Son dövrlərdə Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan dinləmələr artıq bir ənənəyə çevrilib. Görünən odur ki, bu proses yalnız Azərbaycanın daxili məsələsi olmaqla kifayətlənilməyib, dünya miqyasında da müzakirə edilən mühüm mövzu olub. Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə mütəmadi olaraq keçirilən görüş və tədbirlərdən əlavə ötən dövrdə parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif komitələr tərəfindən beş, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu tərəfindən bir ictimai dinləmə keçirilib.
Martın 10-da Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu" mövzusunda növbəti dinləmə keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Prezident Administrasiyasının, parlament Aparatının nümayəndələri, Qərbi Azərbaycan İcmasının üzvləri, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər şəxslər iştirak edirdilər.
Dinləmənin ana xəttini Qərbi Azərbaycana dinc yolla və ləyaqətli şəkildə qayıdış işində QHT-lərin üzərinə düşən vəzifələr, xalq diplomatiyasında onların iştirakı, təcrübəli QHT-lərin beynəlxalq əməkdaşlığının gücləndirilməsi kimi məsələlər barədə fikirlər təşkil edirdi. Bu kimi dinləmələrin iştirakçısı olmuş politoloq və ekspertlərin fikrincə, bu sahədə QHT-lərin rolu xüsusilə önəmlidir. Çünki onların fəaliyyəti məsələnin qlobal səviyyədə daha yaxşı başa düşülməsini və müvafiq tədbirlərin görülməsini təmin edir. Bu mənada martın birinci ongünlüyünün sonunda Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu" mövzusuna həsr edilən dinləmələr ictimai rəydə məmnunluq doğurmuşdur.
Tədbirdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa çıxışında mövzunun aktuallığını yüksək dəyərləndirib. O, bu ilin fevralında Milli Məclisin təşkilatçılığı ilə Bakıda keçirilən Asiya Parlament Assambleyasının yekununda qəbul edilən Bakı Bəyannaməsində Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurdlarına ləyaqətli qayıdışının həyata keçirilməsi ilə bağlı müddəaların öz əksini tapmasının əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, bu kimi bəyannamələr Ermənistandan qovulmuş azərbaycanlıların tarixi torpaqlarına dinc və ləyaqətli qayıdışı konsepsiyasının beynəlxalq platformalarda tanınması soydaşlarımızın hüquqlarının bərpası və ata-baba yurdlarına dönmələri prosesinə böyük təkan verir. Deputatın fikrincə, bu işin davam etdirilməsi üçün vətəndaş cəmiyyəti institutlarının prosesə daha fəal cəlb edilməsi, o cümlədən parlamentlərarası platformalarda daha fəal olmaq üçün QHT-lərlə əməkdaşlıq intensiv şəkildə inkişaf etdirilməlidir.
"Qərbi Azərbaycan məsələsi barədə əhalimizdə ətraflı məlumatlar mövcuddur və bu, bizim uğurlu fəaliyyətimizin nəticəsidir. Ancaq qarşıda hələ daha çox iş var. Hazırda deputatlar olaraq bizim əsas vəzifəmiz bütün bu məsələləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Biz o torpaqlara mütləq şəkildə qayıdacağıq. Həmin torpaqların Azərbaycanın əraziləri olduğunu dünyaya bəyan etməliyik", - deyən Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov daha sonra bildirib ki, hər bir qurumun bu istiqamətdə birgə fəaliyyət göstərməsi son dərəcə vacibdir. Yalnız kollektiv şəkildə işləyərək məsələnin əhəmiyyətini bütün dünyaya anlatmaq mümkündür.
Bu mümkünlüyün xalqımızın haqlı tələbi olduğunu öz bəyanatlarında dünyanın tərəqqipərvər dövlətlərinə, insan hüquqları müdafiəsi ilə məşğul olan beynəlxalq və qeyri-hökumət təşkilatlarına dəfələrlə bəyan edən Qərbi Azərbaycan İcmasının məqsəd və məramı Qərbi Azərbaycandan olan qaçqınların beynəlxalq hüququn tələbləri çərçivəsində ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdışına şərait yaradılmasına, habelə 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın sülh prosesinə maneə törədən destruktiv hərəkətlərdən çəkinməsinə nail olmaqdır.
Dünya ictimaiyyətinə yaxşı məlumdur ki, Ermənistanda Azərbaycana qarşı təxribatlar səngimək bilmir. Bu kimi təxribatlardan biri yaxın günlərdə ortaya çıxıb. Özünü "parlament" kimi təqdim edən bir ovuc şəxsin xarici ölkələrin birinin parlamentinə anti-Azərbaycan məzmunlu müraciəti, Azərbaycana qarşı iş aparan hansısa "komissiya"nın iclası barədə məlumatlar yayılıb.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir ki, Ermənistanın onun suverenliyinə qarşı heç bir addım atmayan, yalnız dinc yolla öz dədə-baba yurdlarına qayıtmaq istəyən Qərbi Azərbaycan İcması ilə dialoqdan imtina edib öz ərazisində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhdid edən qrupların fəaliyyətinə şərait yaratması qəbulolunmazdır.
Bütün bunlar bir daha Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını, əksinə, silahlanma siyasətini davam etdirərək regionda gərginlik yaratmağa can atdığını nümayiş etdirir.
Əvvəlki bəyanatlarında olduğu kimi, bu bəyanatında da Qərbi Azərbaycan İcması Ermənistanı sülh prosesinə maneə törədən destruktiv hərəkətlərdən çəkinməyə çağırır.
Azərbaycan xalqının başına gətirilən faciələr həm də beynəlxalq miqyasda ciddi narahatlıq doğurub. Son iki yüz ildə Ermənistan və onun havadarları Azərbaycanda və Cənubi Qafqazda azərbaycanlılara qarşı genişmiqyaslı soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti həyata keçiriblər. Bu dövr ərzində Azərbaycan xalqının başına gətirilən faciələr yalnız regional deyil, həm də beynəlxalq miqyasda ciddi narahatlıq doğurub. 2020-ci il sentyabrın 27-də başlayan müharibə 200 ildən artıq davam edən ədalətsiz siyasətin sona yetməsi üçün əhəmiyyətli bir dönəm oldu. Azərbaycan xalqı əsrlər boyu qarşılaşdığı zülm və təzyiqlərə son qoymaq üçün mühüm bir mərhələ keçdi.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu" mövzusuna həsr edilən dinləmələrdəki çıxışında vurğulayıb ki, ermənilərin və onların dəstəkçilərinin yürütdükləri bu siyasət haqqında məlumatların uzun illər boyu gizlədilməsi, xüsusilə də yeni nəsillərin bu hadisələrdən məlumatlı olmaması ciddi problemə çevrilmişdi. "Lakin Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-dəki çıxışından sonra ölkə rəhbərliyi yeni ideologiyanın formalaşması və haqqın bərpa edilməsi istiqamətində ciddi addımlar atıb. Prezidentin çıxışı xalqımızın və dövlətimizin yeni ideyasının təməlini qoyub. Bu ideya yalnız dövlət orqanları tərəfindən deyil, həm də QHT-lər tərəfindən də dəstəklənməli və geniş şəkildə yayılmalıdır. QHT-lərin bu məsələlərə diqqət yetirməsi tariximizin doğru şəkildə təqdim edilməsi və gələcək nəsillərə bu faciələrdən dərs alınması üçün mühüm rol oynayacaq. Bu, Azərbaycanın milli maraqları və tarixinin qorunması baxımından həyati əhəmiyyət daşıyan məsələdir", - deyə Ə.Ələkbərli əlavə edib.
Tarixi faktlar və rəsmi sənədlər sübut edir ki, XIX əsrin əvvəllərində Cənubi Qafqazda Azərbaycan torpaqlarına köçürülüb gətirilən ermənilərin bu ərazilərdəki həmin tarixəqədərki hər hansı mədəni irs nümunəsinə bu və ya digər şəkildə iddiasının heç bir əsası yoxdur.
İndi Azərbaycan təkcə işğaldan azad edilmiş torpaqlara Böyük qayıdışı təmin etmir, eyni zamanda sonuncu deportasiya zamanı Qərbi Azərbaycandan qaçqın düşən soydaşlarımızın pozulan hüquqlarının müdafiəsi istiqamətində də mühüm işlər görür.
Təbii ki, bu yolda alim və ziyalılarımızın üzərinə də böyük vəzifələr düşür. Bu vəzifə ilk növbədə Qərbi Azərbaycan həqiqətlərini ortaya qoymaqdan, erməni saxtakarlıqlarını sona qədər ifşa etməkdən və dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.
Son zamanlar tədqiqatçılarımızın İrəvan şəhərində azərbaycanlıların izlərini özündə yaşadan Təpəbaşı yaşayış massivi ilə bağlı ortaya çıxardığı faktlar, Ermənistan dövlətinin bu ərazidəki məscid və tarixi tikililəri yox etmək planları ilə əlaqədar çaldıqları həyəcan təbili bir daha sübut etdi ki, ermənilərin bölgədə Azərbaycanın mədəni irsini yer üzündən silmək siyasəti bu gün də davam edir. Çox təəssüf ki, Azərbaycan alim və ziyalılarının, Qərbi Azərbaycan İcmasının bu məsələ ilə bağlı UNESCO və digər beynəlxalq təşkilatlara ünvanladığı müraciətlər hələ də nəticəsiz qalmaqdadır.
Ermənistanın 1987-ci ildə Qafan rayonunda azərbaycanlılara qarşı törətdiyi zorakılıq ilə başlayaraq, otuz ildən artıq davam etmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycan Respublikasına kütləvi miqdarda ziyan vurulmuş və azərbaycanlılar böyük müsibətlərə düçar olmuşlar.
Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə münaqişə arxada qalmış və bölgədə davamlı sülhün və ədalətin bərqərar olması üçün imkan yaranmışdır. Məhz Azərbaycan Respublikasının təşəbbüsü ilə iki dövlət arasında bu məsələlər üzrə siyasi proses başlamışdır.
Bu günlərdə xəbər verildiyi kimi, münasibətlərin qaydaya salınması üzrə çoxsaylı mövzuların bir qismini əhatə edən saziş layihəsi üzrə danışıqlarda Ermənistan Azərbaycanın açıq qalan iki maddəsi üzrə təkliflərini qəbul etmişdir. Lakin bu, kifayət deyil və Ermənistan tərəfi qalıcı sülhün və ədalətin bərqərar olunması üçün digər məsələlər üzrə də öz üzərinə düşəni etməlidir. Bunların sırasına qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmaq, maneəsiz tranzit öhdəliyini yerinə yetirmək, Azərbaycana qarşı ərazi iddialarını öz konstitusiyası və qanunlarından çıxarmaq, ATƏT-in Minsk qrupunun ləğv olunması üçün müraciət göndərmək, Azərbaycan ərazilərini işğal etməsinə, ona kütləvi miqdarda zərər vurmasına və azərbaycanlılara qarşı zorakılıq törətməsinə görə məsuliyyətini etiraf etmək, təzminat ödəmək, öz ərazisində qondarma rejimin bütün "təsisatları"nı ləğv etmək, hərbi canilərin qəhrəmanlaşdırılmasına son qoymaq, silahlanma proqramını dayandırmaq və aldığı silahları geri qaytarmaq daxildir.
Rəhman SALMANLI,
"Azərbaycan"
Serbiya Prezidenti yeni hökuməti qurmağı Duro Macuta tapşırıb
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlığı möhkəmləndirir
Paytaxtda hava əsasən yağmursuz, bəzi dağlıq ərazilərdə isə yağıntılı olacaq
Azərbaycanın sərbəst güləş komandası Gimnaziadanı 10 medalla başa vurub
Azərbaycan-Mərakeş parlamentlərarası münasibətlərinə dair fikir mübadiləsi aparılıb
Avropa Azərbaycan Mərkəzi mina xəbərdarlığı günü ilə əlaqədar dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb
Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb
Gimnaziada: Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb
Parlamentlərarası İttifaqın Assambleyasında Azərbaycanın sosial sahədəki nailiyyətlərindən danışılıb
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb
Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ
Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb
“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara-Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır
Almaniyanın Reynland-Pfalts əyalətində bir evdə üç nəfərin meyiti aşkarlanıb
Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq
Ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Azərbaycanın xizək alpinistləri Dünya Kubokunda çıxış ediblər
Numan Kurtulmuş: Birqütblü və ya ikiqütblü dünya olmayacaq
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!