09 Yanvar 2025 08:25
201
SİYASƏT
A- A+
Prezident Avropa Komissiyasına da sərt mesaj ünvanladı

Prezident Avropa Komissiyasına da sərt mesaj ünvanladı


Ədalətli mövqe sərgilənməsə, münasibətlərin düzəlməsi sual altında olacaq


"Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Avropa Komissiyası ilə əlaqələrə toxunaraq münasibətlərin necə inkişaf edəcəyini söyləməyin çətin olduğunu dedi. Dövlət başçısı qeyd etdi ki, ötən il məyusluqla dolu bir il olub. Belə ki, məhz keçən il Avropa İttifaqı normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutub. Əlbəttə, Avropa İttifaqının qondarma müşahidə missiyasının fəaliyyət müddətinin uzadılması etimadı möhkəmləndirmədi, əksinə, sarsıtdı".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. Onun sözlərinə görə, dövlət başçısı xüsusi olaraq ötən il Avropa İttifaqının əldə etdiyi nəticənin Azərbaycan-Ermənistan trekinin normallaşması prosesindən tamamilə kənarlaşdırılmasından ibarət olduğunu bildirib. Əgər Ermənistanın silahlandırılmasının və qondarma Sülh Fondunun bundan sonra da davamı olacaqsa, bizim tərəfimizdən adekvat addımlar  atılacaq. 

"Otuz ilə yaxın bir dövrdə Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğalda saxlanılmasına baxmayaraq, Avropa təsisatlarının Fransa, Lüksemburq, İsveçrə kimi bir sıra aparıcı subyektləri Ermənistanın işğalçılıq və təcavüz siyasətinə, ərazimizdə erməni separatizminə birbaşa və dolayı yollarla dəstək veriblər. Xüsusən, Avropa Parlamenti məhz selektiv yanaşması ilə özünün nizamnaməsinə zidd davranmaqla ədalətli mövqedən uzaqlaşdığını və ayrı-ayrı qüvvələrin əlində alətə çevrildiyini hələ də  göstərməkdədir", - deyə deputat qeyd edib. 

Deputatın sözlərinə görə, Azərbaycan ötən illər ərzində bir dəfə belə bu qurumlardan faktiki işğal və təcavüz faktı ilə bağlı qətiyyətli mövqe görməyib. Nə Avropa Şurası, nə qurumun Parlament Assambleyası, nə Avropa Parlamenti bu məsələ ilə bağlı nəinki ədalətli mövqe tutub, əksinə, Ermənistanın işğalçılıq siyasəti mövzusunda, ümumiyyətlə, danışmamağa üstünlük verib. Təbii ki, bu tip davamlı riyakar və selektiv yanaşması ilə Avropa təsisatlarında, xüsusən Avropa İttifaqında, əslində, bəyan olunanlar sadəcə sənədləşmiş, lüzumsuz söz yığınağıdır: "Biz yenə də riyakar strukturun Azərbaycana çağırış edən, ermənilərin Qarabağa qayıdış hüququndan bəhs edən saxtakar bəyanatlarına şahidlik edirik. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Ölkəmizdə bir çox etnik qruplar var. Bu etnik qrupların bir neçəsi və onlara mənsub olan insanlar Qarabağda yaşamış erməni əhalisindən qat-qat çoxdur. Əsl reallıq ondan ibarətdir ki, Ermənistanda yaşamış azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur". 

K.Bayramov qeyd edib ki, 700 mindən artıq məcburi köçkünün, 300 mindən artıq qərbi azərbaycanlının qayıdış hüquqlarından bir dəfə də olsun bəhs etməyən, 1 milyondan artıq insanın hüquqlarını görməzdən gələn Avropa Parlamentini bu gün hansı maraqlar danışdırdığı bizə tam aydındır: "Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçiliyini davam etdirmək istəyən beynəlxalq aktorlardan biri də Avropa İttifaqı idi. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Cənubi Qafqazda sülhün təmin olunması üçün Avropa İttifaqı müəyyən təşəbbüslərlə çıxış edib. Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 2021-ci ilin dekabrında Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin ilk görüşü keçirildi. Bundan sonra Brüssel formatı çərçivəsində liderlərin bir neçə görüşü təşkil olundu. Lakin 2023-cü ilin sentyabrında ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra Avropa İttifaqının mövqeyində ədalətsiz yanaşma özünü göstərməyə başladı". 

Deputat dedi ki, Azərbaycan beynəlxalq öhdəliklərinə və beynəlxalq hüquqa sadiq olmaqla yanaşı, milli maraqlarına zidd olan hər hansı iddiaların və təhdidedici dilin legitimləşdirilməsi cəhdlərinin qarşısını qətiyyətlə alacaq. Avropa Komissiyası ədalətli mövqe sərgiləməsə, münasibətlərin düzəlməsi sual altında qalacaq.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirini dialoqa çağırıb

18:47
09 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

18:46
09 Yanvar

Ağdamda Azərbaycanda ilk dəfə elektromobillərin şarj cihazları istehsal ediləcək  

18:45
09 Yanvar

Zelenski: Ukrayna bu il müharibəni bitirmək üçün əlindən gələni edir

17:20
09 Yanvar

AQTA sədri sahibkarları dinləyib

17:19
09 Yanvar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

17:09
09 Yanvar

Milli Olimpiya Komitəsi ilə Azərbaycan Respublikası Kino Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

17:07
09 Yanvar

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verib

16:21
09 Yanvar

Kaliforniyada meşə yanğınları məşhurların evlərini məhv edib

16:18
09 Yanvar

Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Kobaxidzeyə

16:16
09 Yanvar

“Qarabağ” yoxlama oyununda "Kəpəz"ə böyük hesabla qalib gəlib  

15:59
09 Yanvar

Sorğu: Fransalıların böyük əksəriyyəti yeni hökumətdən narazıdır  

15:26
09 Yanvar

MOK-da əməkdaşlıq memorandumu imzalanıb

15:17
09 Yanvar

Vaqif Cavadov: Uğur qazanmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm

15:16
09 Yanvar

Peskov Ermənistana Aİİ-də iştirakın faydalarını xatırladıb

15:15
09 Yanvar

Ekranı şaquli uzanan ilk noutbuk nümayiş olunub

15:12
09 Yanvar

Papa Fransisk COP29-un əhəmiyyətindən danışıb

15:10
09 Yanvar

“Samsung” yeni məhsullarını təqdim etməyə hazırlaşır

14:56
09 Yanvar

Rumıniyada təkrar prezident seçkiləri may ayında keçiriləcək

14:55
09 Yanvar

Ermənistan hökuməti ehtiyatda olan hərbçiləri təlimlərə cəlb edir

14:47
09 Yanvar

Tibet zəlzələsindən sonra 1211 afterşok qeydə alınıb

14:37
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!