01 Sentyabr 2026 13:25
128
İQTİSADİYYAT
A- A+
Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?


Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatı (Digital Cooperation Organization - DCO) üzvlüyünə namizədliyinin təsdiqlənməsi ölkəmizin beynəlxalq innovasiya və rəqəmsal iqtisadiyyat xəritəsindəki mövqeyini keyfiyyətcə yeni mərhələyə çıxarır. Təşkilatın 2026-cı il avqustun 28-də Ər-Riyadda keçirilən iclasında qəbul edilən qərara əsasən, Azərbaycan da daxil olmaqla üzv ölkələrin sayının 16-dan 24-ə çatdırılması ilə bu platforma 980 milyon əhalisi olan böyük bir coğrafiyanı əhatə edəcək.

2022-ci ildə DCO Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında müşahidəçi statusu qazanıb ki, bu da təşkilatın beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir.

Bu fikirlər şərqşünas, tədqiqatçı Rasim Abdullanın "Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzvlük Azərbaycana nə vəd edir?" sərlövhəli məqaləsində əksini tapıb. AZƏRTAC həmin məqaləni təqdim edir:

"DCO-nun 2025-2028-ci illər üçün Dördillik Gündəliyi rəqəmsal siyasətin formalaşdırılması, rəqəmsal dövlət infrastrukturu, süni intellektin idarə edilməsi, rəqəmsal bacarıqlar, startap ekosistemləri, transsərhəd məlumat axını və rəqəmsal iqtisadiyyatın ölçülməsi kimi istiqamətləri əhatə edir. Bu, sadəcə diplomatik xarakterli simvolik addım deyil - üzv dövlətlərin faydalana biləcəyi konkret alət və proqramlar toplusudur.

DCO üzvlüyü Azərbaycanın mövcud rəqəmsal siyasətini əvəzləmək deyil, onun beynəlxalq miqyasda genişlənməsinə və yeni tərəfdaşlarla zənginləşməsinə xidmət edir. Belə ki, Azərbaycan son illərdə rəqəmsal transformasiya sahəsində mühüm addımlar atıb, mühüm strateji sənədlər qəbul edib. 2025-ci ilin yanvarında Prezident İlham Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası" təsdiq edilib. Konsepsiya rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat və rəqəmsal cəmiyyət prinsipləri əsasında hazırlanıb.

2025-ci ilin martında isə "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası" qəbul edilib. Həmin strategiya ölkənin texnoloji inkişafını sürətləndirmək və rəqəmsal iqtisadiyyata keçidi təmin etmək məqsədi daşıyır.

Bu ilin fevralında Prezident İlham Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Cari ilin iyununda isə Şuranın sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bu qurumun ilk iclası keçirilib. İclasda 2026-2028-ci illər üçün Rəqəmsal İnkişafın Sürətləndirilməsinə dair Fəaliyyət Planının icrası müzakirə edilib. Fəaliyyət Planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. Birinci vitse-prezident həmin iclasdakı çıxışı zamanı vurğulayıb ki, biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik.


DCO-ya üzvlüyün Azərbaycan üçün mühüm faydaları


Məhz bu cəhətdən DCO-ya üzvlüyün Azərbaycan üçün mühüm faydaları ola bilər. Məsələnin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan digər tərəfi DCO-nun qurucu və aparıcı dövlətlərinin əhəmiyyətli hissəsinin Azərbaycana dost ərəb ölkələri olmasıdır. Ərəb dünyasında son on ildə rəqəmsal transformasiya yalnız xidmətlərin elektronlaşdırılması deyil, iqtisadiyyatın strukturunun dəyişdirilməsi, süni intellekt, data iqtisadiyyatı, milli rəqəmsal identifikasiya, bulud infrastrukturu və insan kapitalının inkişafı ilə birlikdə həyata keçirilir.

DCO-nun təsisçisi və "mühərriki" olan Səudiyyə Ərəbistanının timsalında bu təşəbbüsün miqyasını aydın görmək mümkündür. 2019-cu ildə yaradılan Səudiyyə Məlumat və Süni İntellekt İdarəsi (SDAIA) altı istiqamətli Milli Data və Süni İntellekt Strategiyasını (NSDAI) həyata keçirir. 2026-cı il ölkədə rəsmən "Süni İntellekt İli" elan olunub. Həmin ölkənin HUMAIN təşəbbüsü çərçivəsində elan edilmiş investisiya öhdəlikləri - Google Cloud ilə 10 milyard dollarlıq tərəfdaşlıq, Blackstone ilə data mərkəzləri üzrə 3 milyard dollarlıq razılaşma və NVIDIA-nın çoxillik çip tədarükü müqavilələri daxil olmaqla - məcmu şəkildə 100 milyard dolları keçib. Nəticə özünü göstərir: Səudiyyə Ərəbistanı 2025-ci il Qlobal Süni İntellekt İndeksində 14-cü, IMD-nin 2026-cı il Dünya Rəqabətqabiliyyətlilik İlliyində isə 13-cü yerdə qərarlaşıb, G20 ölkələri arasında isə üçüncüdür.

Azərbaycanın artıq Səudiyyə Ərəbistanı ilə bu sahədə praktiki əməkdaşlıq təcrübəsinin olması da diqqətəlayiqdir. 2025-ci ildə Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndə heyəti Səudiyyə Ərəbistanının Rəqəmsal Hökumət İdarəsi (DGA) nəzdindəki "Innovation Hub", Data və Süni İntellekt üzrə İdarəsi (SDAIA), Rabitə, Kosmos və Texnologiyalar Komissiyası (CST) və "KAPSARC"da görüşlər keçirib. Səudiyyə tərəfi Azərbaycanın rəqəmsal sənəd dövriyyəsi həllərinə xüsusi maraq göstərib.

Bu, DCO platforması daxilində iki istiqamətli əməkdaşlıq üçün hazır baza deməkdir: Azərbaycan Səudiyyənin data, AI və rəqəmsal dövlət təcrübəsindən faydalana, eyni zamanda, öz “mygov”, SİMA, Digital Bridge və digər həllərini üzv ölkələrə təqdim edə bilər. Azərbaycanın DCO Baş Assambleyasında bu məhsulları təqdim etməsi artıq başlamış prosesdir.


Qətər və Küveyt təcrübəsi nə deyir?


Qətərin təcrübəsi də Azərbaycanın diqqətindən kənarda qalmamalıdır. Qətər öz "Milli Baxış 2030" konsepsiyasına əsaslanan "Rəqəmsal Gündəlik 2030" (DA2030) sənədi çərçivəsində İKT sektoruna milyardlarla dollar investisiya yatıraraq Yaxın Şərqin ilk "Microsoft Cloud Data Center" regionunu qurub və bulud texnologiyalarının təhlükəsizliyinə böyük imza atıb. Qətərin 'Rəqəmsal Gündəliyi 2030' strategiyası Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəqəmsal transformasiya sahəsində qlobal miqyasda “ən yaxşı təcrübə” (best practice) kimi tanınıb və BMT-nin rəsmi platformasında digər ölkələr üçün istinad modeli olaraq dərc edilib.

DCO-nun beş qurucu dövlətindən biri olan Küveytin də təcrübəsi Azərbaycan üçün əhəmiyyət kəsb edir. Bu ölkə "Yeni Küveyt 2035" proqramı çərçivəsində, İKT sektorunu 2023-cü ildəki 22,5 milyard dollardan 2029-cu ilədək 39,8 milyard dollara çatdırmağı hədəfləyir; 2025-ci ildə Microsoft ilə imzalanmış saziş əsasında ölkədə süni intellekt dəstəkli Azure bulud regionu qurulur.


"Rəqəmsal İpək Yolu" qovşağına çevrilmə hədəfi


Ölkəmizin təşkilata namizədliyinin təsdiq edildiyi iclasda DCO Baş katibi Dimə əl-Yəhyanın vurğuladığı kimi, təşkilatın genişlənməsi üzv ölkələrə rəqəmsal qaydaları (süni intellekt, data axını və ticarət) qəbul edən tərəf kimi deyil, bu qaydaları birgə müəyyənləşdirən rəqəmsal suveren tərəf kimi çıxış etmək imkanı verir. Bu mənada, DCO üzvlüyü Azərbaycana həmin qaydaların formalaşdırılmasında birbaşa iştirak etmək fürsəti tanıyır.

Şübhəsiz ki, bu üzvlüyün əsas potensial üstünlüyü texnologiyanı xaricdən sadəcə “almaq” deyil. Daha strateji məqsəd Azərbaycanın malik olduğu insan kapitalını və artıq formalaşdırdığı rəqəmsal imkanları bəzi üzv ölkələrin maliyyə kapitalı, bilik və texnoloji təcrübəsi ilə birləşdirərək yeni regional əməkdaşlıq modeli yaratmaqdır.

Məhz bu baxımdan DCO üzvlüyü Azərbaycana həm də dost və tərəfdaş ölkələrlə ikitərəfli rəqəmsal əməkdaşlıq imkanlarını genişləndirmək üçün əlavə platforma təqdim edir, çünki üzv dövlətlərlə mövcud əməkdaşlıq əlaqələri DCO çərçivəsində daha sistemli və strateji xarakter ala bilər.

Bundan əlavə, Azərbaycanın DCO-ya üzvlüyü ölkənin Qafqaz regionunda rəqəmsal iqtisadiyyat mərkəzinə çevrilməsi yolunda mühüm addımdır. Təşkilatın ilk dəfə Qafqaza açılması Azərbaycana regionda rəqəmsal əməkdaşlığın koordinatoru rolunu oynamaq imkanı yaradır. Bu, həm milli rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, həm də iqtisadi diversifikasiya strategiyasının reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

Nəhayət, coğrafi baxımdan Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi onu Mərkəzi Asiya, Qafqaz və Körfəz bölgəsi arasında rəqəmsal əlaqələndirici rolunu oynamağa hazırlayır - məhz bu üç regionun DCO-ya paralel qoşulması təsadüfi deyil, ortaq rəqəmsal dəhlizin formalaşmasına işarədir. Buna görə də Azərbaycanın DCO-ya tamhüquqlu üzvlüyü ölkəmizin Şərq və Qərb arasında təkcə fiziki nəqliyyat və enerji koridoru deyil, "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) qovşağına çevrilməklə bağlı strateji hədəfini gerçəkləşdirəcək".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib

14:05
01 Sentyabr

Nazir müavini: Balıqçılıq və toxumçuluq sahələrində rəqəmsallaşmanın tətbiqi əsas yeniliklərdəndir

14:00
01 Sentyabr

Sabaha olan hava proqnozu açıqlanıb  

13:55
01 Sentyabr

Yaponiyada ölkənin ən yaşlı sakini vəfat edib  

13:50
01 Sentyabr

ŞƏT məkanında nəqliyyat və bağlantıların gündəmə gəlməsi Azərbaycan üçün əhəmiyyətlidir

13:45
01 Sentyabr

Azərbaycanın ŞƏT ilə əlaqələri ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını nümayiş etdirir 

13:40
01 Sentyabr

Deputat: “Azərbaycan artıq orta güc dövlətinə çevrilib“

13:35
01 Sentyabr

Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verib

13:30
01 Sentyabr

Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

13:25
01 Sentyabr

Deputatımız ABŞ-yə gedir

13:23
01 Sentyabr

Türk professor: “Azərbaycanın Mərkəzi Asiya siyasəti və ŞƏT-də iştirakı vahid diplomatik strategiyanın tərkib hissəsidir“

13:20
01 Sentyabr

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 46 cinayətin üstü açılıb

13:15
01 Sentyabr

Azərbaycanda ilk dəfə “Fotoqrafiya sənəti” ixtisası üzrə tədris proqramı hazırlanıb

13:10
01 Sentyabr

Azərbaycanın regional üstünlükləri ŞƏT-lə əməkdaşlığa töhfə verir  

13:07
01 Sentyabr

Azərbaycan Prezidenti azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirib

13:05
01 Sentyabr

Prezident: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur  

13:00
01 Sentyabr

Slovakiya Respublikasının Prezidenti Zati-aliləri cənab Peter Pelleqriniyə

12:55
01 Sentyabr

Azərbaycan və İran XİN başçıları Bişkekdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər  

12:50
01 Sentyabr

ŞƏT dövlət başçılarının danışıqlarının yekununda 30-dan çox sənəd imzalanıb

12:45
01 Sentyabr

Ölümdən sonra süni intellektlə yaradılan rəqəmsal yaşam

12:40
01 Sentyabr

Çində nəhəng qızıl və mis yatağı aşkar edilib  

12:37
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!