Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Parlamentlərarası İttifaqın “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasında Azərbaycanın sosial siyasət sahəsində əldə olunmuş nailiyyətləri haqqında geniş məlumat verib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sahibə Qafarova diqqətə çatdırıb ki, hökumətimizin yanaşmasına əsasən, güclü iqtisadi baza sosial siyasətin daha effektiv həyata keçirilməsinə imkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial ədalət prinsipləri bizim üçün hər zaman önəmli olub”.
S.Qafarovanın sözlərinə görə, bu siyasətin mühüm nailiyyətləri sırasında işsizlik və yoxsulluq səviyyəsinin 5,5 faizə endirilməsi var. O deyib ki, son beş ildə qəbul olunmuş dörd sosial islahat paketi əhalinin 40 faizini əhatə edib – minimum əməkhaqqı 2,7 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, sosial müavinət və pensiya ödənişləri isə 5 dəfə artırılıb. Bu gün Azərbaycan Hökuməti milli inkişaf strategiyalarını Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırıb. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədi sosial ədalətə əsaslanan dinamik və inklüziv cəmiyyətin yaradılmasını beş milli inkişaf prioritetindən biri kimi təsbit edib.
Milli Məclisin sədri, həmçinin bildirib ki, sosial inkişafın ümumi çərçivəsi Konstitusiyamızla müəyyən olunub. Bu yanaşmaya uyğun olaraq, parlamentimiz sosial inkişafın müxtəlif sahələrini əhatələyən əsas qanunları qəbul edib. Mövcud qanunlara dəyişikliklərin olunması da daim diqqət mərkəzindədir, çünki qanunvericilik dinamik və davamlı inkişaf edən bir prosesdir.
Novruz bayramı ilə bağlı qanun layihəsi Türkiyə parlamentinə təqdim edilib
Rumıniya nümayəndə heyəti Bakıda bəstəkar Corce Eneskunun abidəsini ziyarət edib
Konstitusiya Məhkəməsində yeni təyin olunmuş hakim Xanlar Vəliyev kollektivə təqdim edilib
Fransada uşaq hüquqlarının müdafiəsi sahəsindəki vəziyyətlə bağlı BMT-yə şikayət olunub
Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə sıx və uğurlu əməkdaşlıq təcrübəsinə malikdir
Dünyanın ən çox yüklənən tətbiqi – “ChatGPT”
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Baş nazir Əli Əsədov Rumıniya Parlamenti Senatının sədri ilə görüşüb
HDQ-nin dalğıc heyəti ilə təlim-metodiki toplanış keçirilib
Kreml: Münasibətlərin bərpası yolunun əvvəlində Moskvanın Vaşinqtondan böyük gözləntiləri olmayıb
Volodimir Zelenski: Aprel ayından bəri Rusiya Ukraynaya qarşı 2800 bomba, 1400 PUA və 60-a yaxın raketdən istifadə edib
UEFA Azərbaycanı mükafatlandırıb
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanın nəticələri açıqlanıb
Mirça Abrudean: Rumıniya ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlığın daha da inkişafı üçün böyük potensial var
“Aqroservis”in İdarə Heyətinin sədri Lənkəranda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
Litvanın xarici işlər nazirinin müavini Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin qarşısında duran çağırışlar barədə məlumatlandırılıb
Peter Siyarto: Macarıstan Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləməyəcək
Si Cinpin: Ticarət müharibələrinin qalibi olmayacaq
Luka Modriç İngiltərə klubunun sahibi olacaq
Ermənistan növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb
Rayonlarda leysan yağacaq, dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!