01 Sentyabr 2026 13:07
181
SİYASƏT
A- A+
Azərbaycanın regional üstünlükləri ŞƏT-lə əməkdaşlığa töhfə verir  

Azərbaycanın regional üstünlükləri ŞƏT-lə əməkdaşlığa töhfə verir  


Azərbaycan Prezidenti İlham Əliyevin bir ay öncə Qırğız Respublikasına dövlət səfərinin ardınca avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün yenidən bu ölkəyə işgüzar səfərinin həyata keçirilməsi dövlət başçımızın uğurlu xarici siyasət kursu çərçivəsində istər ikitərəfli, istərsə də çoxtərəfli formatda faydalı müzakirələrin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İlk öncə “Şanxay beşliyi” formatında əməkdaşlıq platforması olaraq fəaliyyətə başlayan ŞƏT Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistanın iştirakı ilə 15 iyun 2001-ci ildə Şanxay (Çin) şəhərində rəsmi təsis edilib. Sonrakı illərdə Avrasiya materikinin digər ölkələri də bu təşkilata maraq göstərmiş və 2017-ci ildə Pakistanla Hindistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus bu təşkilata üzv qəbul olunub. Hazırda on ölkə - Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan təşkilatın tamhüquqlu üzvüdür. Əfqanıstan və Monqolustan müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka tərəfdaş statusuna malikdir.

Fəaliyyət istiqamətləri əsasən təhlükəsizlik, ticari-iqtisadi, həmçinin nəqliyyat-logistika, bağlantılar və mədəni, humanitar məsələlər üzərində formalaşan ŞƏT-in məqsədləri sırasında regional sülh, sabitlik, inkişaf, üzv dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlıq,  BMT-nin nizamnaməsi, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörməti ehtiva edən mühüm müddəalar yer alır.

Azərbaycanla ŞƏT arasında əməkdaşlıq rəsmi olaraq 2015-ci ildə ŞƏT-in üzv dövlətlərinin Başçıları Şurasının 10 iyul 2015-ci il tarixli qərarı və bunun ardınca 2016-cı il martın 14-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandum əsasında başlanmışdır. Preambula və beş maddədən ibarət Memorandumun 1-ci maddəsində tərəflər üçün qarşılıqlı maraq kəsb edən 10 istiqamət - regional təhlükəsizliyin və sabitliyin gücləndirilməsi, terrorçuluq, ekstremizm və separatçılıqla mübarizə, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz istehsalı və dövriyyəsinə qarşı fəaliyyət, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizə, ticarət və sərmayələr, energetika, telekommunikasiya, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, eləcə də kiçik və orta biznes subyektləri arasında birbaşa əlaqələrin təşviqi, hüquqi və gömrük məsələləri üzrə qarşılıqlı fəaliyyət, nəqliyyat və kommunikasiyalar sahəsində mövcud infrastrukturdan səmərəli istifadə, transregional multimodal nəqliyyat dəhlizlərinin və tranzit potensialının inkişaf etdirilməsi, mədəniyyət, elm və texnika, təhsil, səhiyyə və turizm sahələrində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və onların fəsadlarının aradan qaldırılması istiqamətində qarşılıqlı yardım, sivilizasiyalararası dialoqun, multikulturalizmin və tolerantlığın gücləndirilməsi əməkdaşlıq sahələri olaraq müəyyən edilmişdir.

Azərbaycanın ikitərəfli  və çoxtərəfli müstəvilərdə qeyd olunan sahələr üzrə beynəlxalq miqyasda fəal aktorlardan biri kimi çıxış etməsi, ŞƏT-in üzv, müşahidəçi və tərəfdaş statusunda olan dövlətlərinin əksəriyyəti ilə qarşılıqlı səmərəli əməkdaşlığın mövcudluğu, bəziləri ilə hətta əbədi dostluq, müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin qurulması, xüsusilə də ölkəmizin Orta dəhlizdə yerləşən “açar” dövlətlərdən biri olması, eyni zamanda, ailəmiz olan türk dünyasını təmsil edən Türk Dövlətləri Təşkilatının 3 üzv dövlətinin bu qurumda üzvlüyü, Türkiyə və Azərbaycanın isə tərəfdaş statusu ərazi, əhali sayı, ÜDM, ticari-iqtisadi, nəqliyyat-logistika, zəngin təbii ehtiyatlar, o cümlədən nadir metallar baxımından geniş imkanlara və potensial malik  bu platforma çərçivəsində əməkdaşlığın əhəmiyyətli ola biləcəyini deməyə əsas verir. Digər vacib məqamlardan biri də ŞƏT-də əsas üzvlərdən biri olan, davamlı inkişaf edən güclü iqtisadiyyata malik Çin Xalq Respublikası ilə ölkəmiz arasında son illər münasibətlərin daha da dərinləşməsidir.  

Prezident cənab İlham Əliyev ŞƏT-in builki Sammitindən öncə 2022-ci, 2024-cü və 2025-ci illərdə ŞƏT-in Özbəkistanın Səmərqənd, Qazaxıstanın Astana və Çinin Tiencin şəhərində keçirilən toplantılarında iştirak etmişdir. 2025-ci ilin sentyabr ayında Tiencin şəhərində keçirilən görüş zamanı dövlət başçımız çıxışında Azərbaycan-Çin münasibətlərinə toxunaraq demişdir: “Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı. Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq. Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. Bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir. Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk. Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq”. 

Regional əməkdaşlıq, xüsusilə də nəqliyyat, bağlantılar, investisiya, ticari-iqtisadi əlaqələrin davamlılığı və səmərəliyi üçün ən vacib məqamlardan biri sülh və sabitlikdir. Bu baxımdan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin heyrətamiz liderliyi, sərkərdəliyi, şəhidlərimizin, qazilərimizin, Azərbaycan Silahlı Qüvvələrinin misilsiz qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad edilməsi regionumuzun sülh şəraitində inkişafı üçün geniş imkanlar açıb. Azərbaycanın sülh gündəliyi əsasında Ermənistanla normallaşma prosesi istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə olunması da bunun bariz nümunəsidir.

Bu xüsusda, normallaşma prosesi çərçivəsində, Orta dəhlizin mühüm hissəsi olan Zəngəzur dəhlizinin və bu layihənin vacib seqmenti TRİPP-in yaxın illərdə fəaliyyətə başlaması gələcəkdə Şərq-Qərb və Şimal-Cənub istiqamətində səmərəli nəqliyyat, fiber-optik bağlantıların həyata keçirilməsi, enerji, o cümlədən “yaşıl enerji”nin ötürülməsində əhəmiyyətli rol oynayacaq. İnanırıq ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən enerji və nəqliyyat strategiyası və Prezident cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi son dərəcə uğurlu siyasət, gələcəyə hesablanmış, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının və maliyyə institutlarının maraq göstərdiyi qlobal təşəbbüslər və layihələr nəinki ölkəmizin, o cümlədən bölgəmizin inkişafına, regional əməkdaşlığa, sülh və sabitliyin bərqərar olmasına mühüm töhfə verəcək.  

 

Zaur ŞÜKÜROV, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib

14:05
01 Sentyabr

Nazir müavini: Balıqçılıq və toxumçuluq sahələrində rəqəmsallaşmanın tətbiqi əsas yeniliklərdəndir

14:00
01 Sentyabr

Sabaha olan hava proqnozu açıqlanıb  

13:55
01 Sentyabr

Yaponiyada ölkənin ən yaşlı sakini vəfat edib  

13:50
01 Sentyabr

ŞƏT məkanında nəqliyyat və bağlantıların gündəmə gəlməsi Azərbaycan üçün əhəmiyyətlidir

13:45
01 Sentyabr

Azərbaycanın ŞƏT ilə əlaqələri ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını nümayiş etdirir 

13:40
01 Sentyabr

Deputat: “Azərbaycan artıq orta güc dövlətinə çevrilib“

13:35
01 Sentyabr

Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verib

13:30
01 Sentyabr

Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

13:25
01 Sentyabr

Deputatımız ABŞ-yə gedir

13:23
01 Sentyabr

Türk professor: “Azərbaycanın Mərkəzi Asiya siyasəti və ŞƏT-də iştirakı vahid diplomatik strategiyanın tərkib hissəsidir“

13:20
01 Sentyabr

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 46 cinayətin üstü açılıb

13:15
01 Sentyabr

Azərbaycanda ilk dəfə “Fotoqrafiya sənəti” ixtisası üzrə tədris proqramı hazırlanıb

13:10
01 Sentyabr

Azərbaycanın regional üstünlükləri ŞƏT-lə əməkdaşlığa töhfə verir  

13:07
01 Sentyabr

Azərbaycan Prezidenti azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirib

13:05
01 Sentyabr

Prezident: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur  

13:00
01 Sentyabr

Slovakiya Respublikasının Prezidenti Zati-aliləri cənab Peter Pelleqriniyə

12:55
01 Sentyabr

Azərbaycan və İran XİN başçıları Bişkekdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər  

12:50
01 Sentyabr

ŞƏT dövlət başçılarının danışıqlarının yekununda 30-dan çox sənəd imzalanıb

12:45
01 Sentyabr

Ölümdən sonra süni intellektlə yaradılan rəqəmsal yaşam

12:40
01 Sentyabr

Çində nəhəng qızıl və mis yatağı aşkar edilib  

12:37
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!