09 Yanvar 2025 08:45
143
İQTİSADİYYAT
A- A+
Qeyri-neft məhsullarının ixracında davamlı artım var

Qeyri-neft məhsullarının ixracında davamlı artım var


Davam edən iqtisadi islahatlar ölkədə qeyri-neft sənayesinin yeni inkişaf mərhələsinə çatmasına imkan yaradıb. Bu mərhələ istehsalın artımının dinamik olması ilə fərqlənir. 

Konkret rəqəmlərə müraciət edək: ötən ilin yanvar-noyabr aylarında ölkə üzrə qeyri-neft sektorunda məhsul istehsalı 7,2 faiz artmışdır. Bu, həm ölkənin hərtərəfli inkişafının, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından önəmli faktdır. Üstəlik, istehsalın artması ixracın yüksəlməsini təmin edir.  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın dekabr ayı üçün açıqladığı məlumata görə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz məhsullarının ixracının dəyərində 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artım qeydə alınmışdır. Ötən ilin 11 ayı ərzində ixrac şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları üzrə 65,4, pambıq lifi üzrə 52,6, bitki mənşəli yağlar və piylər üzrə 32, qiymətli metallar üzrə 29, kimya sənayesi məhsulları üzrə 19,6, spirtli və spirtsiz içkilər üzrə 13,5, çay üzrə 1,6, qara metallar üzrə 1,9, alüminium və ondan hazırlanan məmulatlar üzrə 1,5 faiz artmışdır. Ötən ilin yanvar-noyabr ayları ərzində aqrar məhsulların ixracında 4,4, aqrar-sənaye məhsullarının ixracında 58,3 faiz artım müşahidə olunmuşdur. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının ixracının dəyəri 15,9 faiz artaraq 988,9 milyon dollara çatmışdır. 

Keçən ilin 11 ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci, pambıq mahlıcı ikinci, tomat üçüncü olmuşdur. Hesabat dövründə ən çox qeyri- neft sektoruna aid məhsullar Rusiya Federasiyasına, Türkiyəyə, Gürcüstana, İsveçrəyə ixrac edilmişdir. 

Yanvar-noyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "MKT İstehsalat Kommersiya" MMC, "Silk Vey Vest Aviaşirkəti" MMC, "ASG Business Aviation" MMC, "Baku Steel Company" QSC, Süleymanova Göhər Süleyman qızı, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti "nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Tabaterra" QSC, "Khan-El" MMC, "Atena" MMC. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra siyahıda bu şirkətlərdir: "SOCAR Polymer" MMC, "AzerGold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ASC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "Suraxanı Maşınqayırma zavodu" ASC, "Azəripək" MMC. 

Keçən ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") 16,9 milyon dollar dəyərində telekommunikasiya xidməti ixrac etmişdir. Belə ki, ötən ilin 11 ayında agentlik tərəfindən dünyanın 50 ölkəsinə 16,9 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri göstərilmişdir. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73 faizini təşkil etmişdir. 11 ay ərzində peyk telekommunikasiya xidmətlərinin göstərildiyi ölkələrin siyahısında Birləşmiş Krallıq, Lüksemburq, BƏƏ, Pakistan və Türkiyə ilk beşlikdədir. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirini dialoqa çağırıb

18:47
09 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

18:46
09 Yanvar

Ağdamda Azərbaycanda ilk dəfə elektromobillərin şarj cihazları istehsal ediləcək  

18:45
09 Yanvar

Zelenski: Ukrayna bu il müharibəni bitirmək üçün əlindən gələni edir

17:20
09 Yanvar

AQTA sədri sahibkarları dinləyib

17:19
09 Yanvar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

17:09
09 Yanvar

Milli Olimpiya Komitəsi ilə Azərbaycan Respublikası Kino Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

17:07
09 Yanvar

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verib

16:21
09 Yanvar

Kaliforniyada meşə yanğınları məşhurların evlərini məhv edib

16:18
09 Yanvar

Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Kobaxidzeyə

16:16
09 Yanvar

“Qarabağ” yoxlama oyununda "Kəpəz"ə böyük hesabla qalib gəlib  

15:59
09 Yanvar

Sorğu: Fransalıların böyük əksəriyyəti yeni hökumətdən narazıdır  

15:26
09 Yanvar

MOK-da əməkdaşlıq memorandumu imzalanıb

15:17
09 Yanvar

Vaqif Cavadov: Uğur qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm

15:16
09 Yanvar

Peskov Ermənistana Aİİ-də iştirakın faydalarını xatırladıb

15:15
09 Yanvar

Ekranı şaquli uzanan ilk noutbuk nümayiş olunub

15:12
09 Yanvar

Papa Fransisk COP29-un əhəmiyyətindən danışıb

15:10
09 Yanvar

“Samsung” yeni məhsullarını təqdim etməyə hazırlaşır

14:56
09 Yanvar

Rumıniyada təkrar prezident seçkiləri may ayında keçiriləcək

14:55
09 Yanvar

Ermənistan hökuməti ehtiyatda olan hərbçiləri təlimlərə cəlb edir

14:47
09 Yanvar

Tibet zəlzələsindən sonra 1211 afterşok qeydə alınıb

14:37
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!