17 İyun 2026 15:36
173
CƏMİYYƏT
A- A+
Konstitusiya Məhkəməsi ilə İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası arasında əməkdaşlıq genişləndirilir

Konstitusiya Məhkəməsi ilə İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası arasında əməkdaşlıq genişləndirilir


İyunun 17-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru Hadi Bin Ali Alyaminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan Fərhad Abdullayev ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, hüququn aliliyinin təmin olunması və demokratik institutların möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar barədə ətraflı məlumat verib. Həmçinin İƏT-ə üzv olan İslam Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı çərçivəsində bir çox ölkələrin Konstitusiya məhkəmələri ilə əməkdaşlığın önəmini vurğulayıb.

Daha sonra sədr Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətindən, konstitusiya ədalət mühakiməsinin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Həmçinin konstitusiya hüquqlarının təmin edilməsi sahəsində Konstitusiya Məhkəməsi ilə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) arasında səmərəli əməkdaşlığı xüsusi qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Hadi Bin Ali Alyami Azərbaycanın insan hüquqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edərək, bu istiqamətdə təcrübə mübadiləsinin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini nəzərə çatdırıb.

Tərəflər insan hüquqlarının qorunması, hüquqi maarifləndirmə, beynəlxalq hüququn müasir çağırışları və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı geniş müzakirələr aparıb, əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliklərini ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ: Sosial şəbəkələr uşaqları depressiyaya salır

18:27
17 İyun

Azərbaycan GSMA indeksində yüksəlib: mobil qoşulma üzrə mövqe yaxşılaşıb

18:16
17 İyun

G7 Ukraynaya silah təchizatını və Rusiya iqtisadiyyatına təzyiqi artıracaq  

18:09
17 İyun

Keçmiş məcburi köçkünlər üçün sosial müdafiə tədbirləri genişləndirilir

18:01
17 İyun

Vergi Məcəlləsinə dəyişikliklər: təlim xərcləri üzrə güzəştlər və rəqəmsal xidmətlərə vergi azadolmaları genişlənir  

17:57
17 İyun

Qeyri-rezidentlər üçün yeni qayda: investisiya mənfəətinin repatriasiyası asanlaşdırılır

17:45
17 İyun

Nazir müavini: Biznesdə yeni texnologiyaların tətbiqi vacib məsələlərdən biridir

17:35
17 İyun

Zelenski: Fransada keçirilən G7 sammitinin Ukrayna üçün mühüm nəticələri olub

17:34
17 İyun

“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər parlamentin iclasına tövsiyə olunub

17:33
17 İyun

Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında münasibətlər inkişaf etdirilir  

17:32
17 İyun

Omanın Sultanı Heytəm bin Tariq Al Səiddən

17:30
17 İyun

Azərbaycan və Özbəkistan arasında işgüzar əməkdaşlığa dəstək artır

17:14
17 İyun

Moldova iki beynəlxalq dənizçilik konvensiyasına qoşulacaq  

17:01
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar  

16:58
17 İyun

Nazir müavini: Azərbaycan İƏT-ə üzv 51 ölkəyə inkişaf dəstəyi göstərib

16:52
17 İyun

UNEC-də ingilis dili imtahanları ilk dəfə British Council tərəfindən APTIS formatında keçirilib: nəticələr açıqlanıb  

16:45
17 İyun

Konfrans Liqası: “Neftçi” və “Zirə”nin II təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

16:37
17 İyun

Koreya şirkətləri üçün Azərbaycanda yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

16:33
17 İyun

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb

16:26
17 İyun

May ayında qlobal temperatur XX əsrin orta göstəricisini bir dərəcədən çox keçib

16:24
17 İyun

Şoyqu: Rusiya və Türkiyə daim qarşılıqlı məqbul həllər tapıb

16:03
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!