16 Sentyabr 2024 18:22
1044
İQTİSADİYYAT
A- A+
Pakistanla ticarət dövriyyəsi həcminin artırılması barədə müzakirələr aparılıb

Pakistanla ticarət dövriyyəsi həcminin artırılması barədə müzakirələr aparılıb


Pakistan nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupunun növbəti iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat nazirinin müavini, birgə işçi qrupunun həmsədri Səməd Bəşirli Azərbaycan və Pakistan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, Pakistan şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətinə diqqət çəkib. Bildirilib ki, iki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişi gələcəkdə ticarət dövriyyəsinin həcminin artırılması və səmərəli iqtisadi əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Pakistan iş adamları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində və sənaye parklarında yaradılmış əlverişli imkanlardan yararlanmağa, kənd təsərrüfatı, yüngül sənaye, turizm və s. sahələrə investisiya yatırmağa dəvət ediliblər.

Pakistanın Ticarət Nazirliyinin katibi, birgə işçi qrupunun həmsədri Cavad Paul ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayıb, tərəfdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Qeyd edilib ki, ölkələrimiz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrdə əməkdaşlığı daha da dərinləşdirir.

İclasda əməkdaşlıq istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb, qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılması üçün təkliflər səsləndirilib. Ticarət sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi, tekstil, turizm və enerji sektorunda sərmayələrin yatırılması, habelə kiçik və orta biznes dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Sonda Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupunun 4-cü iclasının yekun Protokolu imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prioritet hədəf dəyişmir

08:25
15 Yanvar

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

Məntəqələr seçkilərə hazırdır

08:10
15 Yanvar

"Bu ərazilərə sanki atom bombası atılıb"

08:05
15 Yanvar

16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi

08:00
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

23:22
14 Yanvar

Somalidə 20 DEAŞ terrorçusu öldürülüb

23:20
14 Yanvar

Pakistan ordusu 27 terrorçunu zərərsizləşdirib  

23:18
14 Yanvar

Suriyanın Latakiya vilayətində tərksilah əməliyyatı davam edir  

23:17
14 Yanvar

Tusk: Trampın Qrenlandiya ilə bağlı açıqlamaları narahatlıq doğurur

23:15
14 Yanvar

Suriyadakı yeni hökumətin yüksəksəviyyəli nümayəndə heyəti sabah Türkiyəyə səfər edəcək  

23:12
14 Yanvar

Elin Süleymanov britaniyalı nazirlə görüşüb

23:12
14 Yanvar

Türkiyənin ətraf mühit strukturları kömürdən imtinaya və bərpaolunan enerjidən istifadə etməyə çağırıb

20:52
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!