25 Sentyabr 2024 12:01
3008
Elm və texnika
A- A+
Oktyabrın 2-də ilin ikinci Günəş tutulması baş verəcək

Oktyabrın 2-də ilin ikinci Günəş tutulması baş verəcək

2024-cü ilin ikinci Günəş tutulması oktyabrın 2-də baş verəcək. Tutulma halqavari Günəş tutulmasıdır. Ay Yerdən daha uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq həlqə yaranır. Ona görə bu zaman baş verən tutulma halqavari Günəş tutulması adlanır.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, tutulma hadisəsi oktyabrın 2-də Bakı vaxtı ilə saat 19:42:47-də başlayacaq və 3 oktyabr saat 01:46:47-də sona çatacaq. Tutulmanın maksimumu oktyabrın 2-si saat 22:44:51-də olacaq. Tutulma hadisəsi 6 saat 4 dəqiqə davam edəcək. Tam tutulma oktyabrın 2-si saat 20:50:24-də başlayıb, oktyabrın 3-ü saat 00:39:04-də başa çatacaq. Tam tutulma prosesi 3 saat 48 dəqiqə 40 saniyə davam edəcək.

Halqavari Günəş tutulması Çili və Argentinanın cənubunda müşahidə olunacaq. Ən azından qismən tutulma görən ölkələr Şimali Amerikanın cənubu, Cənubi Amerikanın böyük hissəsi, Sakit və Atlantik okeanlar, Antarktida olacaq. Tutulma Azərbaycandan müşahidə olunmayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Donald Tramp Ukraynaya təyyarə ilə səfər edən ilk lider ola bilər  

00:51
06 Yanvar

Roma Papası: Münaqişələrdə humanitar qanunlara riayət edilməlidir

23:58
05 Yanvar

Prezident Ərdoğan: Terror problemi Türkiyənin gündəmindən çıxarılacaq  

22:59
05 Yanvar

Otuz bir il əvvəl uğurla yekunlaşan Horadiz əməliyyatı düşməni dəyirmi masa arxasında oturmağa məcbur edib  

22:56
05 Yanvar

AZAL-ın qəzaya uğrayan təyyarəsində xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan FHN-in bir qrup əməkdaşı Azərbaycan tərəfindən təltif edilib

21:57
05 Yanvar

Azərbaycanın və Polşanın xarici işlər nazirləri Şərq Tərəfdaşlığının perspektivlərini müzakirə ediblər  

21:20
05 Yanvar

Ukrayna ötən il 1358 vətəndaşını əsirlikdən azad edib

20:27
05 Yanvar

Qazaxıstanda qəzaya uğrayan AZAL təyyarəsinin sərnişinlərini xilas edənlər mükafatlandırılıb

19:26
05 Yanvar

Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2,5 metrə çatıb

19:08
05 Yanvar

ATƏT Parlament Assambleyasının prezidenti Gürcüstana səfər edəcək

18:51
05 Yanvar

Çövkən üzrə “Super Kubok”un qalibi bəlli olub

17:57
05 Yanvar

Abxaziyada baş vermiş yanğında beş azyaşlı ölüb

16:58
05 Yanvar

Türkiyə Sarıqamış qəhrəmanlarının xatirəsini ehtiramla anır

15:13
05 Yanvar

Küləkli hava şəraiti ilə əlaqədar əhaliyə çağırış edilib

14:59
05 Yanvar

Ukrayna ordusu Kurskda bir neçə istiqamətdə əks-hücuma başlayıb  

14:47
05 Yanvar

“TRT” radiosunda yenidən “Azərbaycan rüzgarı” əsəcək

14:17
05 Yanvar

Azərbaycandan humanitar yardım aparan avtomobillər Türkiyə-Suriya sərhədinə çatıb  

14:08
05 Yanvar

YAP Mərkəzi Aparatında müşavirə keçirilib

13:31
05 Yanvar

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

13:17
05 Yanvar

Azərbaycanın pravoslav xristian icmasına

13:09
05 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

12:46
05 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!