09 Avqust 2024 03:42
5176
ELANLAR
A- A+
Psixologiya Elmi-Tədqiqat İnstitutu Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə 2024-2025-ci tədris ili üçün Psixologiya ixtisası üzrə yenidənhazırlanma təhsilinə sənəd qəbulunu elan edir

Psixologiya Elmi-Tədqiqat İnstitutu Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə 2024-2025-ci tədris ili üçün Psixologiya ixtisası üzrə yenidənhazırlanma təhsilinə sənəd qəbulunu elan edir

 

Yenidənhazırlanma proqramına TSPX (Təhsildə sosial-psixoloji xidmət) və Psixologiya təhsili almış şəxslər müraciət edə bilərlər

Bu təhsilə yiyələnməklə psixoloq kimi fəaliyyət göstərə bilərsiniz.

Yenidənhazırlanma proqramı psixologiya sahəsində beynəlxalq təhsil proqramına və təcrübəyə əsasən hazırlanıb.

Həmçinin dərslər müasir tələblərə uyğun keçirilir.

Dərslər bu sahədə həm nəzəri, həm də praktik biliklərə malik mütəxəssislər tərəfindən tədris olunur.

Tədris Azərbaycan dilində aparılır.

Təhsil haqqı müqavilə əsasında ödənilir.

Məzunlara aldıqları ixtisas üzrə işləmək hüququ verən vahid formalı dövlət sənədi (diplom) verilir.

Qeyd: Yenidənhazırlanma təhsili almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

* Ərizə;

* Şəxsiyyət vəsiqəsinin surəti;

* Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;

* Cari ilin bakalavr məzunları üçün ali məktəbi bitirmək haqqında arayış;

* Əmək kitabçasının surəti (işləyənlər üçün);

* 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil;

* Sağlamlıq haqqında arayış;

* CV (Anket).

 Sənədlər 2024-cü il avqust ayının 2-dən sentyabr ayının 20-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək PsETİ-nin Əlavə təhsil və innovasiyalar şöbəsində qəbul edilir.

Yenidənhazırlanma təhsili almaq üçün instituta sənəd vermiş şəxslərlə müsahibə təşkil edilir.

Müsahibəni uğurla keçənlər müqavilə yolu ilə yenidənhazırlanma ixtisasına qəbul olunurlar.

 Yenidənhazırlanma təhsili almış şəxslərə müvafiq dövlət sənədinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası" ilə tənzimlənir.

Qəbul ilə əlaqədar aşağıdakı ünvana və ya elektron poçta müraciət edə bilərsiniz.

Ünvan: Ziya Bunyadov pr., 38

Əlaqə: (012) 480-36-29; (070) 268-27-08

 Email: [email protected]

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!