandırmasa...

08:35
30 Noyabr

COP29-un qərarları Paris İqlim Sazişinin tam icrasını təmin edəcək

08:30
30 Noyabr

COP29 təkcə qlobal iqlim tədbiri deyildi

08:25
30 Noyabr

İqtisadi inkişaf sosial məqsədlərə xidmət edir

08:20
30 Noyabr

Cəbrayıl növbəti sakinlərinə qovuşdu

08:15
30 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!