19 Sentyabr 2026 09:30
479
İQTİSADİYYAT
A- A+
Sahibkarlığa yeni dəstək mexanizmləri müzakirə olunub

Sahibkarlığa yeni dəstək mexanizmləri müzakirə olunub


Masallı Rayon İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara regional bölməsinin birgə təşkilatçılığı ilə "Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi" mövzusunda tədbir keçirilib. 

Tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov açaraq bildirib ki, Prezident İlham Əliyev tərəfindən 25 may 2026-cı il tarixdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalanmışdır. Sərəncamın icrası ilə əlaqədar Masallı rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair İş Planı hazırlanaraq təsdiq edilib. Rayon üzrə investisya qoyuluşu 500 min manatdan çox 18 və 500 min manatdan az 28 olmaqla, ümumilikdə 46 sahibkarlıq subyekti dövlət proqramının icrasına qoşulub. Sahibkarlığın inkişafının dəstəklənməsi, ixrac imkanlarının genişləndirilməsi, maliyyə resurslarına çıxışın asanlaşdırılması və investisiya layihələrinin təşviqi məqsədilə yeni dəstək mexanizmləri müəyyən edilib. 

Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev Masallı rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrində tətbiq ediləcək yeni subsidiya və dövlət dəstəyi mexanizmləri barədə məlumat verərək bildirib ki, yeni qərarlara əsasən, müasir suvarma sistemlərindən istifadə edən fermerlər üçün bir sıra əkin subsidiyalarının məbləği artırılır. Əlavə olaraq qeyd olunub ki, yeni subsidiya və dövlət dəstəyi mexanizmlərinin tətbiqi Masallı rayonunda kənd təsərrüfatı istehsalının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, emal sahələrinin inkişafı və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması baxımından mühüm imkanlar yaradır.

İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara regional bölməsinin rəisi Elvin Nəhmətov "Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi" mövzusunda təqdimatı tədbir iştirakçılarının nəzərinə çatdırıb. Təqdimatda ixrac fəaliyyətinə dəstək olaraq Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının xarici bazarlara ixracı zamanı yaranan daşıma xərclərinin 70 faizədək hissəsinin dövlət tərəfindən qarşılanması nəzərdə tutulur. 

Yeri gəlmişkən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ölkənin digər ərazilərinə daşınması üzrə xərclərin 70 faizi dəstək məbləği kimi sahibkara geri ödəniləcək. Mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi kompensasiya ediləcək. 

Güzəştli maliyyələşmə məqsədilə sahibkarlar üçün 5 faizlə güzəştli kreditlər, eləcə də 9 faizədək faiz dərəcəsi ilə avadanlıq kreditləri təqdim edilir. Kreditlər üzrə hesablanmış illik faizin 50 faizinin dövlət tərəfindən subsidiyalaşdırılması nəzərdə tutulur. Girov imkanları kifayət etməyən sahibkarlar üçün kreditin əsas borcuna dövlət zəmanəti verilməsi də mümkündür. 

Elektrik şəbəkəsinə qoşulma: Sənaye və kənd təsərrüfatı daxil olmaqla 23 fəaliyyət sahəsində çalışan sahibkarların elektrik şəbəkəsinə qoşulma haqqının 50 faizinin dövlət büdcəsindən subsidiya kimi ödənilməsi nəzərdə tutulur. Mexanizmin 2027-2030-cu illərdə tətbiqi planlaşdırılır. 

Strateji investisiya layihələri: Ölkənin uzunmüddətli inkişaf prioritetlərinə uyğun, yüksək investisiya tutumuna və sosial-iqtisadi nəticələrə malik layihələrin "sürətli keçid" mexanizmi əsasında seçilməsi nəzərdə tutulur. 

Mexanizm aidiyyəti dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə və layihələrin icra müddətinin qısaldılmasına xidmət edəcək. Yeni dəstək alətləri sahibkarların maliyyə imkanlarının artırılmasına, ixracın stimullaşdırılmasına, investisiya fəaliyyətinin genişləndirilməsinə və regionlarda sahibkarlığın inkişafına yönəlib. 

Tədbir sahibkar və fermerlərin sualları, eləcə də diskussiya ilə yekunlaşıb. 


Seyran CAVADOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

18:51
19 Sentyabr

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb

18:49
19 Sentyabr

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

18:46
19 Sentyabr

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

16:05
19 Sentyabr

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

16:03
19 Sentyabr

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

15:58
19 Sentyabr

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

15:43
19 Sentyabr

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

15:42
19 Sentyabr

Bazar gününün hava proqnozu açıqlanıb

15:41
19 Sentyabr

Təhlükəsiz və güclü Türk dünyası: Azərbaycanın strateji baxışı

15:13
19 Sentyabr

Dövlət suverenliyimiz milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsidir

14:38
19 Sentyabr

Zəfər salnaməsi: antiterror tədbirlərindən 3 il ötür   

14:36
19 Sentyabr

Enerji, nəqliyyat və ideoloji sabitlik: Türk dünyasının qlobal gücə çevrilmə yolu  

14:05
19 Sentyabr

Azərbaycanın dövlət suverenliyi: Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol

13:58
19 Sentyabr

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir

12:54
19 Sentyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

12:52
19 Sentyabr

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb

12:49
19 Sentyabr

Dövlətimizin suverenlik günü

12:34
19 Sentyabr

Qürur duyuruq ki, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olunub

12:08
19 Sentyabr

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

11:06
19 Sentyabr

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

10:59
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!