08 Yanvar 2025 15:45
133
SİYASƏT
A- A+
Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yayıb  

Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yayıb  


Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bəyanatda deyilir: “Məlum olduğu kimi, Ermənistanın 1987-ci ildə başlatdığı münaqişə Azərbaycan xalqını misilsiz əzablara düçar etmişdir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salınmışdır. Azərbaycanlıların qaçqın və məcburi köçkün vəziyyətinə salınması münaqişənin yan təsiri deyil, Ermənistanın birbaşa hədəflədiyi və planlı şəkildə həyata keçirdiyi etnik təmizləmənin nəticəsi idi.

Bu cinayətlərin kökündə Ermənistanın siyasi mühitində dərin kök salmış irqçilik dayanır. Ermənistanda irqçilik dövlət siyasəti kimi institusionallaşdırılıb. Bu dövlət öz ərazisində və otuz il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında total və sistematik etnik təmizləmə həyata keçirib. Bundan əlavə, Ermənistan həmin ərazilərdə azərbaycanlıların mədəni irsini tam şəkildə məhv edib, Azərbaycanın təbii sərvətlərini, ictimai və şəxsi əmlakını talayıb və Azərbaycan ərazilərini məqsədli şəkildə kütləvi sayda minalarla çirkləndirib.

Ancaq irqi nifrətə, radikal millətçiliyə və zorakı ekstremizmə əsaslanan ideologiya bu cür genişmiqyaslı və rəhmsiz cinayətlərin törədilməsinə səbəb ola bilərdi.

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə etdiyi çıxışın ortaya çıxmış videoyazısı bunu bir daha sübut edir. Bu çıxışında Ter-Petrosyan azərbaycanlıların Ermənistandan və işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizlənməsini "tarixi nailiyyət" kimi təsvir etmişdir. Onun bəyanatını olduğu kimi təqdim edirik: “Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edə bilmədiyi problemi həll etdi. Ermənistan və Artsax tamamilə əcnəbilərdən təmizləndi. Yenə deyirəm, bu, 600 illik problem idi və onun əhəmiyyətini erməni xalqı hələ 600 il də bundan sonra hiss edəcək. Təsəvvür edin, bu gün Ermənistanda 180 min əcnəbi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Zəngəzuru qoruya, şimal-şərq rayonlarımızı qoruya, Sevan sahilini qoruya bilməzdik, burada bir neçə yeni muxtariyyətimiz olacaqdı. Yada salaq ki, azərbaycanlılar üç bölgədə çoxluq təşkil edirdi: Vardenis, Masis, Amasiya - bütün Zəngəzur zonasında onların sayı çox idi. Bu problem həll olundu.”

Levon Ter-Petrosyanın prezident qismində səsləndirdiyi və onun özünün hakimiyyəti dövründə baş vermiş işğal və etnik təmizləməni dövlət siyasəti kimi təqdim edən bu bəyanat, sözügedən cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyətini və bu cinayətlərin sistematik və mütəşəkkil şəkildə törədilməsini birmənalı şəkildə sübut edir.

Qeyd olunmalıdır ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu siyasət dəyişmədən davam etmişdir. Levon Ter-Petrosyanın xələfi, keçmiş prezident, qaniçən hərbi cani Robert Koçaryan, azərbaycanlılarla ermənilərin “etnik və genetik uyğunsuzluğu” kimi irqçi ideyaları təbliğ edirdi. Digər keçmiş prezident və hərbi cani Serj Sarkisyan isə 1992-ci ildə azərbaycanlı mülki şəxslərin Xocalıda qətliamında oynadığı rolu ilə açıq şəkildə öyünür və nasist general Qaregin Njdenin faşist ideologiyasını rəsmi dövlət siyasəti kimi qəbul etmişdi. Vaxtilə “Qarabağ Ermənistandır” deyərək ilhaqçılıq siyasəti aparan hazırkı Baş nazir Nikol Paşinyan da Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına imkan verməməklə, öz sələflərinin irqçi siyasətini davam etdirir.

Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçi və revanşist siyasəti kontekstində onun hazırda apardığı genişmiqyaslı silahlanma, sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır.

Prezident İlham Əliyev 2024-cü il yanvarın 7-də Azərbaycan mediasına verdiyi müsahibəsində Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçilik, zorakı ekstremizm, revanşizm və militarizmin yaratdığı təhdidin miqyasını dəqiq ifadə etmişdir. Biz Prezident İlham Əliyevin regionda sülh və sabitliyin bərqərar olunmasına dair baxışını və Ermənistana ünvanladığı tələbləri tam və birmənalı şəkildə dəstəkləyirik. Həmçinin bu fürsətdən istifadə edərək, Qərbi azərbaycanlıların doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına verdiyi möhkəm dəstəyə görə cənab Prezidentə dərin təşəkkürümüzü bildiririk.

Beynəlxalq ictimaiyyət, o cümlədən parlamentlər, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçiliyə və insan hüquqları pozuntularına, habelə onun sürətli və genişmiqyaslı silahlanmasına biganə qalmamalıdırlar. Birləşmiş Millətlər Təşkilatının üzvü və bir çox beynəlxalq insan hüquqları konvensiyalarının tərəfi kimi Ermənistan bu hərəkətlərinə görə məsuliyyətə cəlb edilməli və onun silahlanmasının qarşısı alınmalıdır.

Biz beynəlxalq ictimaiyyəti Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi sistematik irqçiliyi və etnik təmizləmə siyasətini pisləməyə çağırır, Ermənistan hökumətindən isə silahlanmanı dərhal dayandırmağı, irqçi siyasətlərdən imtina etməyi, Qərbi azərbaycanlıların doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməyi və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağı tələb edirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sümük əriməsi sağlamlığa ciddi təhlükədir

09:20
09 Yanvar

GDU-nun professor-müəllim heyəti Şəmkirdə məktəblilərlə görüş keçirib

09:15
09 Yanvar

Bir şəhərin "Manifest"i

09:10
09 Yanvar

Qış olsa da, pambıq yığımı davam edir

09:05
09 Yanvar

Ağstafada Hüseyn Arifin və Həmid Abbasın büstlərinin yerləşdiyi ərazi yenidən qurulub

09:00
09 Yanvar

Bayram günlərində Naftalana gələn turistlərin sayı artdı

08:55
09 Yanvar

Müəllim olmağımla qürur duyuram

08:50
09 Yanvar

Qeyri-neft məhsullarının ixracında davamlı artım var

08:45
09 Yanvar

Prezident Azərbaycan qazının Avropadakı istehlakçılarına çağırış etdi

08:40
09 Yanvar

Ermənistanın faşist prezidentlərinin qanlı əməlləri

08:35
09 Yanvar

İlham Əliyev Ermənistanı yeni reallıqlarla barışmağa çağırdı

08:30
09 Yanvar

Prezident Avropa Komissiyasına da sərt mesaj ünvanladı

08:25
09 Yanvar

Qərbin anti-Azərbaycan ritorikası faydasızdır

08:20
09 Yanvar

Azərbaycan Türkiyənin ən böyük xarici investorudur

08:15
09 Yanvar

"Xilaskarımız İlham Əliyev Şuşada hər gün bizə Zəfərin və Suverenliyin təntənəsini yaşadır"

08:10
09 Yanvar

Bir yanda dirçəliş, bir yanda dönüş

08:05
09 Yanvar

Praqmatik və düşünülmüş siyasət

08:00
09 Yanvar

“Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 

00:49
09 Yanvar

“Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:46
09 Yanvar

“Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında

00:45
09 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:43
09 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!