08 Yanvar 2025 16:28
146
SİYASƏT
A- A+
Qərbi Azərbaycan İcması Ermənistanın xarici işlər nazirinə cavab verib  

Qərbi Azərbaycan İcması Ermənistanın xarici işlər nazirinə cavab verib  


Qərbi Azərbaycan İcması Ermənistanın xarici işlər nazirinə cavab verib.

AZƏRTAC xəbər verir ki, İcmanın bununla bağlı bəyanatında deyilir: "Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 8-də keçirdiyi mətbuat konfransında Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar edən və məzmunca ziddiyyətli bəyanat verib.

Bir daha vurğulayaq ki, Ermənistan hökumətinin Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışması və “Qərbi Azərbaycan” ifadəsinə irad tutması tamamilə əsassızdır. “Qərbi Azərbaycan” ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdikləri və tarixi həqiqətlərə söykənən termindir. İcma Ermənistanın ərazi bütövlüyünə hörmət etdiyini və qayıdışa sülh yolu ilə nail olmaq istədiyini dəfələrlə bildirib.

A. Mirzoyanın Baş nazir Nikol Paşinyanın 2023-cü ilin iyul ayının 25-də verdiyi bəyanatında olduğu kimi, azərbaycanlıların Ermənistanı “könüllü tərk etməsi” və onlara “kompensasiya ödənilməsi” ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialar ilə bağlı aşağıdakıları bildiririk:

Əvvəla, qeyd edilməlidir ki, kompensasiya hüquq pozuntusunun və itkilərin baş vermiş olmasının etirafı mənasına gəlir ki, bu da könüllü tərk etmə iddiası ilə ziddiyyət təşkil edir. Əgər yüz minlərlə insanın cəmi iki həftə ərzində öz evlərini qışın soyuğunda kütləvi şəkildə həqiqətən könüllü şəkildə tərk edibsə, onda onlara niyə “təzminat” təklif edilib?

İkincisi, biz Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququndan imtina etmələri müqabilində hər hansı formada təzminat aldıqları barədə iddianı qəti şəkildə təkzib edirik.

Nəhayət, Ermənistan hökuməti bilməlidir ki, insanlar öz vətənlərini hansı şəkildə tərk etmələrindən asılı olmayaraq, qayıdış hüququna malikdirlər və Ermənistan hökuməti Qərbi azərbaycanlıların qayıdışına imkan verməməklə insanlıq əleyhinə cinayət törədir.

A.Mirzoyanın açıqlaması bir daha onu göstərir ki, Ermənistanın siyasi isteblişmenti elə Levon Ter Petrosyan, Robert Koçaryan və Serj Sarqsyanın dönəmində olduğu kimi, Azərbaycan xalqına nifrətdən əl çəkə bilmir və bu, onların “demokratiya”, “insan hüquqları” barədə yalandan səsləndirdikləri fikirlərlə tam ziddiyyət təşkil edir.

Ermənistan insan hüquqlarına və beynəlxalq hüquqa hörmət etməli və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququnu təmin etməlidir. Biz Ermənistan hökumətindən yalan iddialar yaymağı dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların legitim tələbləri ilə bağlı İcmamız ilə substantiv dialoqa başlamağı tələb edirik".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft ucuzlaşıb  

10:11
09 Yanvar

Azərbaycan neftinin qiyməti 78,72 dollar olub  

10:06
09 Yanvar

DİN: Ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub  

10:01
09 Yanvar

İşığın təsiri ilə sümüyü bərpa edən material hazırlanıb  

09:56
09 Yanvar

Çin Afrika dövlətləri ilə birgə “Afrika günəş kəməri” layihəsini həyata keçirmək istəyir  

09:51
09 Yanvar

Qazaxıstan taxılının Azərbaycana tədarükü 2024-cü ildə 86% artıb  

09:46
09 Yanvar

Pakistan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb  

09:41
09 Yanvar

Çadda prezident sarayına hücum olub  

09:36
09 Yanvar

Türkiyədə kibertəhlükəsizlik idarəsi yaradılıb

09:31
09 Yanvar

Blinken: Biz Qəzza zolağında atəşkəsə çox yaxınıq

09:26
09 Yanvar

Sümük əriməsi sağlamlığa ciddi təhlükədir

09:20
09 Yanvar

GDU-nun professor-müəllim heyəti Şəmkirdə məktəblilərlə görüş keçirib

09:15
09 Yanvar

Bir şəhərin "Manifest"i

09:10
09 Yanvar

Qış olsa da, pambıq yığımı davam edir

09:05
09 Yanvar

Ağstafada Hüseyn Arifin və Həmid Abbasın büstlərinin yerləşdiyi ərazi yenidən qurulub

09:00
09 Yanvar

Bayram günlərində Naftalana gələn turistlərin sayı artdı

08:55
09 Yanvar

Müəllim olmağımla qürur duyuram

08:50
09 Yanvar

Qeyri-neft məhsullarının ixracında davamlı artım var

08:45
09 Yanvar

Prezident Azərbaycan qazının Avropadakı istehlakçılarına çağırış etdi

08:40
09 Yanvar

Ermənistanın faşist prezidentlərinin qanlı əməlləri

08:35
09 Yanvar

İlham Əliyev Ermənistanı yeni reallıqlarla barışmağa çağırdı

08:30
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!